Namizəd olmayacağam” Kılıçdaroğlu
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Partiyanın həftəsonu keçiriləcək növbədənkənar qurultayında namizədliyimi irəli sürməyəcəyəm”.
Bakıvaxtı.az xəbər verir ki, bunu CHP-nin sabiq sədri Kemal Kılıçdaroğlu sosial şəbəkə hesabında yazıb.
Kılıçdaroğlu açıqlamasında namizəd olmama səbəbini belə açıqlayıb:
“Mənim namizəd olmamağımın səbəbi “namizəd olsan, üzünə tüpürərlər” deyən siyasətçilərin hədələri deyil. Çünki oğurluq edənlərin üzünə tüpürərlər, mən isə oğurluq etmədim. Millətimiz üçün verdiyim mübarizə insanların vicdanına baxır.
Namizəd olmamağımın səbəbi: Partiyamızı daxili çəkişmələrə sürükləməmək və diqqəti mübarizə sahəsindən başqa sahələrə cəlb etməmək üçündür. Qurultayımız millətimizə, ölkəmizə, partiyamıza xeyirli olsun.
Günəşin altında dayanmağa cəsarət edənlərə salam olsun...”
Qeyd edək ki, partiyanın 6 apreldə keçiriləcək növbədənkənar iclasında Əkrəm İmamoğlunun yerinə təyin olunacaq yeni sədrlərin namizədlikləri açıqlanacaq. Yeni başqan seçilənədək isə İmamoğlunun vəzifələrini CHP üzvü Nuri Aslan icra edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Aprel 2025 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















