Icma.az
close
up
RU
Okeandakı Nemo nöqtəsi: Adı haradan gəlir və bu yerin özəlliyi nədədir?

Okeandakı Nemo nöqtəsi: Adı haradan gəlir və bu yerin özəlliyi nədədir?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə son günlər Nemo nöqtəsi ilə bağlı yayılan videoların sayı artıb.

Qaynarinfo xəbər verir ki, "Unian" bu sirli okean məkanının dəqiq harada yerləşdiyini, adının mənşəyini və onu bu qədər unikal edən cəhətləri araşdırıb.

Nemo nöqtəsi haradadır?

Nemo nöqtəsi - Yerin quru səthindən ən uzaq nöqtəsidir. Bu yer Sakit okeanda yerləşir və ən yaxın quru sahəsi - unudulmuş, insan yaşamayan Dyusi atolu - ondan 2688 kilometr uzaqlıqdadır. Ən yaxın məskunlaşmış ərazi isə Pasxa adasıdır və oxşar məsafədə yerləşir.

Lakin bu nöqtəyə ən yaxın insanlar yer üzərində deyil, kosmosdadır. Belə ki, Beynəlxalq Kosmik Stansiya (BKS) bu ərazinin üstündən mütəmadi olaraq keçir və bu zaman kosmonavtlar həmin nöqtəyə 400 kilometr məsafədə - lakin yuxarıdan - yerləşmiş olurlar.

Dərinlik və adın mənşəyi

Bu nöqtənin dərinliyi müxtəlif mənbələrə görə 3-4 kilometr arasında dəyişir. Onun mövqeyi 1992-ci ildə mühəndis və tədqiqatçı Xrvoye Lukatela tərəfindən kompüter modelinə əsasən hesablanıb. O, bu nöqtəyə Nemo adını verib - məşhur fransız yazıçısı Jül Vernin "Kapitan Nemo" obrazından ilhamlanaraq.


Nemo nöqtəsinin özəllikləri


* Okean cərəyanlarının kəsişdiyi yer: Bu səbəbdən burada demək olar ki, canlı orqanizmlər yoxdur. Tək-tük bakteriyaların mövcudluğu qeydə alınıb.

* İri plastik tullantı sahəsi: Sürətli cərəyanlar bu bölgədə plastik tullantıları toplayaraq nəhəng bir "zibil ləkəsi" formalaşdırıb. Bu sahənin təxminən 1,5 milyon kvadrat kilometr olduğu, 100 min tonadək plastik tullantı ehtiva etdiyi güman edilir.

* Kosmik qəbiristanlıq: Bu ərazi eyni zamanda "kosmik qəbiristanlıq" kimi də tanınır. Burada fəaliyyətini başa vurmuş peyklər və kosmik aparatlar idarəli şəkildə yer atmosferinə salınaraq məhz bu nöqtəyə yönəldilir. Çünki burada onların düşməsi heç bir canlıya zərər vermir.

* 1997-ci ilin sirli səsləri: ABŞ-ın Okean və Atmosfer İdarəsinin (NOAA) alimləri həmin il bu ərazidən gələn sirli və ultra-aşağı tezlikli səslər qeydə alıblar. Bu səslər 4800 kilometr məsafədən eşidilə biləcək qədər güclü olub və alimləri təəccübləndirib. Əvvəllər onların hansısa nəhəng dəniz canlısına aid ola biləcəyi iddia edilirdi. Lakin sonradan məlum olub ki, bu səslər Antarktidadakı buzqırılma hadisələri nəticəsində yaranıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyun 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri