Icma.az
close
up
RU
“OĞURLUQ EDƏNİN ÜZÜNƏ TÜPÜRƏRLƏR” Kılıçdaroğlu o sözləri kimə ünvanlayıb?

“OĞURLUQ EDƏNİN ÜZÜNƏ TÜPÜRƏRLƏR” Kılıçdaroğlu o sözləri kimə ünvanlayıb?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu ötən gün sosial media hesabından etdiyi paylaşımda sözügedən partiyanın həftəsonu keçiriləcək növbədənkənar qurultayında namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Kılıçdaroğlu namizəd olmama səbəbini belə izah edib:“Mənim namizəd olmamağımın səbəbi “namizəd olsan, üzünə tüpürərlər” deyən siyasətçilərin hədələri deyil. Çünki oğurluq edənlərin üzünə tüpürərlər, mən isə oğurluq etmədim. Millətimiz üçün verdiyim mübarizə insanların vicdanına baxır. Namizəd olmamağımın səbəbi partiyamızı daxili çəkişmələrə sürükləməmək və diqqəti mübarizə sahəsindən başqa sahələrə cəlb etməmək üçündür. Qurultayımız millətimizə, ölkəmizə, partiyamıza xeyirli olsun. Günəşin altında dayanmağa cəsarət edənlərə salam olsun...”.

"AzPolitika" xəbər verir ki, Türkiyənin "Sabah" nəşrinin köşə yazarı Mahmut Övür yeni məqaləsində Kılıçdaroğlunun bu açıqlamalarını analiz edib, onun bu mesajının kimə ünvanladığını açıqlayıb.

O, qeyd edib ki, Kılıçdaroğlunun bu sözləri ilk olaraq ağla Meral Akşeneri gətirir, çünki onun da daha əvvəl belə bir açıqlaması olmuşdu.

Akşener həmin vaxt "altılı masa" ilə bağlı açıqlmasında bu ifadələri işlətmişdi: “Seçməyə kömək etdiklərimizin böyük oğru olduğunu anladığımız zaman çəkdiyimiz ağrıları təsvir etmək mümkün deyil”.

Məqalə müəllifi qeyd edir ki, əslində bu açıqlamaların hər ikisinin hədəfi bəllidir: "İndi hər kəs Kılıçdaroğlunun kimi nəzərdə tutduğu ilə maraqlanır. Əslində ünvan o qədər aydındır ki, başqa ad axtarmağa ehtiyac yoxdur. Bəziləri “hamı ola bilər” desələr də, bu həqiqət açıq qalır. Bu gün korrupsiya ilə Türkiyənin gündəminə gələn oğurluq edənlərin tək bir adı var - İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu və komandası... Hələlik İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı korrupsiya faylında nə Özgür Özelin, nə də “Səni tüpürcəkləri ilə boğacaqlar” deyən Gökhan Zeybekin, nə də başqa bir CHP-linin adı hallanmayıb. Belə olan halda heç kim onların oğru olduğunu iddia edə bilməz, amma hələlik…".

Müəllif yazır ki, Akşener də ad vermədi, amma yenə də ünvanı təxmin etmək çətin olmadı: "Siyasilər dolayı, üstü qapalı danışsalar da, hamı kimin nəzərdə tutulduğunu anlayır. Məsələn, Kılıçdaroğluna yaxın bir CHP üzvü həmin açıqlamanı belə şərh etmişdi - Bütün bunlar o axmağa deyilir”.

"O qədər zəhərli siyasi zəmin formalaşmışdı ki, sıxıntıda olan Kılıçdaroğlu namizəd olmaq bir yana, "xəncərçi" elan etdiyi İmamoğluna da səs verməyə məcbur oldu. Nəhayət, daha dözmədi və bütün prosesi bir cümlə ilə ümumiləşdirdi - namizəd olmamağımın səbəbi siyasətçilərin “namizəd olsan, üzünə tüpürərlər” deyə təhdidləri deyil, çünki oğurluq edənlər üzünə tüpürürlər, mən də oğurluq etməmişəm",-deyə bildirilir.

Müəllif yazır ki, Kılıçdaroğlu Dəniz Baykal qədər aydın və dəqiq danışa bilməsə də, bu qədəri belə CHP-ni sarsıtmağa kifayət etdi:"Bu əsasda qurultaya getmək, Özgür Özəlin həmin qurultaydan güclü yeganə namizəd kimi çıxması və ya İmamoğlunun partiyada hələ də nüfuz sahibi olduğunu xəyal etmək heç bir fayda verməyəcək. Sabiq CHP sədri Kılıçdaroğlunun özünün oğurluq ittihamı onların yaxasını buraxmayacaq. Bu onlar üçün ağır hesabdır. Ona görə də bazar günü keçiriləcək qurultayın nəticəsi nə olursa olsun, CHP tarixinin ən mübahisəli qurultayı olacağı aydındır. Kılıçdaroğlu namizəd olmayacağını və qurultaya qatılmayacağını açıqlayıb. Belə olan halda xeyli sayda nümayəndə iştirak etməsə, qurultay nəinki korrupsiyanın kölgəsində qalacaq, həm də onun siyasi legitimliyi şübhə altına düşəcək".

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Aprel 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri