Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü

Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 24-də Yeni Azərbaycan Partiyası (YAP) və “Modern İnkişaf və Ailə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik  Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.

Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, anadan olmasının 103-cü ildönümünü böyük hörmət və ehtiramla qeyd etdiyimiz Zərifə xanım Əliyeva istər peşəkar həkim-mütəxəssis, istər dəyərli elm xadimi, istərsə də vəfalı ömür-gün yoldaşı və qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmış, yüksək mənəvi keyfiyyətləri və humanizm prinsiplərinə əsaslanan səmərəli ictimai fəaliyyəti ilə parlaq nümunə yaratmışdır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamında vurğulandığı kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Onun zəngin elmi irsi Azərbaycanın tibb elmi tarixində müstəsna yer tutur. Ölkəmizdə traxomanın xəstəlik kimi aradan qaldırılması məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxsaylı tədqiqatların müəllifi olan Zərifə Əliyeva səmərəli pedaqoji fəaliyyəti ilə peşəkar mütəxəssislərin hazırlanmasına da mühüm töhfə vermişdir. Zərifə xanımın yetişdirdiyi həkimlər bu gün də onun elmi irsini və qabaqcıl ideyalarını layiqincə yaşadaraq ölkəmizi beynəlxalq müstəvidə müvəffəqiyyətlə təmsil edirlər”.

Tahir Budaqov bildirib ki, Zərifə xanımın nəsillərə örnək həyat yolunun daha bir şərəfli səhifəsi milli mənəviyyatımıza xas ailə dəyərlərini layiqincə yaşatmasıdır: “Zərifə xanım Əliyeva Ümummilli Liderimiz Heydər Əliyev ilə ailə məsuliyyətini bölüşərək cənab İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Azərbaycanın dünəni, bu günü və gələcəyini müəyyən edən Heydər Əliyev yoluna sadiqlik nümayiş etdirərək Vətənə sədaqət andını əzm və ləyaqətlə yerinə yetirməklə xalqımıza misilsiz nailiyyətlər qazandırmış və şanlı Zəfərə imza atmışdır. Dövlət başçısının uzaqgörən siyasəti milli ləyaqətimizi özümüzə qaytarmaqla ölkəmizi dünyada söz və nüfuz sahibinə çevirmiş, Ulu Öndərimizin əminliklə söylədiyi “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini gerçəkləşdirmişdir. Bütün bunlar isə əminliklə söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın ruhu şaddır”.

YAP Sədrinin müavini vurğulayıb ki, bir çox mükafatlar və fəxri adlara layiq görülmüş Zərifə xanım Əliyeva, hər şeydən öncə, xalqımızın, sadə insanların məhəbbətini qazanmışdır ki, bu da onun ən qiymətli mükafatıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Zərifə xanımı tanıyanlar, haqqında kitablardan, məqalələrdən oxuyanlar onun nurlu obrazını daim öz ürəyində saxlayırlar. Onun əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır”.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, Zərifə Əliyeva yalnız bir alim, həkim və müəllim kimi yox, həm də ailəsi, çevrəsi və ölkəsi üçün dəyərli bir insan olaraq qəlblərdə əbədi iz buraxmışdır: “Onun həyat yolu, əslində, hər bir qadının, ananın və mütəxəssisin arzusunu gerçəkləşdirən bir nümunədir. Bir ana olaraq Zərifə xanımın verdiyi tərbiyə və həyat dərsləri çox dəyərli və əvəzsizdir. Onun övladlarına verdiyi əxlaqi dəyərlər, onları yalnız öz sahələrində müvəffəqiyyətli insanlar etməklə qalmamış, həm də vətənlərinə xidmət etməyə həvəsləndirmişdir. Zərifə xanımın bu tərbiyəsi nəticəsində Prezident İlham Əliyev kimi bir lider yetişmişdir. Bir alim olaraq isə Zərifə xanım oftalmologiya sahəsindəki misilsiz nailiyyətləri ilə yalnız Azərbaycanda deyil, dünyada da çox böyük hörmət qazanmışdır. Onun apardığı tədqiqatlar, yeni müalicə üsulları və əsərləri, bu sahəyə verdiyi töhfələr bu gün də öz əhəmiyyətini qorumaqda və gənc həkimlərə, alimlərə yol göstərməkdədir”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Zərifə xanımın ən böyük mükafatı yalnız öz sahəsindəki müvəffəqiyyətləri deyil, həm də insanlara göstərdiyi mərhəmət, empatiya və öyrətdiyi dəyərlərlə bağlıdır: “O, sadəcə bir həkim deyil, eyni zamanda, bir insan olaraq hər bir xəstənin sağlamlığını düşünən, ona sevgi və şəfqət göstərən, həkimlik peşəsinin ən yüksək etik dəyərlərini özündə cəmləşdirən bir şəxsiyyət idi. Zərifə xanımın bu dəyərləri, onun mübarizəsi və göstərdiyi nümunə gələcək nəsillər üçün böyük bir irs və dərsdir. Zərifə xanımın həyat yolunda yaratdığı bu ideal, hər bir insanın həyatına ilham verməkdə, onlara doğru yol göstərməkdə davam edəcəkdir”.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "Elmi-məlumat və təşkilati-metodik" bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül  Abdıyeva çıxışında bildirib ki, Zərifə xanım Əliyeva insanlara nur bəxş edən, xeyirxahlığı həyat amalına çevirən nadir şəxsiyyətlərdən idi: “Yüksək mənəviyyatı, zəngin daxili aləmi və insanlara olan sonsuz sevgisi onu yaddaşlarda əbədi yaşadan əsas keyfiyyətlərdir. Onun mənalı ömür yolu bu gün də gələcək nəsillərə işıq saçan örnəkdir”.

Yazgül Abdıyeva vurğulayıb ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair mühüm tədqiqatlar aparıb, xüsusilə Azərbaycanda geniş yayılmış traxomanın aradan qaldırılmasında böyük xidmətlər göstərib: “Eyni zamanda, kimya və elektron sənayesində çalışan insanlarda rast gəlinən peşəkar göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi istiqamətində dəyərli elmi nəticələr əldə edib.  Akademik Zərifə Əliyeva  bir çox monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi işin, 1 ixtiranın və 12 səmərələşdirici təklifin müəllifidir. Onun əsərləri bu gün də aktuallığını qoruyur. Zərifə xanımın oftalmologiya elminin inkişafına verdiyi töhfələr danılmazdır”.

Çıxış edən  Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir: “Böyük və səmərəli elmi fəliyyətinin nəticəsidir ki, Zərifə xanım keçmiş SSRİ məkanında oftalmologiya sahəsində ən nüfuzlu M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı akademikdir. Bu gün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi uğurla fəaliyyət göstərir və görkəmli alimin elmi irsi layiqincə davam etdirilir”.

 Onun sözlərinə görə, Zərifə xanım Əliyeva yalnız alim kimi deyil, həm də ailəsinə bağlı, qayğıkeş bir ömür-gün yoldaşı, müqəddəs ana kimi tanınırdı: “Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında danışarkən onu yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət kimi xarakterizə edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayır ki, Zərifə Əliyeva öz həyatı ilə insanlara nümunə olub, elmə və xalqa sədaqətlə xidmət edib. Zərifə xanımın irsi bu gün də yaşayır və gələcək nəsillər üçün örnəkdir. Onun həyatı sadəcə bir alim ömrü deyil, həm də insanlara xidmətin, zəhmətin və yüksək mənəviyyatın təcəssümüdür”.

Tədbir çərçivəsində uzun illər partiya sıralarında səmərəli fəaliyyət göstərən və ölkənin ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçilən Bilman Məhərrəm oğlu Vəliyev 75 illik yubileyi münasibətilə təbrik edilib və ona xatirə hədiyyəsi təqdim olunub.

Göstərilən diqqətə görə minnətdarlığını ifadə edən Bilman Vəliyev Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını, ölkəmizin tərəqqi və Zəfər zirvəsinə yüksələrək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Aprel 2026 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri