Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? Detallar

Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? Detallar

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Qardaş Pakistanın baş nazirinin ölkəmizə dövlət səfəri regionda və dünyada cərəyan edən mühüm dəyişikliklər fonunda reallaşdığı üçün daha çox diqqət mərkəzindədir”.

Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarında keçirilən son prezident seçkiləri öncəsi Donald Trampın səsləndirdiyi fikirlər, Ağ Evə sahiblənəcəyi təqdirdə həm Rusiya-Ukrayna müharibəsi, həm Yaxın Şərq, həm ABŞ-Avropa İttifaqı münasibətləri, həm də beynəlxalq təşkilatlara münasibətdə bir sıra yeniliklərin baş verə biləcəyini düşünməyə əsas verirdi:

“Amma proseslərin bu qədər sərt və kəskin tələbələrlə müşahidə olunacağını heç kim gözləmirdi. Yaranmış mənzərə, hətta BMT-nin də yeni alternativ yaradılmadan fəaliyyətini de-fakto dayandıra biləcəyi ehtimalını yaradır.

Doğrudur, BMT və onun Təhlükəsizlik Şurası da daxil olmaqla bütün strukturları qlobal proseslərə təsir imkanlarını çoxdan itiriblər. Amma bütün hallarda dialoq platformaları kimi mövcudluqlarını qoruyub saxlayırlar. Hazırda bu platformaların da sıradan çıxa biləcəyi və dövlətlərarası münasibətlərin ən yaxşı halda regional təşkilatlar müstəvisinə keçə biləcəyi perspektivi ortaya çıxıb.

Elçin Mirzəbəyli

Rusiya-Ukrayna münasibətlərinin nəticəsi, həmçinin ABŞ-Aİ münasibətlərinin Vaşinqtonun tələbləri fonunda daha da kəskinləşməsi hətta Şimali Atlantika blokunun da parçalanmasına və mövcud qlobal təhlükəsizlik mexanizmlərinin tamamilə çökməsinə zəmin yarada bilər.

Bu baxımdan, yeni dövr üçün tərəfdaş və müttəfiq ölkələrin regional və qlobal məsələlərlə bağlı intensiv əlaqədə olmalarına və təhlükəsizlik məsələləri ilə əlaqədar daha dərin işbirliyinə getmələrinə ehtiyac var.

Azərbaycan-Pakistan münasibətlərinin inkişafında yeni mərhələnin başlanacağı və hətta yaxın gələcəkdə dərin regional əməkdaşlıq formatının ortaya çıxa biləcəyi mümkündür”.

Deputat Vüqar Bayramov isə deyib ki, Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir:

“Dövlətlər arasındakı strateji müttəfiqlik son illər daha da dərinləşib. 2024-cü ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi təxminən 22 milyon dollar olub. Dövriyyə əvvəlki illə müqayisədə cüzi dəyişsə də, 2021-ci ilin 11 milyon 732 min dollarlıq dövriyyəsi ilə müqayisədə 2 dəfəyə yaxın artıb.

Ölkələr arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Digər tərəfdən, strateji müttəfiqlik ölkələr arasında iqtisad əlaqələrin də genişlənməsinə xidmət edir. İki ölkə arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin daha da dərinləşməsinə xidmət edir.

Vüqar Bayramov

Ölkələr arasında turizm sahəsində də geniş əməkdaşlıq qurulmaqdadır. 2024-cü ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı 46.7 faiz artaraq 81 min 427 olub.

Pakistan eyni zamanda işğaldan azad olunan ərazilərimizin bərpası, iqtisadiyyatının formalaşması və re-inteqrasiyasında daha yaxından iştirak etmək istəyən ölkələrdəndir. Qarabağa daha çox Pakistan sərmayəsinin cəlb ediləcəyi gözlənilir. Azərbaycan da Pakistana daha çox investisiya yönəltməyi hədəfləyir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Fevral 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri