Icma.az
close
up
RU
Nüvə müharibəsi təhlükəsi: ABŞ 1999 u il addımını təkrarlayacaq?

Nüvə müharibəsi təhlükəsi: ABŞ 1999 u il addımını təkrarlayacaq?

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə Hindistan və Pakistan arasında artan gərginlik regionda ciddi narahatlığa səbəb olub. Sərhəd xəttində davam edən atışmalar, siyasi bəyanatlar və İndus su müqaviləsi ətrafında yaranmış böhran vəziyyətin daha da kəskinləşəcəyindən xəbər verir. Bəzi ekspertlərin fikrincə, nüvə silahına malik iki ölkə arasında münaqişənin hərbi müstəviyə keçməsi təkcə regional deyil, qlobal miqyasda da təhlükə yarada bilər.

Gözlənilən Pakistan-Hindistan müharibəsinin gerçək sahibi Çinlə ABŞ olacaq?

Globalinfo.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, Hindistan və Pakistan arasında artan gərginlik region üçün ciddi təhlükə yaradır və bu, iki ölkənin də maraqlarına uyğun deyil:

“Əvvəllər də bu iki ölkə arasında üç dəfə nəticəsiz müharibələr baş verib. 1972-ci ildə imzalanan Simla müqaviləsindən sonra diplomatik münasibətlər quruldu. Lakin hazırkı gərginlik daha təhlükəli xarakter daşıyır, çünki hər iki ölkə nüvə silahına malikdir. Əgər qarşıdurma müharibəyə çevrilərsə, nüvə silahından istifadə ehtimalı yaranar və bu, bütün bəşəriyyət üçün böyük təhlükə deməkdir”.

S.Zahidov qeyd edib ki, Hindistanın İndus su müqaviləsindən çıxması Pakistan üçün ciddi böhran yarada bilər:

“Sözügedən müqaviləyə əsasən, Hind çayında inşa edilən bəndlər Pakistana su axınının qarşısını almamalıdır. Müqavilənin pozulması, Pakistan rəsmilərinin də qeyd etdiyi kimi, müharibə səbəbi kimi qiymətləndirilə bilər. Vəziyyət getdikcə daha da ciddiləşir. Hər iki ölkə sərhədlərdə ordularını cəmləşdirir, atışmalar artıq bir neçə gündür davam edir. Belə bir şəraitdə eskalasiya ehtimalı da artır”.

Sultan Zahidov

Politoloqun sözlərinə görə, bölgədəki eskalasiyanın arxasında bəzi xarici qüvvələrin olması da istisna deyil:

“Aprelin 22-də baş verən terror aktı ABŞ vitse-prezidentinin səfəri ilə eyni vaxta təsadüf etdi. Bu da müəyyən suallar doğurur, bəlkə gərginliyin arxasında üçüncü qüvvələrin rolu var? Qlobal siyasətdə söz sahibi olan bəzi güclər bu gərginliyin yaranmasında maraqlı ola bilərlər. Amma reallıq budur ki, nüvə müharibəsi heç bir ölkənin maraqlarına uyğun deyil. 1999-cu ildəki Kargil münaqişəsi zamanı ABŞ-ın müdaxiləsi ilə eskalasiya dayandırıldı. İndi də beynəlxalq vasitəçilər münaqişənin genişlənməsinin qarşısını almağa çalışacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 May 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri