Icma.az
close
up
RU
“Nyu York Tayms”ın Azərbaycan qərəzi Trampa qarşı da yönəlib

“Nyu York Tayms”ın Azərbaycan qərəzi Trampa qarşı da yönəlib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp “Nyu–York Tayms” qəzetini tənqid edərək nəşri xalqın düşməni adlan­dırıb. Bu barədə D.Tramp özünün “Truth Social” şəbəkəsindəki payla­şımında bildirib.

Xatırladaq ki, bir neçə gün öncə qəzet­də dərc olunan məqalədə D.Trampın pre­zident kimi vəzifə öhdəliklərini səmərəli şəkildə yerinə yetirmək qabiliyyəti şübhə altına alınıb. Trampın tənqidlərinin kö­kündə də bu məqalə dayanır: “Bağlan­maq təhlükəsi ilə üzləşən “Nyu–York Tayms”da sol radikal baxışlı ağılsızlar mənim haqqımda məqalə yazıblar... On­lar mənim əmək qabiliyyətimin aşağı düşə biləcəyini iddia edirlər. Hərçənd ki, faktlar bunun əksini sübut edir. Bu “qəzetcik” əsl xalq düşmənidir”.

Amerika lideri “Nyu–York Tayms”ın gəldiyi qənaəti rədd edib, özünün siyasi və iqtisadi uğurlarını vurğulayıb. Həmçi­nin, bu yaxınlarda keçdiyi tibbi müayinə­ni və koqnitiv (idrak) testi xatırladıb. Bu testlərin nəticələrini möhtəşəm adlandırıb. “Mən 2024-cü ildəki prezident seçkilə­rində böyük səs fərqi ilə qalib gəldim”, – deyən Tramp səkkiz müharibə və ya si­lahlı münaqişəni nizamlamasını, habelə 48 yeni fond bazarı rekordunu əsas nailiyyəti kimi sadalayıb. O, həmçinin qəzeti qərəzli olmaqda və informasiyanı qəsdən təhrif et­məkdə günahlandıraraq iddia edib ki, onun səhhəti ilə bağlı məqalənin müəllifi Keti Rocers üçüncü dərəcəli jurnalistdir. Tram­pın sözlərinə görə, Rocersə onun haqqında yalnız pis şeylər yazmaq həvalə olunub.

* * *

Qeyd etmək lazımdır ki, media və pre­zident arasında gərginlik Birləşmiş Ştat­ların siyasi həyatında yeni məsələ deyil. Lakin D.Trampla “Nyu–York Tayms”ın son qarşıdurması bu münasibətlərin daha sərt mərhələyə keçdiyini göstərir. Trampın paylaşımı təkcə emosional reaksiyanın ifa­dəsi deyil, həm də öz mübarizə üsuludur. Hamıya məlumdur ki, Tramp opponentlə­rini tənqid etməklə yanaşı, onların motiv­lərini də sual altına qoyur və bununla ic­timai rəyin istiqamətini dəyişməyə çalışır.

Məsələnin kökündə isə qəzetin Tram­pın vəzifə öhdəliklərini yerinə yetirmək qabiliyyəti ilə bağlı şübhə toxumu səpən yazısı dayanır. Bu yazı son aylarda yenidən gündəm olan Trampın yaşı, səhhəti və ikin­ci prezidentlik dövründə ölkəni idarəetmə bacarığı barədə müzakirələri ştatlarda daha da qızışdırıb. Məhz buna görə də Trampın reaksiyası sərt oldu. O, qəzetin yazdıqlarını əsassız sayır, özünü isə siyasətdə təcrübəli və güclü lider kimi təqdim edir. Xüsusilə də tibbi müayinədən keçməsi, idrak testlə­rini uğurla verməsi haqda dedikləri ilə bu tənqidlərin qarşısını almağa çalışır.

Trampın ittihamlarının hədəfində təkcə məqalənin müəllifi yox, bütövlükdə qəzet dayanır. “Nyu–York Tayms”ı qərəzli və faktları təhrif edən nəşr kimi təqdim et­məsi, əslində, onların uzun illərdir davam edən savaşının tərkib hissəsidir. Bu qəzet özünü ABŞ-da liberal düşüncənin aparıcı tribunası hesab edir və Trampın siyasi xətti ilə heç vaxt uzlaşmağa cəhd göstərməyib. Tramp da bunu yaxşı anlayır və hər dəfə, fürsət düşdükcə oxucuların gözündə bu nəşrin etibarlılığını aşağı salmağa cəhd edir. Yazıda Trampın səhhəti ilə bağlı məqamların qabardılması təsadüfi deyil. Çünki seçkiyə gedən namizədin sağlamlıq durumu ABŞ siyasətində mühüm faktor­dur. Xüsusilə dünya siyasətinin son illərdə müxtəlif ağır hadisələrlə yüklənməsi li­derlərdən həm zehni, həm də fiziki cəhət­dən böyük enerji tələb edir. Bu baxımdan “Nyu–York Tayms”ın yazısı Trampın siya­si perspektivinə zərbə vurmağa hesablan­mış addım kimi görünür.

Tramp isə öz arqumentlərini sada­lamaqda davam edir. O, prezidentliyi dövründə silahlı münaqişələrin həllini tapdığını, fond bazarlarında rekordlar qırıl­dığını xatırladır. Bu, həm seçicilərə mesaj­dır, həm də qəzetin onu təsvir etdiyi obrazı dağıtmaq cəhdidir. “Nyu–York Tayms”ın mövzunu bu qədər qabartması da təsadü­fi deyil. Qəzet Trampın ikinci dəfə siyasi hakimiyyətə qayıdışını təhlükə kimi görən çevrələrin ruporu rolunu oynayır. Məqalə­də səhhət mövzusunun ön plana çəkilməsi, Trampın iddia etdiyi kimi, sadəcə, jurna­listin şəxsi təşəbbüsü yox, geniş dairələrin narahatlığının əksidir. Bu səbəbdən Tram­pın reaksiyası emosional olsa da, siyasi baxımdan başadüşüləndir.

Əslində, tərəflər arasında davam edən bu qarşıdurma ABŞ-da media-siyasət mü­nasibətlərinin ayrılmaz tərkib hissəsidir. Lakin “Nyu–York Tayms”ın öz obyektiv­liyini getdikcə daha çox sual altına atan yanaşması onun nüfuzuna fayda gətirmir. Qəzet siyasi mübarizənin bir tərəfi kimi çıxış etdikcə, oxucu üçün informasiya mənbəyindən çox, siyasi alət təsiri bağış­layır. Trampın əsas hədəfi də məhz bunu nümayiş etdirməkdir: yəni rəqibini tənqid etməklə yanaşı, onun əlinə necə deyərlər, “kozır” verən mətbuatın da etibarsız oldu­ğunu göstərmək.

Bütövlükdə, hazırkı mübahisə həm ABŞ seçkilərinə gedən prosesin gərgin­liyini, həm də Trampın siyasi üslubunda heç nəyin dəyişmədiyini bir daha ortaya qoyur. O, yenə əvvəlki kimi qarşısındakı bütün tənqidçiləri sıxışdırır, öz obrazını isə maksimum möhkəmləndirməyə çalışır. Bu qarşıdurma seçkiyə qədər daha çox davam edəcək və görünən odur ki, ən böyük mü­barizə təkcə siyasi rəqiblərlə deyil, media ilə də olacaq.

* * *

Onu da bildirək ki, “Nyu–York Tay­ms”ın təkcə ABŞ siyasətində deyil, bey­nəlxalq mövzularda da qərəzli mövqeyi uzun illərdir müzakirə olunur. Qəzet Azər­baycana qarşı tutduğu qərəzli mövqeyi ilə də, necə deyərlər, məşhuri-cahandır. Onun bu davranışı ölkəmizdə zaman-zaman tənqid olunub. Qəzet ölkəmizə dair möv­zuları işıqlandırarkən faktları tam şəkildə təqdim etmir, hadisələri birtərəfli şəkildə yozur və nəticədə oxucuya tamamilə təh­rif olunmuş təsvir ötürür. Bu, artıq təsa­düf yox, redaksiya xəttinin formalaşmış bir parçasıdır. Ölkəmizin haqq savaşında, Qarabağ reallıqlarında, bölgədəki yeni si­yasi düzənlə bağlı yazılarda “Nyu–York Tayms”ın seçdiyi ton, istifadə etdiyi ifa­dələr, sitatların seçimi yalnız bir məqsədə – ölkəmizi zəif, aqressiv və ya beynəlxalq hüquqa məhəl qoymayan tərəf kimi göstər­məyə xidmət edib. Halbuki həmin dövrdə baş verən hadisələrin məğzini, 30 illik iş­ğal faktını, beynəlxalq hüququn prinsiplə­rini gözardı etmək üçün ya məsələlərə çox səthi yanaşmaq, ya da bilərəkdən qərəz nümayiş etdirmək lazımdır. Təəssüf ki, “Nyu–York Tayms” ikinci yolu seçib.

Bu mövqe Azərbaycanda dəfələrlə tənqid olunub. Ən yüksək səviyyədə döv­lət rəsmiləri, jurnalistlər, ekspertlər və ic­timaiyyət nümayəndələri haqlı olaraq bil­diriblər ki, “Nyu–York Tayms” kimi nüfuz iddiasında olan media qurumunun belə davranması obyektivlik prinsiplərinə zid­dir. Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nü­mayəndələrinə müsahibəsində səsləndirdi­yi fikirləri xatırlatmaq yerinə düşər: “Bəli, bilirsiniz ki, Prezident Trampın əsaslı ola­raq saxta xəbərlər adlandırdığı bəzi Birləş­miş Ştatlar mediasında Azərbaycan iblis donunda təqdim olunurdu. “Vaşinqton Post”, “Nyu–York Tayms”, “Nyusveek” və bir çox başqa media qurumları mütə­madi olaraq Azərbaycan haqqında şayiələr yayır, bizə hücum edir, təhqiramiz yazılar dərc edir və əslində, Amerika ictimai rəyi­ni çaşdırırdılar. Bunu əsasən bu gün ermə­ni maraqlarına uyğun fəaliyyət göstərən erməni lobbi qruplarının nümayəndələri ediblər”.

Prezident İlham Əliyev qeyd etmişdi ki, bu gün baş verənlərə sevinmək əvəzinə, onlar çox məyus olurlar, çünki onların ma­raqları tamamilə fərqlidir: “Onlar işğala görə məsuliyyət daşıyanlardır, çünki onla­rın ideyaları, məsləhətləri, pulları və Ermə­nistanın müxtəlif hökumətlərinə təsirləri Ermənistanın özü üçün dağıdıcı rol oyna­yıb. Əgər onlar, belə qruplar olmasaydı, Ermənistan daha çox inkişaf etmiş, möh­kəm, müstəqil sistemə malik ölkə olardı. Amma onlar, sadəcə, vaxt itirdilər, torpaq­larımızı işğal edərək vaxt itirdilər və sonda bu işğalı əbədi saxlaya bilmədilər, əslində isə özlərini inkişafdan 30 il geri atdılar”.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, dünyaya, necə deyərlər, söz azadlığının qalası kimi təqdim olunan bir nəşrin faktlarla bu qədər qərəzli davranması onun adına və olan-qa­lan nüfuzuna xələl gətirir. Onun sözlərinə görə, bu gün Prezident Trampın qəzeti tərəfli olmaqda ittiham etməsi təsadüfi deyil: “Sadəcə, bu dəfə hədəfdə Azərbay­can deyil, ABŞ daxilindəki siyasi rəqiblər dayanır. Amma qəzetin ənənəvi yanaşma­sına baxanda Trampın dedikləri bir qədər başadüşülən görünür. Çünki “Nyu–York Tayms”ın istədiyi mənzərəni yaratmaq üçün faktları necə düzüb-qoşduğunu ölkə­miz yaxşı görüb. Bir sözlə, qəzetin Azər­baycana qarşı illərdir sərgilədiyi münasibət indi ABŞ siyasətinin daxili mübarizəsində də özünü göstərir. Bu isə həmin nəşrin jur­nalist nüfuzu ilə siyasi mövqeyi arasında sərhədi çoxdan itirdiyini sübut edir”.

Ekspert hesab edir ki, “Nyu–York Tayms”ın Azərbaycanla bağlı mövzulara yanaşması təkcə qərəz məsələsi deyil, həm də regionu dərindən tanımamağın nəticə­sidir: “Qəzet hadisələri çox vaxt uzaqdan, hazır stereotiplər əsasında qiymətləndirir. Bu isə reallığı təhrif edir və oxucuda yanlış təsəvvür formalaşdırır. Azərbaycanla bağlı yazılarda yerli mənbələrə, bölgənin tarixi və hüquqi kontekstinə istinad azdır, nəticə­də, təqdim olunan mənzərə birtərəfli alınır”.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see494

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see313

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see299

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see252

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see183

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri