Icma.az
close
up
RU
“Okuklu Holdinq” Azərbaycan vətəndaşlarının pulunu necə mənimsəyir?

“Okuklu Holdinq” Azərbaycan vətəndaşlarının pulunu necə mənimsəyir?

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Zaman-zaman Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq, iki qardaş ölkə arasında gərginlik yaratmaq cəhdlərinin arxasında təəssüflər olsun ki, türkiyəli iş adamları, sahibkarlar da yer alıb. Gununsesi.info Newcenter.az  -a istinadən xəbər verir ki, ikinci Qarabağ Müharibəsinə qədər olan dövrdə Ermənistanla əlaqələr quran, bu ölkəyə müxtəlif məhsullar ixrac edən kifayət qədər türkiyəli sahibkarlar olub. Təbii ki, türk qardaşlarımızın bu fəaliyyəti Azərbaycanda acı bir təəssüf doğurub.

Azərbaycanda özünə biznes qurub ölkədə nüfuzlu bir xarici investor kimi tanınan türk şirkətlərinin də bəzilərinin fəaliyyəti Ankara-Bakı arasında əlaqələrin inkişafından daha çox, bu əlaqələrə zərbə vurmağa, öz yarıtmaz, dələduzluq fəaliyyətləri ilə münasibətlərə kölgə salmağa xidmət edir. Necə ki, “Okuklu Holdinq” kimi.

Məlumat üçün qeyd edək ki, Türkiyənin “Okuklu Holdinq” şirkəti bir neçə ildir Azərbaycanda da fəaliyyət göstərir. Son zamanlar onların bəzi əməllərindən şikayətlər olunur. Rəhbərləri Yılmaz Okuklu bəzi işçiləri ilə əlbir olaraq Azərbaycan vətəndaşlarının pulunu mənimsəmək, onları aldatmaqla məşğul imiş. Bu o Yılmaz bəydir ki, Qarabağ qazilərindən ibarət Azərbaycan amputant futbol komandası Türkiyədə olarkən keçmiş daxili işlər naziri Süleyman Soylunun komandaya verdiyi avtobusun açarlarını mənimsəyərək sərhəddən keçirməyə qoymamışdı.

Vətəndaşımız Bəşirov Rövşən Azərbaycanda yerləşən “Okuklu Holdinq” şirkətinə məhsullar sifariş edib və bunun müqabilində şirkətin təmsilçisi Elşən Nəhmətova müəyyən miqdarda pul ödəyib. Vəd olunan vaxt yetişib. Lakin Rövşən Bəşirovun sifariş etdiyi mallar gətirilməyib. Hər dəfə əlaqə saxlayıb soruşanda müxtəlif səbəblər deyilib. Ancaq nəticədə pulu ödənmiş məhsullar ünvanına çatmayıb. Belə olan halda Rövşən Bəşirov “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okukluya müraciət edib, əhvalatı danışıb. O da bu məsələdən xəbərdar olduğunu, malın tez bir zamanda çatdırılacağını deyib. Amma yenə də nə mal çatdırılıb, nə də pulu qaytarılıb. Üç gün keçəndən sonra Rövşən Bəşirov yenidən Yılmaz Okukluya ilə əlaqə saxlayıb. Bu dəfə holdinq rəhbəri deyib ki, şirkət adından sövdələşmə aparan əməkdaşı işdən azad edib. Çünki müştəriləri aldadırmış. İndi maraqlı vəziyyət yaranıb. Yılmaz Okuklu deyir ki, işçim müştəriləri aldadır, amma heç bir tədbir görmür. İşdən çıxartmaqla məsələ həll olunmur. İşçin dələduzluq edibsə, müştəriləri aldadıbsa, onunla bərabər şirkət də məsuliyyət daşıyır. Cənab Okuklu özü bu fakt əsasında hüquq-mühafizə orqanlarına müraciət etməli, sifarişçilərə dəymiş ziyanı ödəməli idi. Yılmaz bəy isə çalışır ki, şikayətdə adı keçməsin. Bundan sonra da yaxasını kənara çəkib zərərçəkənlərə köməklik göstərmir. Deməli bu bir oyundur. Pulu alıb mənimsəyirlər. Sifarişçi malı istəyəndə də deyir işçim dələduz çıxıb, get şikayət et.

Yılmaz Okuklu bəy, Türkiyənin qanunları olduğu kimi, Azərbaycanın da qanunları var. Siz bizim ölkənin ərazisində pul qazanıb vətəndaşları aldadaraq axıra kimi rahat işləyə bilməzsiniz. Bir gün qanunun gücü bu fırıldağın üstünü açacaq. Rövşən Bəşirov deyir ki, “Okuklu Holdinq” Azərbaycanda işləməyə başlayandan onlarla bir neçə dəfə sövdələşmələri olub. Həmişə də vaxtında, istədikləri şəkildə pullarını ödəyib. Amma indi qarşı tərəfin bu cür hiyləsi ona maddi ziyandan savayı, mənəvi zərbə də vurur. Xüsusən də bunu qardaş ölkənin vətəndaşından görmək çox məyusedicidir.

Yılmaz Okuklu əlavə olaraq Azərbaycanda bina tikintisi, fermer təsərrüfatı ilə də məşğul olur, restoranları, mağazaları var. Buna baxmayaraq çörəyini yediyi ölkənin vətəndaşlarını aldatmaqla məşğuldur. İşçisi vətəndaşları aldadır, onun vasitəsilə pulları mənimsəyir. Sifarişçi pulunu istəyəndə deyir işçim dələduzdur, şikayət et, amma adımı çəkmə, sənə kömək edəcəm. Sonra şikayətdə adının yazılmadığından arxayın olub yaxasını kənara çəkir. Deyir, get kimə istəyirsən müraciət et. Şikayətçi Rövşən Bəşirov bildirir ki, bu barədə polisə müraciət edib. Lakin polisdə də ərazi aidiyyatına görə problem yaranıb. Abşeron polisindən işin Binəqədi polisinə aid olduğunu deyirlər. Binəqədi polisi də bunun əksini söyləyir. Üstəlik də polis bu məsələni mülki iş kimi qələmə verməyə çalışır. İndi ümid qalıb Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Baş prokuror cənab Kamran Əliyevə. Rövşən Bəşirov xahiş edir ki, bu məsələ nəzarətə götürülüb tam, obyektiv, hərtərəfli araşdırılması təmin edilsin.

Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, “Okuklu Holdinq”in adı xuliqanlıq, ictimai asayişi pozmda da hallanır. Hələ bir müddüət əvvəl “Okuklu Holdinq”in direktoru və müavininin xuliqanlıq zəminində adam döydüyü barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, hadisə Nərimanov rayonu Daş karxanası küçəsində baş verib. Şikayətçi 1973-cü il təvəllüdlü Azad Zeynalov 17-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, “Okuklu İnşaat” MMC-nin direktoru, 1980-ci il təvəllüdlü Özkan Şam Rehman və onun qohumu, 1972-ci il təvəllüdlü Turan Yüzel Ferman onu xuliqanlıq zəminində döyüblər. Həmin vaxt Türkiyə vətəndaşları olan Özkan və Turan saxlanılmışdı.

Göründüyü kimi, “Okuklu Holdinq” sözün əsl mənasında Türkiyə-Azərbaycan əlaqələrinə dəstək vermək, bu əlaqələri inkişaf etdirmək, iqtisadi sahədə bağları möhkəmləndirmək əvəzinə öz yarıtmaz, dələduz fəaliyyəti ilə bu əlaqələrə kölgə salmaq, ona zərbə vurmağa çalışır. Hər halda şirkətdən olan şikayətlərin artması belə deyir. Ümid etmək olar ki, Azərbaycanın müvafiq qurumları Ankara-Bakı münasibətlərinə zərbə vurmağa çalışan “Okuklu Holdinq” barəsində müəyyən ölçü götürəcəklər.

Sima Babayeva

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri