Icma.az
close
up
RU
Nvidia ən əlçatan növbəti nəsil RTX videokartının buraxılış tarixini açıqladı FOTO

Nvidia ən əlçatan növbəti nəsil RTX videokartının buraxılış tarixini açıqladı FOTO

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Nvidia" yeni "GeForce" RTX 5060 videokartının satış tarixi və bu model ilə təchiz olunmuş ilk noutbuklar haqqında məlumat yayıb.

Milli.Az xəbər verir ki, "The Verge" portalının xəbərinə görə, satışlar 19 may tarixindən başlayacaq.

RTX 5060 modelinin tövsiyə olunan satış qiyməti 299 dollar (təxminən 510 manat) olacaq. Bu videokartla təchiz edilmiş noutbukların qiyməti isə 1,099 dollardan (təxminən 1,870 manat) başlayacaq.

Bu model RTX 50 seriyasının ən sadə və əlçatan versiyasıdır və daha güclü RTX 5060 Ti modelinə nisbətən texniki göstəricilərdə zəifdir. Belə ki, RTX 5060 cəmi 3,840 CUDA nüvəsinə malikdir - bu, Ti versiyasından təxminən 800 nüvə azdır.

Buna baxmayaraq, yeni model GDDR7 yaddaş formatını, DLSS 4 texnologiyasını və "Multi Frame Generation" xüsusiyyətini dəstəkləyir. Eyni zamanda, ən son nəsil "Tensor" və "Ray Tracing" (RT) nüvələri ilə təchiz olunub ki, bu da qrafika və oyun performansında əhəmiyyətli artım təmin edir.

"Nvidia"nın məlumatına görə, RTX 5060 modelinin satışından əvvəl bir neçə oyun DLSS 4 dəstəyi ilə yenilənəcək. "MechWarrior 5: Clans" oyunu üçün bu yeniləmə 7 may, "New World: Aeternum" oyunu üçün isə 13 may tarixində istifadəyə veriləcək.

Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, tövsiyə olunan qiymət real satış dəyərini əks etdirməyə bilər. Pərakəndə satışdakı əlavə xərclər və ABŞ-də tətbiq oluna biləcək yeni idxal tarifləri səbəbindən RTX 5060 modelinin qiyməti 299 dollardan (təxminən 510 manat) yuxarı ola bilər.

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see207

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see198

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see168

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see157

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

07 Noyabr 2025 23:49see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see133

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see132

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see132

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see130

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see129

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see129

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see124

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see122

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see120

Liqa 1: “Renn” səfərdə “Paris”dən üstün oldu VİDEO

08 Noyabr 2025 02:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri