Nyu York məhkəməsi Trampa qarşı qərarı ləğv etmədi
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Dekabrın 16-da Nyu York məhkəməsinin hakimi Donald Trampı 2016-cı ildə porno ulduz Stormi Danielsə Seçki fondundan qanunsuz pul ödəməsi iddiasında təqsirli bilən andlılar məhkəməsinin qərarını ləğv etməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri məlumat yayıb.
Vəkillər iddia ediblər ki, prezident vəzifə səlahiyyətləri daxilində etdiyi hərəkətlərə görə mühakimə oluna bilməz, bununla da, Tramp bu iş üzrə məsuliyyətdən azad olur. İttiham tərəfi vurğulayıb ki, iş Trampın prezident kimi hərəkətlərinə deyil, onun şəxsi davranışına aiddir.
Məhkəmənin hakimi Merçan belə nəticəyə gəlib ki, toxunulmazlıq prinsipləri pulların gizlədilməsi işində sübutlara şamil edilmir. Hakim əlavə edib ki, hətta bu sübutların bəziləri səhv olsa belə, bu səhv "günahın təsdiq edilməsinə dair sübutların çoxluğuna” görə məhkəmənin nəticəsinə təsir göstərməyəcək.
Nizami Bağırov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 17 Dekabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















