Noyabrda Ukraynanın Rusiya neft zavodlarına zərbələri rekorda çatıb
Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna noyabr ayında Rusiya neft emalı zavodlarına rekord sayda hava hücumu təşkil edib.
Sitat.info xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi yayıb.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri ay ərzində ən azı 14 dəfə - əvvəlkindən daha çox - Rusiya neft emalı zavodlarına zərbə endirib.
Bundan əlavə, Qara dəniz limanlarında neft yükləmə infrastrukturuna dörd hücum qeydə alınıb ki, bu da Novorossiyskdə yükləmə gecikmələrinə səbəb olub.
Kpler analitiklərinin fikrincə, bu qurğulara dəyən ziyana görə Rusiyada orta gündəlik neft emalı təxminən 5 milyon barelə düşüb və daha da aşağı düşə bilər.
Qeyd edək ki, ötən gecə Ukrayna Rusiyanın Livnı şəhəri yaxınlığındakı böyük neft bazasına uğurlu zərbə endirib, bazada güclü yanğın başlayıb./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















