Icma.az
close
up
RU
Öd kisəsində polip: əməliyyat mütləqdir?

Öd kisəsində polip: əməliyyat mütləqdir?

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Öd kisəsinin funksiyası qaraciyər tərəfindən ifraz olunan ödü saxlamaqdır. Həzm zamanı öd kisəsi yığılaraq içərisindəki ödü on iki barmaq bağırsağa boşaldır.

Öd kisəsi polipləri 40 yaşdan yuxarı kişilərdə və qadınlarda daha sıx görünür. Uşaqlarda çox nadir hallarda rast gəlinir. Uşaqlarda öd kisədə polip aşkarlanarsa, daha geniş müayinə lazım ola bilər. Son illərdə USM-in geniş istifadəsi öd kisədə olan polipləri tez bir zamanda aşkarlamağa imkan verir.

Xəstələrin çoxu öd kisəsindəki poliplərdən yalnız təsadüfi müayinə zamanı xəbər tutur. Bəzi öd kisə polipləri çox zaman heç bir əlamətlə özünü büruzə vermir və uzun illər “səssiz” qalır. Çox nadir hallarda ürəkbulanma, qusma, sağ qabırğaaltında ağrı, sağ kürəkaltına vuran ağrı ilə özünü göstərə bilər. Ümumi populyasiyada öd kisə poliplərinə 0.3-12% arasında rast gəlinir.

Öd kisə polipləri çox zaman xərçəng riski olmayan xolesterol poliplər (~ 60%), adenomiomlar (25%) və iltihabi (10%) poliplərdir. Öd kisə polipləri xoşxassəli olmasına baxmayaraq, çox nadir hallarda olsa da bəzilərində xərçəngə (öd kisəsi karsinoması) çevrilmə riski vardır. Bu poliplər adenomlardır.

Adenomlar ümumi öd kisə poliplərinin cəmi 4-5%-ni təşkil edir. Amma bu qrupdan olan poliplərin 12% xərçəngə çevrilmə riski olduğu üçün ciddi nəzarətdə saxlanılmalıdır. Bir sözlə, bütün öd kisə poliplərinin 1% xərçəngə çevrilmə riski vardır. Hər öd kisəsində polip olan insanı əməliyyat etsək, onda 99 %-i tam mənasız yerə əməliyyat olunmuş sayılacaq . Öd kisə poliplərinin diaqnostika və müşahidəsində USM müayinəsinin böyük rolu var. Öd kisədə daş yoxdursa, polipin USM vasitəsilə aşkarlanması 99% mümkündür.

Bəs öd kisəsində polip və ya poliplər varsa, nə etməli?

Ən önəmli olan parametr USM-də görülən polipin ölçüsüdür.

- Öd kisəsində olan poliplərin 90%-i 1 sm-dən kiçikdir.

- Ölçüsü 5 mm ilə 1 sm arasında olan “səssiz” poliplər müəyyən edildikdən sonra ilk müayinə 3 ay sonra, digər müayinələr 6 ayda bir olunmalıdır. 3-cü kontrol müayinədən sonra polipin ölçüsü və sayında dəyişiklik olmazsa, ildə 1 dəfə müayinəyə davam olunmalıdır.

- Ölçüsü 5 mm-dən kiçik olan poliplər ilk dəfə 6 aydan sonra yoxlanmalıdır. 6 ay sonra böyümə görülməzsə, bu yoxlanma ildə bir təkrarlanmalıdır. Böyümə və ya sayında artma görülərsə, əməliyyat, yoxsa müşahidə qərarını həkim verəcək.

- 10-20 mm ölçüdə olan poliplər şübhəli poliplər hesab olunur. Xəstədən geniş anamnez toplandıqdan sonra əməliyyat məsləhət görülə bilər.

- 20 mm-dən böyük olan öd kisəsi poliplərinin xərçəng riski çox yüksək olduğundan qısa müddətdə əməliyyat olunmaları məsləhətdir. Əlbəttə, xəstənin yaşı, ailə anamnezi və yanaşı risk faktorları da (simptom verirsə, ölçüsü böyükdürsə, geniş dabanlı, 3 və daha artıq polip, 50 yaşdan yuxarı, öd kisəsi daşı, kəskin xolesistit və pankreatitə səbəb olursa) nəzərə almaq lazımdır. Öd kisə polipləri bəzən öd kisəsi daşları ilə birgə rast gəlinir. Bu zaman polipin ölçüsündən asılı olmayaraq, həkim məsləhəti ilə əməliyyata göstəriş ola bilər.

Mətanət Cəfərova, terapevt-qastroenteroloq

Ailem.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri