Okeanın 4 kilometr dərinliyində şok tapıntı: Əlimlər buna hazır deyildi
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Alimlər okeanın ən əlçatmaz hesab edilən bölgələrindən birində ciddi plastik çirklənməsi aşkarlayıblar.
Moderator.az xəbər verir ki, “Science Alert” nəşrinin məlumatına görə, 2025-ci ildə Argentina sahillərində yerləşən Mar del Plata sualtı kanyonunda aparılan araşdırmalar zamanı minlərlə metr dərinlikdə məişət tullantılarına rast gəlinib.
Ekspedisiya çərçivəsində mütəxəssislər 17 dəfə sualtı müşahidə həyata keçiriblər. 1120 metrdən 3820 metrədək dərinliklərdə ümumilikdə 29 tullantı nümunəsi qeydə alınıb. Onlardan 27-si plastikdən ibarət olub.
Tapıntılar arasında təxminən 1920 metr dərinlikdə aşkarlanan rəngli hazır əriştə qablaşdırması, həmçinin balıq ovu qarmağı bağlanmış neylon ip də olub.
Araşdırmanın həmmüəllifi, dəniz bioloqu Dieqo Urteanın sözlərinə görə, tullantıların miqyası o qədər diqqətçəkən olub ki, alimlər çirklənmə hallarını ayrıca qeydə almağa başlayıblar.
Sualtı kanyonlar adətən zəngin biomüxtəlifliyi ilə seçilir. Burada güclü okean cərəyanları canlıların inkişafı üçün vacib qida maddələrini daşıyır. Mar del Plata bölgəsində isti Braziliya cərəyanı ilə soyuq Malvin cərəyanının qarşılaşması xüsusi ekosistem formalaşdırır.
Lakin tədqiqat göstərib ki, üzvi maddələri və qida hissəciklərini toplayan həmin təbii proseslər plastik və digər insan mənşəli tullantıların da kanyonlarda yığılmasına səbəb ola bilər.
Alimlərin fikrincə, əldə edilən nəticələr insan fəaliyyətinin təsirinin artıq okeanın ən dərin və ucqar ərazilərinə qədər çatdığını göstərir. Bu isə dərin dəniz ekosistemlərinin qorunması ilə bağlı tədbirlərin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 18 Sentyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















