Novxanıda iki yeniyetmə dənizdə batıb FOTO YENİLƏNİB
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.
APA-nın Abşeron bürosunun verdiyi xəbərə görə, Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu Xırdalan sakinləridir.
Axtarış-xilasetmə işləri davam edir.
***
saat 10.39
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.

Novxanıda bir nəfər dənizdə batıb
16 Avqust 2025 08:40
Novxanıda 6 yaşlı uşaq dənizdə batıb
31 Avqust 2025 17:04
Novxanıda fərdi yaşayış evində partlayış olub FOTO VİDEO YENİLƏNİB
03 Dekabr 2024 09:08
Novxanıda dənizdə batan yeniyetmələrin FOTOsu
20 İyul 2025 13:07
Novxanıda dənizdə batanlar məktəbli imiş
20 İyul 2025 14:43

