Ola bilər gedən olsun Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Yassin Benzia ilə bağlı biz tərəfdən bütün işlər görülüb. Təklif hazırlanıb, qalıb qarşı tərəfin mövqeyi. Onunla aktiv danışıqlara start verilib".
Bu barədə "Qarabağ"ın baş məşqçisi Fanat.Az-ın sualına cavab olaraq danışıb.
Təcrübəli mütəxəssis komandada mümkün dəyişikliklərin ola biləcəyini də deyib:
"Ola bilər gedən olsun. Amma hazırda finala hazırlaşırıq. Bundan sonra bəzi qərarları verəcəyik. Gedənlər ola bilər, amma gələnlər də vacibdir, hansı ki, istədiyimiz oyunçuları, istədiyimiz sayda gətirə bilək. Vaxtımız olacaq, ÇL-də mübarizəyə ikinci mərhələdən başlayacağıq. Yəni heyətdən gedən olarsa, yeni oyunçu cəlb olunacaq".
Qeyd edək ki, 2024/2025 mövsümünün qalibi olan "Qarabağ" ölkəmizi yenə Çempionlar Liqasında təmsil edəcək.
Mirağa
Baxış sayı:72
Bu xəbər 24 May 2025 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















