Icma.az
close
up
RU
“O, bizə çoxlu boş şeylər danışıb... ABŞ lideri Kreml rəhbərini ittiham etdi

“O, bizə çoxlu boş şeylər danışıb... ABŞ lideri Kreml rəhbərini ittiham etdi

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“O, bizə çoxlu boş şeylər danışıb, yeni sanksiyaları nəzərdən keçirirəm...”

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə qarşı nadir hallarda rast gəlinən sərt açıqlamalarla çıxış edib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Ağ Evdə keçirilən hökumət toplantısında Tramp Rusiya prezidenti ilə bağlı narazılığını dilə gətirib və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirdiyini bəyan edib.

Prezident Tramp Putinlə münasibətlərindəki ziddiyyətləri açıq şəkildə ifadə edərək bildirib ki, Rusiya lideri ilə şəxsi münasibətləri nə qədər “nəzakətli” olsa da, bunun heç bir mənası yoxdur.

“O, bizə çoxlu boş şeylər danışıb. Əslində bu nəzakət göstərmək deyil, çünki çoxlu insan hələ də həlak olur”, - deyə Tramp vurğulayıb.

ABŞ lideri bildirib ki, Rusiya davranışını dəyişmədiyi halda, Kremlə qarşı əlavə tədbirlər görülə bilər.

“Kiçik bir sürpriz edə bilərik”, - deyə Tramp əlavə edib və Senatda hazırlanmış yeni sanksiya paketini nəzərdən keçirdiyini bildirib.

Onun sözlərinə görə, bu qanun layihəsinin taleyi şəxsi münasibətindən asılı olacaq.

Donald Tramp Ukraynaya ABŞ tərəfindən göstərilən hərbi dəstəyi də müdafiə edib. Onun sözlərinə görə, əgər ABŞ silah göndərməsəydi, Rusiya artıq Kiyevi 3-4 gün ərzində işğal etmiş olardı.

“Putin insanlara qarşı düzgün davranmır. O, çox sayda adam öldürür”, - deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin qeyd edib ki, yaxın günlərdə Ukraynaya yeni müdafiə silahlarının göndərilməsinə şəxsən razılıq verib.

Bu bəyanat Pentaqonun Ukraynaya əlavə silah yardımının göndərildiyini elan etməsi fonunda səslənib. Pentaqonun açıqlamasında bildirilir ki, bu yardım Ukraynanın özünü müdafiə etməsinə və “davamlı sülhün təmin olunmasına” yönəlib.

Kiyevə “Patriot” raketləri göndəriləcək

ABŞ mətbuatı, o cümlədən “Axios” nəşri administrasiyadakı mənbələrə istinadla yazır ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Kiyevə 10 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi üçün raket göndəriləcəyinə söz verib. Hətta Vaşinqtonun Almaniyaya təzyiq göstərərək, bu sistemləri ABŞ-dan almasını və daha sonra Ukraynaya verməsini təklif etdiyi də iddia olunur.

Xatırladaq ki, iyulun əvvəlində ABŞ bəzi silahların, o cümlədən “Patriot” raketlərinin tədarükünü müvəqqəti dayandırmışdı və bu qərar Kiyevdə ciddi narahatlıq doğurmuşdu.

2025-ci ilin yanvarında yenidən Ağ Evə qayıdan Tramp müharibəni sona çatdırmaq niyyətində olduğunu bəyan etsə də, son açıqlamaları onun Rusiya liderinə olan münasibətinin dəyişdiyini göstərir. O, artıq həm Putinə, həm də Zelenskiyə tənqidlər yönəldir. Xüsusilə də bu açıqlamalar, ABŞ və Rusiya prezidentlərinin son telefon danışığından sonra verilib. Tramp sözügedən danışıqlardan sonra qeyd edib ki, müharibənin dayandırılması istiqamətində “heç bir irəliləyiş əldə olunmayıb”.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyul 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri