Icma.az
close
up
RU
O, ən gözəl örnəkdir

O, ən gözəl örnəkdir

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


İstər uşaqlıqda, istərsə də gənclik illərində insan kiməsə bənzəmək istəyir, kimisə özünün idealı hesab edir. Bəlkə də, bəzi istisnalar var, amma tam qətiyyətlə deyə bilərik ki, bu söylədiklərimiz əksəriyyət üçün belədir.
Ömrün hələ tam dolğunlaşmamış, dünyagörüşünün hələ tam formalaşmamış erkən mərhələlərində insan təxəyyülü, arzuları çox yüksəklərdə olur. Uşaq bəzən öz valideynlərini, bəzən öz müəllimlərini, bəzən baxdığı bir kinodan hansısa bir qəhrəmanı, bəzən də oxuduğu bir romandan hansısa bir surəti ideallaşdıra bilər.
Bəzən bu sevgi, bu bağlılıq o qədər irəli gedir ki, yeniyetmə heç özü də fərqinə varmadan idealındakı obrazdan müəyyən jestlər, danışıq tərzləri, xarakterik cizgilər əxz edir. Sözün qısası, hər kəs sevdiyinə bənzəməyə çalışır, onun kimi olmaq istəyir.
Əmin olun ki, siz də bir vaxt bu mərhələni keçmisiniz və uşağınız da indi təxminən o duyğuları, o hissləri yaşayır. Sadəcə olaraq, ortada zaman fərqi var və bir də olsa-olsa, obrazlar fərqlidir.
***
Ola bilsin ki, siz uşağınızın davranışlarındakı fərqi hiss edirsiniz. Açıq-aydın görürsünüz ki, son bir neçə ayda onun xarakterində, düşüncəsində, ətrafı ilə münasibətində fərqli nüanslar var. Elə bil heç beş ay əvvəlki adam deyil. Heç təəccüblənməyin, əslində bütün bunlar çox təbii və normal proseslərdir. Uşağınız inkişaf edir, böyüyür, dünyagörüşündə yeni mərhələlər açılır, xarakteri mərhələ-mərhələ dəyişir. Bir sözlə, özünü axtarır, özünə doğru gedir. Bütün bu mərhələlərdə ideal dediyimiz obraz əslində o yeniyetmə üçün uzaqda görünən bir ilğım kimidir. Yeniyetmə ona doğru gedir, gedir, amma çata bilmir. Getdikcə də böyüyür, dəyişir, inkişaf edir.
***
Uzun illərdən bəri cəmiyyətimizdə belə bir ənənə davam etməkdədir, yeniyetmədən onun idealındakı qəhrəmanın kim olduğunu soruşurlar. Bəlkə elə bu ənənənin nəticəsi, ya da insanın fitrətindən gələn bir ehtiyacdır ki, uşaqlar özlərinə ideal şəxsiyyət seçirlər. Bu səxsiyyət əksər hallarda ya hansısa bədii əsərdən, ya hansısa bir filmdən, ya da hansısa bir tarixdən seçilmiş şəxsiyyət olur. Sanki uşağın bənzəmək ehtiyacı var. Sarmaşıq ağaca sarılıb yüksəldiyi kimi elə bil uşaq da təsəvvüründə canlandırdığı hansısa qəhrəmana doğru yol gedərək böyüməlidir. Ancaq təbii ki, bu həmişə belə davam etmir və ideal seçdiyiniz obraz nə vaxtsa, sizin üçün adiləşir, daha doğrusu, ideal olmaq mərtəbəsindən enir.
İnsanlar xətalardan sığortalanmayıblar və siz də öz ideallarınızın xətalarını gördükcə onu öz təsəvvürünüzdə adiləşdirir və sonra da yaddaşınızın bir küncünə yerləşdirirsiniz. Bundan sonra qarşılaşdığınız hər çətin məqamda artıq onu xatırlamırsınız, “Bu məqamda o nə edərdi?” - deyib təsəvvürünüzün imkanlarını sona qədər açmırsınız. Əgər bura çatdınızsa, deməli, həmin obraz artıq sizin üçün ideal olmaqdan çıxır.
***
Qurani-Kərimdə bildirilir ki, Peyğəmbərimizin (s.ə.s.) həyatında bizim üçün çox gözəl örnəklər və nümunələr var. Yəni, bu vədi bizə Allah verir, bu örnəyi bizə Allah göstərir. Sevmək, bənzəmək üçün tanımaq lazımdır. Bir şəxsiyyəti tanımalısan ki, onu sevə, onun kimi olmağa can ata biləsən. Ancaq çox böyük təəssüf hissi ilə bildirməliyik ki, Peyğəmbərimizi (s.ə.s.) tanımaq və tanıtmaq məsələsində çox böyük əskiklərimiz, qüsurlarımız var. Halbuki Onun həyatı başdan-başa bizim üçün örnəkdir və hər məqamında bizim üçün məktəb sayıla biləcək nümunələr var.
Heç şübhəsiz, hər bir valideynin qarşısında duran ən əsas məsələ uşağa düzgün tərbiyə verməkdir. Düzgün tərbiyə isə ən gözəl əxlaqın təbliği ilə mümkündür. Ona görə də, Peyğəmbərimizin təbliği elə tərbiyə deməkdir. Gözəl əxlaqın ən üstün nümunələrini onun həyatında görmək mümkündür.
***
Aprel ayı həm də onunla əlamətdardır ki, Peyğəmbərimiz (s.ə.s.) məhz bu ayda dünyaya göz açıb. Bu möhtəşəm tarixi hadisə 671-ci il aprel ayının təxminən 20-də baş verib. Onun gəlişi ilə sanki dünya yenilənib, hər şey yeni məna, yeni mahiyyət kəsb etməyə başlayıb. O gəlməli idi ki, Quran nazil olsun, dünya yeni atmosferə, yeni iqlimə daşınsın.
Peyğəmbərlikdən əvvəl də o, hər kəsin rəğbətini, etibarını qazanmış şəxsiyyət idi. Düşmənləri belə onun bir dəfə də olsun yalan danışdığını, verdiyi sözdən qaçdığını görməmişdilər. Ona görə də, adını Məhəmməd-ül Əmin, yəni güvənilən, inanılan, etibarına şübhə olmayan Məhəmməd qoymuşdular. O, dünyaya göz açanda atası həyatdan köçmüşdü. Altı yaşı olanda da sevimli anası Əminə Xatunu itirdi. Beləcə, mübarizə dolu bir həyatı atasız, anasız yaşamalı oldu. Amma bunda da bir hikmət var idi, çünki onun ən böyük himayədarı, dayağı, güc mənbəyi Allah (c.c.) idi. Onu Allah (c.c.) tərbiyə etmişdi, Peyğəmbər seçmiş və Həzrəti Adəmdən bəri bütün bəşəriyyət içində ən üstün məqama layiq görmüşdü.
***
Təvazökarlığın, sadəliyin, fədakarlığın, xeyirxahlığın, imkansıza əl tutmağın, təşəbbüskarlığın, fəal həyatın, ağılla qərar verməyin ən gözəl örnəyini onun həyatında görə bilərsiniz. Təsəvvür edin ki, onun doğulduğu illərdə ərəb coğrafiyasında yeni doğulan qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Yəni, insanlıq bu qədər mahiyyətindən uzaq düşmüşdü. Yəni, insanlıq bu qədər vəhşiləşmişdi. O isə bu kütlə içərisindən mələk kimi xeyirxah, fədakar insanlar ordusu yetişdirə bildi. Təbii ki, bütün bunlar yuxarıda dediyimiz o yüksək əxlaqi keyfiyyətlər hesabına mümkün oldu.
Məkkə kafirləri onu aradan götürmək üçün hər şeyə razı idilər. Nə qədər mal-pul vəd etsələr də, Haqq yolundan döndərə bilməmişdilər. Öldürmək üçün cürbəcür planlar hazırlayırdılar. Ancaq qəribədir ki, səfərə çıxanda öz mallarını ancaq ona etibar edirdilər, bilirdilər ki, düşmən də olsa, o, hər kəsdən daha dürüstdür, daha etibarlıdır, heç vaxt başqasının malına gözünün ucu ilə də baxmaz. Üstünə diləyə gələrdilər, yardım istəyərdilər, özündə varsa, verərdi, yoxsa, başqasından borc alardı.
***
Bir dəfə uzaq vilayətdən bir qadın gəlmişdi. Nəsə dərdi var idi, yardım istəyəcəkdi. Ancaq Rəsulullahı görən kimi həyəcanlandı, dili topuq vurdu, fikrini ifadə edə bilmədi. Rəsulullah belə dedi:
- Niyə həyəcanlanırsan, xanım? Mən quru çörəyi su ilə isladıb yeyən bir qadının oğluyam.
Təvözkarlığın, sadəliyin bundan üstününü təsəvvür etmək mümkün deyil.
İstəsəydi, bəşər tarixinin ən varlı insanı olardı, ən yaxşı, ən rahat həyat yaşayardı. Ancaq ömrü mübarizələr içində keçdi. Sevimli xanımı deyirdi ki, onun evdə bir gün doyunca yemək yediyini görmədi. Dünyadan köçəndə də Allah Rəsulunun bəzi əşyaları girov idi.
***  
Çox nikbin, mehriban, səmimi idi. Mübarək çöhrəsindən hər zaman təbəssüm yağardı. İnsanlara baxışında belə bir sevgi vardı. Buyurardı ki, insanların könlünü almaq üçün onların üzünə təbəssümlə baxmaq da sədəqədir. Yola düşən daşı insanlara mane olmasın deyə götürüb bir tərəfə qoymağı imanın əlaməti hesab edirdi. Acmadan süfrəyə əyləşməməyi, doymadan qalxmağı tövsiyə edərdi. Harada yetim görsə, başına sığal çəkər, könlünü alardı. Tənbəlliyi, pintiliyi, acizliyi əsla sevməz və səhabələrinə də bu hallardan uzaq durmağı tapşırardı. Oxuyub-öyrənməyi, ağlını işlətməyi, iradəli olmağı buyurardı. Ədalət prinsipindən vaz keçməzdi, Haqq üçün, ədalət üçün mübariz olmağı israrla tövsiyə edərdi.
***
Yazımızın sonunda diqqətinizi məşhur ingilis filosofu Tomas Karleylin bir sözünə cəlb etmək istəyirik: “İnsanlar hər şeydən daha çox Hz. Məhəmmədə (s.ə.s.) qulaq verməlidirlər. Digər bütün sözlər onun qarşısında boş sözlərdir”. Əslində biz də belə düşünürük. O, hər şeyin ən mükəmməlini ortaya qoyan möhtəşəm bir şəxsiyyətdir. Danışanda da, bir iş görəndə də o, hər kəsdən daha ciddi, daha məsuliyyətli, daha bacarıqlı idi. Onu tanımaq, tanıtmaq hər birimizin borcudur. O elə gözəldir ki, tanıyanlar cazibəsindən çıxa bilmirlər. O bizim üçün ən gözəl əxlaq örnəyidir. Aprel ayı onun dünyaya göz açdığı mövsümdür. Qızılgül onun rəmzi hesab olunur. O gün valideyninizə, övladınıza, ömür-gün yoldaşınıza, bir sözlə özünüzə yaxın bildiyiniz hər kəsə bir gül verin, Sevimli Peyğəmbərimizi (s.ə.s.) bir güllə yad edin. İnanın ki, bu sevginiz, bu səmimiyyətiniz qarşılıqsız qalmaz.
Gül kimi təmiz, gül kimi təravətli olun!
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Aprel 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see196

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see195

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see190

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see187

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see186

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see183

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see181

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see177

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see176

Qərib Azər yenidən efirə qayıdır VİDEO

11 May 2026 04:15see175

Müşahidə adı ilə geosiyasi oyunlar: “Revanşist çağırışlar sülhü riskə atır” Siyasi ekspert

10 May 2026 17:37see173

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

10 May 2026 15:59see167

“Sabah” “Sent Patriks”: neçə bilet satılıb?

11 May 2026 01:11see163

Prezidentdən revanşist dairələrə XƏBƏRDARLIQ

10 May 2026 18:14see155

Trampı Çin səfərində ABŞ şirkətlərinin nümayəndələri müşayiət edəcək

10 May 2026 23:24see152

Qisas əməliyyatının nəticəsi Hər yer erməni meyitləri ilə doludur VİDEO

11 May 2026 04:48see150

Həkimlər insult əlamətlərini aşkar ediblər...

10 May 2026 21:23see149

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

11 May 2026 11:20see148

Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat logistika mərkəzinə çevriləcəyini göstərir ŞƏRH

11 May 2026 01:08see148

Ermənistan Aİ yə üzvlüklə bağlı referendum keçirməlidir Putin

10 May 2026 11:27see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri