Icma.az
close
up
RU
Nümunəvi gənclər siyasəti intellektual kapitalın inkişafına xidmət edir

Nümunəvi gənclər siyasəti intellektual kapitalın inkişafına xidmət edir

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Müasir dövrdə insan kapitalı dedikdə, ölkənin intellektual potensialı nəzərdə tutulur. Bu potensialın formalaşmasında isə gənclərin rolu əvəzsizdir. Gənc nəsil cəmiyyətin dəyişkən çağırışlarına çevik reaksiya verir, yeni ideyalar və təşəbbüslərlə çıxış edir, eləcə də gələcəyin strateji layihələrini irəli aparır. Ona görə də gənclərə qayğı göstərmək dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Sağlam, savadlı, vətənpərvər və təşəbbüskar gənclərin yetişdirilməsi ölkənin parlaq gələcəyinin təminatıdır.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə gənclər cəmiyyətin aparıcı qüvvəsi kimi qəbul edildi. Bu yanaşma, eyni zamanda, gənclərin dövlət strukturlarında, elmi və mədəni təşəbbüslərdə aktiv iştirakını təmin etdi. Nəticədə, gənclər ölkənin gələcək strategiyasının formalaşmasında əsas rol oynadılar. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərlə bağlı ilk sistemli addımlar biri oldu. Nazirlik vasitəsilə gənclərin hüquqları qorundu, təhsil və məşğulluq imkanları genişləndirildi və onların sosial inteqrasiyası təmin edildi. 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumunda isə minlərlə gəncin dövlət strukturları ilə birbaşa dialoquna şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə 2 fevralın Gənclər Günü elan edilməsi MDB məkanında bir ilk oldu. Həmin addım gənclərin cəmiyyətin fəal üzvü kimi formalaşmasına şərait yaratdı. Beynəlxalq səviyyədə də nümunə olaraq, 1999-cu ildə BMT 12 avqustu Beynəlxalq Gənclər Günü elan etdi. Bu faktor həyata keçirilən gənclər siyasətinin uzaqgörənliyini və strateji əhəmiyyətini təcəssüm etdirir.

Ulu Öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmişdir. İstedadlı gənclərin aşkar edilməsi və stimullaşdırılması məqsədilə “Qızıl kitab” təsis olunmuş, xüsusi təqaüdlər verilmiş və yüksək nəticə göstərən tələbələr mükafatlandırılmışdır. Xaricdə təhsil imkanları bərpa edilmiş və 2003-cü ildə 3000-dən artıq gənc dünyanın aparıcı universitetlərində təhsil almışdır.

2003-cü ildən etibarən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan edilməsi gənclər siyasətində yeni mərhələnin başlanğıcı oldu. Bölgələrdə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri gənclərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq və təşəbbüskarlıq bacarıqlarının inkişafı üçün geniş imkanlar yaratdı. Bu mərkəzlər eyni zamanda gənclərin ictimai proseslərdə aktiv iştirakını təmin etdi və bölgələrdə sosial inteqrasiyanı gücləndirdi.

2011-ci ildə Gənclər Fondunun təsis olunması gənclərin təşəbbüslərinin maliyyələşdirilməsinə güclü təkan verdi. Fondun dəstəyi ilə yüzlərlə layihə həyata keçirildi və minlərlə gəncin ideyası reallığa çevrildi. Sonrakı illərdə yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzləri gənclərin peşə bacarıqlarını artırmaq, məşğulluğu təmin etmək və işgüzar bacarıqları inkişaf etdirmək üçün mühüm rol oynadı. “Yüksəliş” müsabiqəsi isə perspektivli və istedadlı gənc idarəçilərin üzə çıxarılmasına xidmət etdi və onların dövlət idarəçiliyində iştirakını genişləndirdi.

Son illər ərzində Azərbaycanda könüllülük hərəkatı geniş vüsət aldı. 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi minlərlə gəncin sosial layihələrdə, humanitar aksiyalarda və beynəlxalq tədbirlərdə iştirakını stimullaşdırdı. Hərəkat gənclərdə ictimai məsuliyyəti artırdı, vətəndaşlıq mövqeyini gücləndirdi və onları cəmiyyətin fəal üzvləri kimi formalaşdırdı. Eyni zamanda, könüllülük gənclərin liderlik və təşəbbüskarlıq bacarıqlarının inkişafına xidmət etdi və onların real məsələlərə həll yolları tapmaq qabiliyyətini gücləndirdi. 2022–2028-ci illər üzrə proqram isə hər il yüzlərlə tələbənin bakalavriat, magistratura və doktorantura səviyyəsində xaricdə təhsil almasını nəzərdə tutur, bu da ölkənin yüksək ixtisaslı kadr potensialını formalaşdırır.

Vətənpərvərlik ruhunun gücləndirilməsi gənclər siyasətinin prioritetlərindən biridir. Vətən müharibəsi zamanı ön cəbhədə döyüşənlərin böyük əksəriyyətinin gənclər olması bu siyasətin real nəticələrini göstərdi. Onlar döyüş meydanında, həm də informasiya müstəvisində fəal iştirak edərək milli maraqları qorudular, ölkənin sosial və mənəvi birliyini gücləndirdilər.

İdman infrastrukturu da sağlam gəncliyin formalaşmasına xidmət edir. Son illərdə bölgələrdə onlarla olimpiya idman kompleksi istifadəyə verildi, gənc idmançılar minlərlə medal qazanaraq ölkəni beynəlxalq yarışlarda layiqincə təmsil etdilər. Bu təşəbbüslər gənclərin fiziki sağlamlığını artırmaqla yanaşı, intizam, kollektiv iş bacarığı və liderlik keyfiyyətlərinin inkişafına da xidmət edir.

Bütün bu faktlar göstərir ki, gənclər siyasəti kompleks və məqsədyönlü inkişaf modelidir. Təhsil, məşğulluq, sosial fəallıq, vətənpərvərlik və idman bir sistem kimi birləşdirilir və gənclərin inkişafına xidmət edir. Həmin model ölkənin davamlı inkişafını təmin edən strateji vasitə rolunu oynayır. Nəticədə Azərbaycan gəncliyi savadlı, təşəbbüskar və müasir düşüncəli nəsil kimi formalaşır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:17
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Fevral 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri