Icma.az
close
up
RU
Nura Suri təhsildən danışdı: “Yüz minlərlə pul xərcləyən valideyn...”

Nura Suri təhsildən danışdı: “Yüz minlərlə pul xərcləyən valideyn...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neçə gündür saytlarda belə bir xəbər başlığı görürəm: “Xaricdə ali təhsil alan tələbələr Azərbaycanda da imtahan verəcəklər””. 

“Cebheinfo.az” xəbər verir ki, bunu məşhur müğənni Nura Suri “Facebook” hesabında yazıb.

O bildirib ki, Azərbaycanda özəl məktəblər çoxdur:

“Demək olar ki, hamısında dərslər xarici dildə keçirilir. İngilis dili üstünlük təşkil edir başqa xarici dillər sırasında. Yəni ki, şagirdlər ingilis dilində düşünüb danışırlar, bütün fənlərdən dərslər ingilis dilində keçirilir. Ölkəmizdə bu qədər özəl məktəblərin mövcudluğu ilə nisbətdə 2 və ya 3 universitetə ingilis dilində qəbul var. Həmin universitetlərdə isə fakültə seçimi məhduddur”.

Sənətçi qeyd edib ki, valideynlər 11-13 il özəl məktəbdə təhsilini bitirən övladlarını xaricə ali təhsil almaq üçün göndərməyə məcburdurlar:

“Valideyn min əziyyətlə özəl məktəblərə külli miqdarda pul xərcləyir ki, övladı savadlı olsun, sonra da başqa seçim olmadığından xaricə göndərir. Hələ üstəlik, qayıdıb burada öz dilimizdə təhsil almayan, yüz minlərlə pul xərcləyən valideyn və illərini təhsilə sərf edən tələbələrdən imtahan da istəyirsiniz? Doğrudur bu? Ya mən nəyisə düz başa düşmürəm, ya bu, səhv məlumatdır, ya da belə bir qərarı qəbul edənlər yazdıqlarımı düşünməyiblər”.

Aslan
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri