Icma.az
close
up
RU
O, düşməni lərzəyə salırdı...

O, düşməni lərzəyə salırdı...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Elbrus Bayramov Azərbaycan Silahlı Qüvvələrinin mayoru,  44 günlük Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş  qəhrəman hərbi qulluqçudur. 

Beyləqanın Milabad qəsəbəsində dünyaya göz açan Elbrus uşaq yaşlarından Qarabağın başına gətirilən müsibətlər barədə böyüklərin söhbətlərinin şahidi olub. Ağlı kəsəndən hərbçi olmağı, əzəli və əbədi torpaqlarımızı yağıların cəngindən almağı arzulayıb. Elə bu istəyinin arxasınca düşərək, Bakıya yollanıb. Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Atəşkəs illərində qüsursuz xidməti ilə tanınıb.    

Məlum Aprel döyüşləri başlananda o, artıq 7 il idi ki, şərəfli zabit peşəsində Vətənə xidmət edirdi. Ermənilərin yalvar-yaxarla nail olduqları atəşkəsə qədər 4 gün ərzində onlara ibrət dərsinin verilməsində yaxından iştirak elədi. Atışmalar zamanı ətrafa yayılan barıt qoxusu, silahla davranmağı, qorxmadan, dik ölümün gözünə baxa bilməyi öyrətdiyi əsgərlərinin qeyrət nümunələri, xüsusilə də silahlı separatçıların “Vay mame!” qışqıraraq döyüş mövqeyini qoyub qaçması hünərvər zabiti böyük qələbəyə daha da ruhlandırdı. 

Azərbaycan Ordusunun mayoru olan Elbrus Bayramov 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərin Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi və  ərazi bütövlüyümüzün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Füzulidə gedən döyüşlərdə fərqlənib. Şəhadətə qovuşduğu 2 oktyabr tarixinədək ötən bir həftə ərzində adını Zəfər tariximizə qızılı hərflərlə yazdıra bilib.

Davanın ilk günlərində öz bölüyü ilə növbəti döyüş tapşırığı üzrə irəliləyən mayor Bayramov idarə etdiyi tankla minaya düşüb, yaralanmasına baxmayaraq, geri çəkilmir, ermənilərin silah dolu maşınını və 30-dan çox canlı qüvvəsini məhv edir. Oktyabrın 1-də isə düşmənin o istiqamətdə bütün döyüş, rabitə və tibb heyəti darmadağın olunur. Strateji yüksəkliklər Azərbaycan döyüşçülərinin əlinə keçir. Elbrus Bayramov və əsgərləri canları, qanları bahasına qazandıqları mövqeləri əldən vermirlər. Yaralı-yaralı vuruşan mayorun ağrı-acısı yadına da düşmür. Ona belə bir qəti qənaət hakim idi ki, tezliklə Qarabağ torpaqları yağılardan geri alınmalı, haqq müharibəmiz qələbə ilə başa çatmalıdır. Müzəffər Ali Baş Komandanımız da məhz belə əmr vermişdi, xalqımız da məhz həmin əzmdə, əhvali-ruhiyyədə idi. 

Ertəsi gün igid mayora Füzuli ətrafında – Qərvənd istiqamətində düşmən bunkerinə hücum əmri verilir. Ermənilərin əsas canlı qüvvəsi orada cəmləşmişdi. Elbrusun hərbçi yoldaşları deyir ki, o, həmin gün şəxsi heyəti ilə mühasirəyə düşmüş taborun köməyinə yetişib və darda qalan hərbçiləri çətin mövqedən çıxara bilib. Elə həmin anda qorxmaz mayor sığınacaqdan erməni zirehli tankının bizim döyüşçülərin üstünə gəldiyini görür. Anlayır ki, onu dayandırmasalar, mövqeləri ələ keçiriləcək və çoxlu itki verəcəklər. Bu vaxt düşmən mövqelərimizi fasiləsiz atəşə tutur. 

Elbrus zabit yoldaşını əsgərlərin yanına göndərir. Sağ cinahdakılara təhlükə barədə xəbər verir. Götürdüyü əl qumbarası ilə onların üzərinə gələn tankın qarşısına çıxır. Tanka çathaçatda snayperlə ayağından vurulsa da, özündə güc toplayıb yenə irəli atılır. Elbrus tankın lüləsindən qumbaranı içəri tullayır. Heyəti və tankı məhv edir. Beləliklə, mayor Bayramov yüzdən çox əsgər və zabitimizi düşmənin hiyləgər hücumundan qurtarır, ordumuzun irəliləməsinə şərait yaradır. Özü isə son dəfə gözü ilə göylərin şəklini çəkir...  

Şəhadətə ucalan igid Vətən oğlu 2 gün sonra Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub. Elbrus Eyvaz oğlu Bayramov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, həmçinin, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Beyləqan Şəhəri Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyə onun adı verilib. 

Şəhid mayorun 2 övladı Vətənə əmanət qalıb.

Ə.DOSTƏLİ 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri