Icma.az
close
up
RU
Okuklu Holdinq Azərbaycan vətəndaşlarının pulunu necə mənimsəyir?

Okuklu Holdinq Azərbaycan vətəndaşlarının pulunu necə mənimsəyir?

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Türkiyənin "Okuklu Holdinq"i bir neçə ildir Azərbaycanda da fəaliyyət göstərir. Son zamanlar onların bəzi əməllərindən şikayətlər olunur. Rəhbərləri Yılmaz Okuklu bəzi işçiləri ilə əlbir olaraq Azərbaycan vətəndaşlarının pulunu mənimsəmək, onları aldatmaqla məşğul imiş. Bu o Yılmaz bəydir ki, Qarabağ qazilərindən ibarət Azərbaycan amputant futbol komandası Türkiyədə olarkən keçmiş daxili işlər naziri Süleyman Soylunun komandaya verdiyi avtobusun açarlarını ələ keçirib sərhəddən keçirməyə qoymamışdı.
Vətəndaşımız Nəhmətov Elşən Hikmət oğlu Azərbaycanda yerləşən Okuklu Holdinqdə məhsullar sifariş edib və bunun müqabilində şirkətin təmsilçisinə müəyyən miqdarda pul ödəyib. Vəd olunan vaxt yetişib. Lakin Elşən Nəhmətovun sifariş etdiyi mallar gətirilməyib. Hər dəfə əlaqə saxlayıb soruşanda müxtəlif səbəblər deyilib. Ancaq nəticədə pulu ödənmiş məhsullar ünvanına çatmayıb. Belə olan halda Elşən Nəhmətov Okuklu Holdinqin rəhbəri Yılmaz Okukluya müraciət edib, əhvalatı danışıb. O da bu məsələdən xəbərdar olduğunu, malın tez bir zamanda çatdırılacağını deyib. Amma yenə də nə mal çatdırılıb, nə də pulu qaytarılıb. Üç gün keçəndən sonra Elşən Nəhmətov yenidən Yılmaz Okukluya zəng vurub. Bu dəfə holdinq rəhbəri deyib ki, şirkət adından sövdələşmə aparan əməkdaşı işdən azad etmişəm. Çünki camaatı aldadırmış. İndi maraqlı vəziyyət yaranıb. Yılmaz Okuklu deyir ki, işçim müştəriləri aldadır, amma heç bir tədbir görmür. İşdən çıxartmaqla məsələ həll olunmur. İşçin dələduzluq edibsə, müştəriləri aldadıbsa, onunla bərabər şirkət də məsuliyyət daşıyır. Yılmaz bəy isə çalışır ki, şikayətdə adı keçməsin. Bundan sonra da yaxasını kənara çəkib zərərçəkənlərə köməklik göstərmir. Deməli bu bir oyundur. Pulu alıb mənimsəyirlər. Sifarişçi malı istəyəndə də deyir işçim dələduz çıxıb, get şikayət et. Yılmaz Okuklu bəy, Türkiyənin qanunları olduğu kimi Azərbaycanın da qanunları var. Siz bizim ölkənin ərazisində pul qazanıb vətəndaşları aldadaraq axıra kimi rahat işləyə bilməzsiniz. Bir gün qanunun gücü bu fırıldağın üstünü açacaq. Yılmaz Okuklu əlavə olaraq Azərbaycanda bina tikintisi, fermer təsərrüfatı ilə də məşğul olur, restoranları, mağazaları var. Buna baxmayaraq çörəyini yediyi ölkənin vətəndaşlarını aldatmaqla məşğuldur. İşçisi camaatı aldadır, onun vasitəsilə pulları mənimsəyir. Sifarişçi pulunu istəyəndə deyir işçim dələduzdur, şikayət et, amma adımı çəkmə, sənə kömək edəcəm. Sonra şikayətdə adının yazılmadığından arxayın olub yaxasını kənara çəkir. Deyir, get kimə istəyirsən müraciət et. Elşən Nəhmətov bildirir ki, bu barədə polisə müraciət edib. Lakin polisdə də ərazi aidiyyatına görə problem yaranıb. Abşeron polisindən işin Binəqədi polisinə aid olduğunu deyirlər. Binəqədi polisi də bunun əksini söyləyir. İndi ümid qalıb Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Baş prokuror cənab Kamran Əliyevə. Xahiş edirəm bu məsələni nəzarətə götürüb tam, obyektiv, hərtərəfli araşdırılmasını təmin edəsiniz.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 İyul 2025 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri