O boyda sənət göstəririk... Alim Qasımovdancavab
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir neçə gün əvvəl Hacıqabul rayonunda özünə toy edən müğənni Pünhan Piriyev məclisinə dəvət etdiyi bəzi həmkarlarından gileylənib.
"Bakupost" xəbər verir ki, ifaçı müğənnilərdən birinin toyda iştirak etmək üçün 15 min manat qonorar istədiyini bildirib və söhbətin Xalq artisti Alim Qasımovdan getdiyini açıqlayıb.
P.Piriyev Alim Qasımovun bu istəyindən narazı qaldığını, Xalq artistinə hər zaman hörmətlə yanaşdığını və onun xeyir işlərində iştirak etdiyini deyib.
Müğənni həmçinin Əməkdar artist Yusif Mustafayevin də məclisdə iştirak etmədiyini qeyd edib.
Bununa bağlı “Cebheinfo.az”-a açıqlamasında Xalq artisti Alim Qasımov Pünhan Piriyevin onun toyunda iştirak etməməsi və 15 min manat qonorar istəməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
O qeyd edib ki, bu məsələnin bu qədər diqqət çəkməsini anlamır:
“O boyda sənət göstəririk, heç bir jurnalist maraqlanmır. İndi kimsə nəsə deyib, hamı zəng edib sual verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 06 Oktyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















