Icma.az
close
up
RU
“O məğlubiyyətdən sonra söz tapa bilmirdim” Yuri Vernidub

“O məğlubiyyətdən sonra söz tapa bilmirdim” Yuri Vernidub

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli premyer-liqasının 30-cu turunda “Neftçi” səfərdə “Karvan-Yevlax”ı darmadağın etdi - 3:0.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Yuri Vernidub jurnalistlərin suallarını cavablayıb.
- Autsayderlə səfər matçına komandanı psixoloji baxımdan hazırlamaq çətin olmadı?
- “Qarabağ”dan sonra futbolçularda böyük emosiya var idi. Yalan deməyəcəm, bu matça görə məndə böyük həyəcan var idi. Adətən, böyük oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Biz birlikdə bunun öhdəsindən gəldik. Buna görə futbolçularıma minnətdaram.
- “Neftçi”nin avrokuboklara getməsi “Sabah”la “Zirə” arasındaı kubokun final matçından asılıdı. Həmin oyundan gözləntiniz nədi?
- Bizim üçün hər oyun finaldı. Cəmi üç oyunumuz qalıb. Hər oyunda maksimum nəticə göstərməliyik. Kubokun finalından da çox şey asılı olacaq.
- Falaye Sakoya son oyunlarda nə yedirib-içirmisiz ki, belə performans göstərir?
- Sako peşəkar futbolçudu. Ona təşəkkür edirəm. O bir oyunda yox, bütün matçlarda belə oynamalıdı. Fransa elitasında da oynamış futbolçudu. Afərin.
- Məşqçi kimi böyük yol keçmisiz, ÇL oyunları, müharibələr görmüsüz. Həqiqətənmi ötən oyun sizi bu qədər yordu?
- (gülür). Başqa səbəb yoxdu. Belə şeylər olur. Nəzərə alın ki, ilk oyunda 5:1 uduzmuşduq. Bu mənim üçün böyük, sarsıdıcı zərbə idi. Uşaqlar üçün də belə idi. O məğlubiyyətdən sonra söz tapa bilmirdim. Elə emosional idim ki, artıq nəsə deyə bilərdim. Bir daha üzrxahlıq edirəm. Bəzən olur. “Neftçi” kimi tarixi olan klubda işləmək böyük şərəfdi. Rəhbərliyə, futbolçulara, azarkeşlərə böyük hörmət edirəm. Əsas da klubun tarixinə hörmət edirəm. Önəmlisi odu ki, futbolçular dərk etməlidi ki, bu komandada oynamaq elə-belə şey deyil.
- Mövsümün sonunda kimlərin ayrılacağını müəyyənləşdirmisiz?
- Vaxtı gələndə hər şeyi deyəcəm. Çox şey yazırlar. Mən özüm də oxuyuram. Futbolçularla münaqişəm olduğunu yazırlar. Belə şey yoxdu. Nə olur-olsun, dil tapacam. Onu deyim ki, seçimlərə həssas yanaşağıq, son dərəcə diqqətli olacağıq.
- Komandanın ilk “üçlük”dən kənar qalmasının səbəbi mövsümün əvvəlində itirilən xallardı, yoxsa hakim səhvləri?
- Bu barədə çox şərh vermək istəmirəm. Məndən öncə də çoxlu xal itirilmişdi. Bu bir az fərqli mövzudu. Klub olaraq əlimizdən gələni edirik ki, ən yaxşı nəticəni göstərək.
- Kubokun final oyununu canlı izləyəcəksiz və “Sabah”a azarkeşlik edəcəksiz?
- Düzü, dəqiq bilmirəm (gülür). Bizim kubok deyil. Hansısa komandaya azarkeşlik etməyim düzgün olmaz. Güclü olan qalib gəlsin. “Sabah”ın qələbəsi bizə vacib olsa da, bunu istəmək düzgün deyil. Həyat bumeranqdı. Sonra bizim də başımıza gələ bilər.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 May 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri