Icma.az
close
up
RU
O paylaşımların ağır cəzası var Vəkildən açıqlama

O paylaşımların ağır cəzası var Vəkildən açıqlama

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrin geniş yayılması ilə ictimai və rəsmi şəxslərlə bağlı fikir bildirmə halları da artıb.Təhqir və böhtan xarakterli paylaşımlar hüquqi məsuliyyət yarada bilər və bu zaman söz azadlığının sərhədləri qanunla müəyyən edilir. Dövlət qurumları və vəzifəli şəxslərlə bağlı iddiaların yayılması isə daha həssas yanaşma tələb edir. Bu baxımdan ifadə azadlığı ilə hüquqi məsuliyyət arasındakı balansın necə qorunması mühüm müzakirə mövzusudur.
Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, qanun qarşısında statusundan asılı olmayaraq hər kəs bərabərdir.
"Təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi qanunvericiliyə əsasən hüquqi məsuliyyət yaradan əməl hesab olunur. Bu baxımdan qarşı tərəfin məmur, ictimai şəxs və ya adi vətəndaş olması arasında hər hansı fərq qoyulmur. Qanun hər bir şəxsin şərəf və ləyaqətinin qorunmasını təmin edir və həmin hüquqların pozulmasına görə məsuliyyət nəzərdə tutur.
Əgər hər hansı şəxs haqqında həqiqəti əks etdirməyən, onun nüfuzuna xələl gətirən məlumatlar yayılırsa və ya açıq şəkildə təhqiredici ifadələr işlədilirsə, zərərçəkmiş tərəf birbaşa məhkəməyə müraciət etmək hüququna malikdir. Təcrübədə də bu kimi hallarla bağlı çoxsaylı müraciətlər edilir və məhkəmə tərəfindən araşdırmalar aparılır.
Belə işlər zamanı əsas məsələlərdən biri yayılan məlumatın böhtan və ya təhqir xarakteri daşıyıb-daşımamasının müəyyən edilməsidir. Əgər həmin fakt təsdiqini taparsa, o zaman bu əməli törədən şəxsin cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Xüsusilə sosial şəbəkələrin geniş yayıldığı dövrdə insanlar paylaşdıqları fikirlərə və yazdıqları ifadələrə görə hüquqi məsuliyyət daşıdıqlarını nəzərə almalıdırlar",- deyə vəkil bildirib.
Ekspert vurğulayıb ki, şəxsin nüfuzuna xələl gətirən və həqiqəti əks etdirməyən məlumatlar yayıldıqda zərərçəkən birbaşa məhkəməyə üz tuta bilər. Məhkəmə araşdırması zamanı yayılan fikrin böhtan və ya təhqir olduğu sübuta yetirilərsə, həmin şəxsi cinayət məsuliyyəti gözləyir. Sosial şəbəkə istifadəçiləri hər bir paylaşım və rəyə görə qanun qarşısında cavabdeh olduqlarını unutmamalıdırlar.
Yəni, sosial şəbəkələrdə kimisə təhqir etmək və ya onun haqqında yalan məlumat yaymaq, həmin şəxs məmur olsa belə, qanunla cəzalandırılır və məhkəməyə çəkilməyinizlə nəticələnə bilər.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 May 2026 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri