Icma.az
close
up
RU
O qatar mütləq gələcək...

O qatar mütləq gələcək...

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 26 sentyabr, AZƏRTAC

Şərur şəhərini iki yerə bölən dəmir yolu xətti var. Sovet dönəmində üzərində böyük körpü də inşa olunmuşdu.

İnsanlar qatarla Bakıdan yola düşüb, Mehridən keçərək Şərur şəhərinə gəlirdilər. Bu yol həm də İrəvana kimi uzanırdı. Rusiyanın müxtəlif şəhərlərindən gələn qatarlar Ermənistanın dağlıq relyefinin əlverişsiz şəraitinin çətinliyinə görə məhz Mehridən Naxçıvan Muxtar Respublikası ərazisinə keçir, buradan İrəvana çata bilirdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi o çətin günlərin birində Şərur sakinləri qatar yolunun üzərində toplaşıb həmin yolu kəsdilər. Çünki bundan əvvəl ermənilər Mehri yolundan keçən Bakı-Şərur (əvvəlki adı Bakı-Noraşen) qatarının qarşısını kəsib, sərnişinləri əsir götürmüşdülər. Həmin gün Şərur şəhərindən keçən qatar yolunda toplaşan insanlar sanki dəmir səddə dönüb, Mehridə baş verən hadisəyə öz etirazlarını bildirirdilər.

AZƏRTAC-ın bölgə müxbiri həmin hadisələrin canlı şahidi, Şərur sakini Kərim Əliyevlə elə Şərur qatar stansiyasında həmsöhbət olub, onun xatirələrini dinləyib.

O deyib: “Bu o günlər idi ki, sovetlərin əcəl zənginin çalınmasından istifadə edən ermənilər Qarabağa və Naxçıvana silahlı hücuma başlamışdılar. Mehridən keçib gələn qatarların qarşısını kəsməklə qalmayıb insanlara xəsarət yetirir, onları qarət edirdilər. Naxçıvana gələn mavi yanacaq və elektrik xətti də ermənilər tərəfindən kəsilmişdi. Vaxtilə onlara “hədiyyə” edilən Zəngəzur düşmənin əlində fürsətə çevrilmişdi. Həmin çətin günlərdən sonra qatarlar bir daha gəlməz oldu. Şərur vağzalında həmin qatarların səsi kəsildi. Dəmir yolunun üzərindəki körpü də söküldü. Sonralar hər səhər tezdən təkcə Sədərəkdən Ordubada üz tutan qatarın siqnal səsi eşidilməyə başladı”.

Kərim kişi deyir ki, Bakı-Şərur qatarı ilə tez-tez ölkəmizin digər ərazilərinə səyahət edir, əzizləri ilə görüşürdülər. Çox insanın xəyalları yaşayırdı bu perronda. “Oğullarını uzaq Rusiyanın ucqar yerlərinə hərbi xidmətə göndərən anaların gözləri aylarla bu yolda qalırdı. Hətta bu qatarla Şərura gəlin də gətirmişdik. Bəzən də arxasınca nigaran nəzərlərlə, pərişan halda baxdığımız qatarlar yola salmışdıq bu stansiyadan. Elə ona görə də bizim üçün bu yol təkcə dəmir relslər deyil, həm də keçmişin xatirələrinin yaşandığı yoldur.

Müzəffər Ordumuzun tarixi Zəfəri, Prezidentimizin sülh meydanında qazandığı nailiyyətlərlə içimizdəki ümid yenidən şölələnib. İnanıram ki, tezliklə insanları bir-birinə qovuşduran, Azərbaycanımızın digər bölgələrini Naxçıvanla birləşdirən dəmir yolunda qatarın səsini yenidən eşidəcəyik ”, - deyə o vurğulayıb.

Nə az, nə çox, düz 35 il ötür bu relslərin üzəri ilə Bakıdan yola çıxıb Şərura son qatarın yetişməsindən. İnanırıq ki, Prezident İlham Əliyevin hərb meydanında olduğu kimi, sülh müstəvisində də qazandığı tarixi nailiyyət sayəsində tezliklə Zəngəzur dəhlizi açılacaq. Beləliklə, dəmir yolunda hökm sürən 35 illik ədalətsizlik sükut əbədi pozulacaq. Şərur şəhərində səhərin sakitliyində eşidilən qatarın səsi Kərim Əliyev kimi yüzlərlə sakinin xatirələrini yenidən canlandıracaq...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see671

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see363

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see221

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see200

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see188

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see176

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see173

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see173

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see169

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see168

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri