Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Nüvə savaşı, 3cü Dünya müharibəsi: 2025ci ildə dünyanı nələr gözləyir? MÜSAHİBƏ

Nüvə savaşı, 3cü Dünya müharibəsi: 2025ci ildə dünyanı nələr gözləyir? MÜSAHİBƏ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Cebheinfo.az” saytının “Türk Söhbəti” layihəsinin növbəti qonağı siyasi ekspert Oğuzhan Manioğludur. 

2024-ci ilin son müsahibəsində Polşada yaşayan ekspertlə ilin siyasi yekunları və 2025-ci ildə dünyada baş verməsi gözlənilən proseslər barədə danışdıq. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, Suriyada post-Əsəd dövrü və Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi barəsində söhbət etdik. 

Müsahibəni təqdim edirik:

- Oğuzhan bəy, yeni ildə hansı müharibələrin bitəcəyi proqnozlaşdırılır? Xüsusilə Rusiya-Ukrayna müharibəsinin 2025-ci ildə bitməsi gözlənilir?

- Rusiya-Ukrayna müharibəsi həm regional, həm də beynəlxalq cəhətdən siyasi və iqtisadi problemlər yaradan müasir dövrün ən kritik müharibələrindən biridir. Əslində, müharibənin səbəblərinin arxa planı var. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ukraynanın müstəqilliyini elan etməsi Rusiya üçün ciddi itki oldu. Ukrayna Avropa İttifaqı və NATO-ya üzv olmaq istədikdə isə Rusiya 2014-cü ildə Krımı ihlaq etdi.

Ardınca, Donetsk və Luqanskın işğalı başladı. Müharibənin başlamasının digər səbəbi də NATO-nun genişlənməsinin Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarına səbəb olması idi. Çünki Kreml NATO-nun sərhədlərinə yaxınlaşmasını təhdid olaraq qəbul edir. Üstəlik, Qərb ölkələrinin Rusiyanı əhatəyə almağa çalışması, rəsmi Kiyevin Qərbyönümlü siyasət aparması da əsas faktorlardan idi. 

Bütün bunların fonunda beynəlxalq aktorların mövqeyinə baxdığımızda, Rusiya-Ukrayna müharibəsinin qısa zamanda başa çatması mümkün görünmür. Əksinə, sözügedən müharibənin qığılcımlarının yayılaraq daha böyük problemlərə çevrilmə ehtimalının olduğunu düşünürəm.

- Donald Trampın prezident seçilməsinin müharibənin gedişatına hansı təsiri olacaq? O, 24 saata Rusiya-Ukrayna müharibənisini bitirmə vədini reallaşdıra biləcək?

- ABŞ indiyə kimi Ukraynaya çox ciddi hərbi və maliyyə yardımı edib. Lakin Donald Trampın prezident seçilməsindən sonra ABŞ-nin Ukraynaya yardımı azala bilər. Bəlkə də artıq ABŞ ilə Rusiya arasında bağlı qapılar arxasında gizli bir razılaşma əldə olunub. 

Məsələn, Rusiyanın Suriyada ABŞ-nin hərəkətlərinə qarışmamasının qarşılığı olaraq Vaşinqtonun da Ukrayna verdiyi dəstəyi azaltmasıyla bağlı razılaşmış ola bilərlər. Trampın Rusiya-Ukrayna müharibəsini 24 saata bitirəcəyi vədini isə həyata keçirə biləcəyini zənn etmirəm. 

Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə bitməyəcək. Hələ uzun müddət davam edəcəyini düşünürəm. Danışıqların və sülh ehtimalının çətin olduğu qənaətindəyəm. Çünki hər iki tərəf də geri addım atmır. 

- Bəs Yaxın Şərqdəki savaşın növbəti ildə bitmə ehtimalını necə dəyərləndirirsiniz?

- Yaxın Şərq keçmişdən indiyə qədər həmişə “qaynar qazan” kimi olub. Təəssüf ki, orada sabitliyə şahid ola bilməmişik. ABŞ, Qərb, Çin və Rusiyanın da həmin regiondakı təsiri çox güclüdür. 

Diplomatik müdaxilələr edilməyə çalışılsa da, Yaxın Şərqdəki müharibənin dayanacağını zənn etmirəm. Görünən odur ki, Yaxın Şərqdəki müharibə 2025-ci ildə də davam edəcək. 

- Maraqlıdır, gələn il dünyada yeni müharibələrin başlama ehtimalı nə qədərdir? Hansı bölgələrdə müharibə başlaya bilər?

- Düşünürəm ki, İsrail ilə İran arasında çox ciddi gərginlik yaşana bilər. Hətta İran-İsrail müharibəsinin başlamasından sonra savaşın daha böyük coğrafiyaya yayılması da mümkündür. Səudiyyə Ərəbistanı-İran rəqabətinin və İsrail-Fələstin arasındakı gərginliyin də gün keçdikcə dərinləşəcəyi proqnozlaşdırılır. 

Həmçinin, gələn il Şimali Koreya-Cənubi Koreya, Çin-Tayvan və Hindistan-Pakistan müharibəsi başlaya bilər. Eyni zamanda, bəzi Avropa, Afrika və Latın Avropa ölkələrində də müəyyən qarşıdurmaların olma ehtimalı var. Düzdür, çox böyük müharibələrin olması gözlənilmir. Lakin müharibələr Avropa və ya Yaxın Şərq üzərindən irəliləyə bilər.

- Avropada yeni müharibə ola biləcəyini deyirsiniz. Konkret olaraq, hansı ölkədə müharibənin başlama ehtimalından bəhs edirsiniz?

- Hesab edirəm ki, növbəti müharibə Polşada başlaya bilər. Daha dəqiq desək, Rusiya Ukraynanı məğlub edəcəyi təqdirdə, sonrakı hədəfi Polşa olacaq. Çünki mən hazırda Polşadayam və burada ciddi şəkildə müharibə ehtimalı nəzərə alınır. Hətta Polşada çox ciddi hərbi təlimlər keçirilir. Bundan başqa, davamlı olaraq sərhədə hərbi texnika yığırlar.

- Polşa NATO ölkəsidir. Rusiya NATO ilə müharibə riskinə necə gedə bilər?

- Əgər əqrəbin ətrafını yandırsanız, o, itirəcək heç nəyi olmadığı üçün hər addımı ata bilər. Ya özünü sancar, ya da hər kəsi özü ilə bərabər yandıra bilər. Rusiya da hazırda həmin əqrəb kimidir. Yəni Moskva hakimiyyəti çıxılmaz vəziyyətlə üzləşsə, tərəddüd etmədən nüvə silahına əl ata bilər. Hətta bununla bağlı açıqlamalar da verirlər, Qərbi təhdid edirlər. Ona görə də Rusiyanın NATO-ya qarşı həmləsi mümkündür. 

- Bütün bunların fonunda yeni ildə nüvə müharibəsi, hətta Üçüncü Dünya müharibəsinin başlama ehtimalını necə qiymətləndirirsiniz?

- Açığı, bu, dünya ölkələrinin liderlərinin mövqeyindən asılı olacaq. Hər an hər şeyin ola biləcəyi bir dövrdə yaşayırıq. Məsələn, Rusiya faktiki olaraq küncə sıxılıb və dünyadan təcrid olunub. Lakin bunun özü belə ciddi təhlükədir. Çünki Rusiya itirəcək bir şeyi olmadığını görsə, çox rahat şəkildə nüvə silahından istifadə edə bilər. Bu isə o deməkdir ki, nüvə savaşı və Üçüncü Dünya müharibəsi ehtimalı hər zaman var. 

- O zaman müharibələrdən sülhə keçək. Necə düşünürsünüz, 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər?

- Bu aparılacaq danışıqlardan və Ermənistan mövqeyindən asılı olacaq. İrəvan hakimiyyəti artıq sülh istiqamətində real addımlar atmalıdır. İlk növbədə, Ermənistan Konstitusiyası dəyişməli, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina olunmalıdır. 

Azərbaycan sülh müqaviləsini üçün təkliflərini verib və sülhə hazır olduğunu göstərir. Ermənistan tərəfinin addımlarında isə sülh müqaviləsi imzalamaq üçün hansısa istək və ya arzu görünmür. Təbii ki, rəsmi İrəvan bu mövqeyini dəyişərsə, 2025-ci ildə sülh müqaviləsininin imzalanma ehtimalı yaranar. Əks təqdirdə, sülh müqaviləsinin imzalanması üçün zaman lazım olacaq. 

- 2024-cü ildə dünyada baş verən ən böyük siyasi proseslər hansılar idi?

- Ən çox gündəmdə qalan siyasi proseslər Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibənin davam etməsidir. Həmçinin, 5 noyabrda ABŞ-də keçirilən prezident seçkiləri çox mühüm idi. Çünki ABŞ-də keçirilən seçkilərin nəticələrinin təsiri bütün dünyada özünü göstərir. 

Bundan başqa, 2024-cü il Çinin beynəlxalq təsirinin artması, Avropada radikal sağçılığın güclənməsi, dünyada iqlim və iqtisadi böhranla yadda qaldı. Təbii ki, ilin ən önəmli siyasi hadisəsi isə Suriyada Bəşər Əsədin devrilməsi oldu. Bununla da, 61 illik BƏƏS rejimi süqut etdi.

- Suriyanın yeni prezidentinin kim olacağı ilə bağlı da xeyli müzakirələr gedir. Sizcə, Suriyanın yeni prezidenti kim ola bilər?

- Konkret olaraq kimin Suriya prezidenti olacağını demək çətindir. Lakin Suriyanın yeni prezidenti birləşdirici bir insan olmalıdır. Orada etnik və siyasi bölünmələr həddindən artıq çoxdur. Ona görə də yeni prezident bütün etnik qruplar tərəfindən dəstəklənməlidir.

Yəni həm beynəlxalq aləmdə yaxşı diplomat, həm də Suriyanın yenidən qurulması üçün əlindən gələni edəcək biri olmalıdır. Eyni zamanda, demokratikləşmə iradəsinə sahib olması da çox mühümdür. Regional güclərlə balanslı siyasət aparan, beynəlxalq qüvvələrin dəstəyini qazana biləcək bir şəxs Suriya prezidenti seçilməlidir.

- Yəni Colani kimi tanıdığımız Əhməd əş-Şaaranın Suriya prezidenti olacağını düşünmürsünüz?

- Colaninin Suriya prezidenti olma ehtimalı zəifdir. Sadəcə olaraq hazırda müvəqqəti hökumət ilə Suriyada sabitliyin yaradılmasına çalışılır. Demokratik seçkilərdə bəhs etdiyim kriteryalara uyğun lider seçilməlidir. 

Elə insanların yetişdirildiyinə və namizədlər çıxacağına inanıram. Hətta oradakı diplomatların bir çox Türkiyədə yetişib. Lakin Colaninin Suriya prezidenti ola biləcəyini düşünmürəm. Onun hərbi bacarıqları ola bilər, amma seçkidə ölkənin inkişafı üçün siyasi savada sahib lider seçilməlidir. 

Elmir Mustafa
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri