Olimpiya çempionu ata qarşı sərt davranıb 1 illik cəza İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Üçqat Olimpiya çempionu Şarlotta Düjardin ata qarşı çox sərt davrandığına görə bir il müddətinə yarışlardan kənarlaşdırılıb.
İdman.biz xəbər verir ki, 39 yaşlı idmançı həmçinin 10 min İsveçrə frankı (11,3 min ABŞ dolları) məbləğində cərimələnib.
2024-cü il Paris Olimpiadasının başlamasına bir neçə gün qalmış Düjardinin uzun qamçı ilə atın ayaqlarının ətrafına dəfələrlə vurması ilə bağlı video görüntülər ortaya çıxıb. O vaxt onu yarışlardan müvəqqəti kənarlaşdıran Beynəlxalq Atçılıq Federasiyası cəzanın bir il müddətinə olmasına qərar verib. Beləliklə, iyulun 23-də diskvalifikasiya olunan Düjardin 2025-ci ilin iyul ayından yenidən yarışmaq hüququ qazanacaq.
Qeyd edək ki, olimpiadalarda üçü qızıl, biri gümüş və ikisi bürünc olmaqla altı mükafat qazanmış Düjardin veloidmançı Laura Kenni (beş qızıl və bir gümüş) ilə birlikdə Böyük Britaniyanın ən çox olimpiya medalına sahib qadın idmançısıdır. Paris-2024-dən kənarlaşdırıldığından o, medal hesabını artırmaq şansını qaçırıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 05 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















