Icma.az
close
up
RU
Nüvənin kölgəsində dünya: Təsadüfi fəlakət, qəti təhlükə

Nüvənin kölgəsində dünya: Təsadüfi fəlakət, qəti təhlükə

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bəşəriyyətin təhlükəsizliyi XXI əsrin ən kritik məsələlərindən birinə çevrilib.

Dünyanın iki nüvə supergücü olan ABŞ və Rusiya arasındakı nüvə rəqabəti yalnız regionlarda deyil, qlobal miqyasda da gərginliyi artırır. Rusiyanın keçmiş imperiya ambisiyaları və bunun nəticəsində silahlanma yarışının sürətlənməsi, eləcə də ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın bu tendensiyanı cilovlamaq üçün hərbi gücünü artırması, bütün dünya üçün potensial təhlükə mənbəyinə çevrilib.

Bu proses yalnız təhlükəsizlik siyasətinə yox, sosial infrastruktur layihələrinə ayrılan resurslara da mənfi təsir göstərir. Belə bir mərhələdə nüvə rəqabətinin daha da dərinləşməsi, istənilən məsuliyyətsiz addım və ya təsadüfi hadisənin bəşəriyyət üçün fəlakətli nəticələr doğura biləcəyini göstərir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xaqani Cəfərli bildirib ki, ABŞ və Rusiya nüvə arsenalına dünyanın iki ən böyük dövləti olduğu üçün bu iki dövlət arasında nüvə rəqabəti bütün dünya üçün təhlükəni artır: 

"Rusiyanın keçmiş imperiyanı bərpa etmək siyasəti isə yeni sürətlə silahlanmaya yol açıb. ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Rusiyanın davakar siyasətini cilovlamaq üçün silahlanmaya start veriblər".

Onun sözlərinə görə, bu isə bütün dünyada silahlanmaya səbəb olur:

"Aydın görünür ki, təhlükəsizlik bütün dövlətlər üçün birinci məsələyə çevrilib. Bunun nəticəsində sosial və infrastruktur layihələrə xərcləmələr azaldılır, silahlanma xərcləri artırılır".

Xaqani Cəfərli: Bu elə bir mərhələdir ki, istənilən məsuliyyətsiz addım və təsadüfi bir hadisə böyük faciələrə səbəb ola bilər

X.Cəfərli diqqətə çatdırıb ki, belə bir zamanda nüvə rəqabətinin də qlzlşması bəşəriyyəti təhlükəlinin astanasına gətirir: 

"Bu elə bir mərhələdir ki, istənilən məsuliyyətsiz addım və təsadüfi bir hadisə böyük faciələrə səbəb ola bilər".

Beləliklə, demək olar ki, ABŞ və Rusiya arasındakı nüvə rəqabətinin dərinləşməsi qlobal təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Silahlanma yarışının sürətlənməsi və dövlətlərin təhlükəsizlik xərclərinə üstünlük verməsi, sosial və infrastruktur layihələrinə ayrılan resursların azalmasına səbəb olur. Belə bir şəraitdə hər hansı bir yanlış addım və ya təsadüfi hadisə böyük faciələrə yol aça bilər.

Ona görə də beynəlxalq əməkdaşlıq və nüvə silahlanmasının məhdudlaşdırılması bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət daşıyır.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri