“Ölkədə kriminogen durum nəzarətdədir“
İctimai qaydanı qorumaqla, özümüzü də, qoruyuruq. Latın məsəli
Polisin xidmət etdiyi ərazidə təyinatı və vəzifəsi cinayətlərin qarşısını almaq istiqamətində tədbirlər görməkvə vətəndaşların hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir.
Cinayətkarlıqla mübarizə dedikdə ilk növbədə 2 – 5 nəfər polis əməkdaşının çalışdığı qrup və ərazi göz önünə gəlir.Bu, xidmətin başlanğıcında ümumi maraq naminə həyata keçirilən vəzifədir.
Polisin ümumi vəzifə funksiyalarına aşağıdakılar aid edilir:
1. İctimai təhlükəsizliyin təmini: Polis əməkdaşı xidmət etdiyi ərazidə cinayətlərin qarşısının alınması və ictimai qaydanın qorunması məqsədilə patrul xidmətini həyata keçirir, şübhəli davranışa malik şəxsləri nəzarətdə saxlayır, vətəndaşların həyatını və əmlakını müdafiə etmək məqsədilə baş vermiş hadisələrə çevik reaksiya verir, vətəndaşlardan polisə daxil olan məlumatları fiksə edir. Təxirə salınmadan hadisə yerinə gedir və hadisə yerinin mühafizəsini təşkil edir, şəraiti dəyərləndirir, situasiyanın tənzimlənməsi və təhlükəsizliyin təmin olunması üçün “isti izlərlə” tədbirlər görür.
2.Təhqiqat və istintaqın həyata keçirilməsində iştirak edir: Polis əməkdaşı ilkin istintaqın aparılması ilə bağlı verilən əməliyyat tapşırıqların icra edir, sübutlar toplayır, şahidlərin izahatlarını alır, zərurət yarandıqda cinayətlərin vəziyyətini öyrənmək üçün digər hüquq mühafizə orqanları ilə əlaqə saxlayır.
3. Məsləhətlər verir və kömək göstərir: Bu mərhələdə Polis əməkdaşları vətəndaşlara müvafiq məsləhətlər verir, çıxılmaz vəziyyətdə olanlara yardım edir, bəzən ilk tibbi yardım da göstərir, təhlükəsizliyin təmini məqsədilə informasiyanı bölüşür, cinayətlərin proflikatikası barədə metodik tövsiyyələr verir, qanunlar və qaydalar haqqında ictimaiyyəti maarifləndirir.
Qeyd olunan vəzifə funksiyalarını Daxili İşlər Orqanlarının baş idarə, idarə, şöbə və bölmələrində xidmət aparan çoxminli şəxsi heyəti həyata keçirir. Öz növbəsində Azərbaycan polisi yol hərəkətinin təhlükəsizliyini təmin və ictimai qaydanın mühafizəsini təşkil edir, ekstremizmə, Dini Radikalizmə qarşı tədbir görür, miqrasiya qeydiyyatını aparır, mütəşəkkil cinayətkarlığa, XXI əsrin köləliyinə-insan alverinə qarşı mübarizə aparır, kiber sahəsində təhlükəsizliklə bağlı əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, məhkəmə və istintaq orqanlarının qanuni tələblərindən yayınanların axtarışını, keçmiş illərdən bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin açılmasını təmin edir.
Cinayətkarlıqla mübarizə sahəsinin genişliyini nəzərə alıb: Bu peşəni kimlər tuta, kimlər bu xidmətə layiq sayıla bilər? – sualları da, yarana bilər.Bu sahə müəyyən şəxsi kefiyyətlər, fiziki hazırlıq, risk şəraitində işləməyə hazır ola biləcək qabiliyyət tələb edir.Polis karyerasına aşağıdakı kefiyyət və və bacarıqlara malik insanlar uyğun sayılır:
-Kommunikativ (münasibət saxlaya, əlaqə qura bilən) bacarığı olmalıdır.Polis əməkdaşının yüksək münasibət qura bilmək , müxtəlif insanlarla qarşılıqlı əlaqə saxlamağı, münaqişəli situasiyalarda problemi həll etməyi bacarmalıdır. Polisin dinləmək bacarığı, qarşısında olanın hissini, həyəcanını, istəklərini anlamaq qabiliyyəti – empatiyası olamalıdır.
-Fiziki hazırlığı və sağlamlığı olmalıdır. Polis əməkdaşının həmişə fiziki formada olmağı tələb olunur. Dözümlü olmalı, yuxusuzluğa, yorğunluğa tab gətirməsi üçün o, sağlam olmalı, əlbəyaxa döyüşü bilməlidir. Müntəzəm məşqlər, qaçış, dartınmaq, əlləri ilə müxtəlif hərəkətlərə qadir olmalıdır. Polis əməkdaşının sağlam olması çox mühüm məsələdir. Fiziki sağlamlığı, eşitmə və görmənin yaxşı olması, xroniki xəstəliklərdən uzaq olması xidməti üzrə vəzifə funksiyalarının yerinə yetirilməsində başlıca amillərdəndir.
Polis əməkdaşı həmişə öz bədən formasını saxlamağı bacarmalıdır. Təcrübə göstərir ki, Möhkəm fiziki hazırlığı olmayan polis əməkdaşının vəzifə funksiyalarının öhdəsindən gəlməsi çətin olur (mümkün olmur).
Psixoloji cəhətdən stabil olmalıdır. Polis əməkdaşı ekstremal şəraitlərdə sərbəst qərarları qəbul edə bilməlidir.
Polis xidməti risklə bağlıdır. Bu xidmət sahəsində xəsarətlərin mümkünlüyü, stress halında və emosional vəziyyətdə çalışmaq çox vaxt günün tələbi kimi səslənir.
Polis xidmətinin spesfik və özəl cəhətlərindən biri hüquqpozmaların subyektləri və cinayətkarlarla kontaktda (əlaqədə) və münasibətdə olmasıdır. “Arzuolunmaz şəxslərlə” münasibət saxlamaq polisin fəaliyyətində səmərə verəcək şərtlərdəndir. Daxil olmuş məlumat əsasında baş verəcək cinayətlərin qarşısı alınır, cinayət törədənlərin şəxsiyyəti ətrafında məlumatlar toplanır, axtarışda olanların yeri müəyyənləşir və keçmiş illərdən bağlı qalmış neçə cinayətlərin açlması təmin edilir.
Ədalət naminə demək olar ki, uzun illər və ötən 2024-cü il ərzində də, Azərbaycan polisi cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələrini layiqincə yerinə yetirib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyi etibarlı təmin edib. Daxili işlər orqanlarının əməkdaşları Bakının ev sahibliyi etdiyi böyük bir beynəlxalq tədbirlərin- COP29-un yüksək təhlükəsizlik şəraitində keçirilməsi zaman 12 gün üzərinə düşən və qarşıya qoyulan vəzifələri aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində əzm və fədakarlıqla yerinə yetirib.
2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33.379 cinayət qeydə alınıb, onlardan 87,6 faizinin açılması təmin edilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən il 327 fakt təşkil edib. Cinayətlərin 94,4 faizi və ya 31.526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3 faizi açılıb.
Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.
Belə ki, 2024-cü ildə qrup halında baş verən cinayətlərin 23,2%, ictimai yerlərdə baş ictimai təhlükəli əməllərin sayında 9%, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin 8 % azalması qeydə alınıb. Ümumi cinayətlər 9,4%, ağır və xüsusilə ağır cinayətlər 18,9%, qeyri-aşkar şəraitdə baş verən cinayətlər 18,1%, qəsdən adam öldürmələr 9,6%, adam öldürməyə cəhdlər 16,9%, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,5%, xuliqanlıqlar 5%, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 21%, mülkiyyət əleyhinə yönələn qəsdlər 10,4%, onlardan avtonəqliyyat vasitələrini qaçırmalar 9,5%, habelə yol-nəqliyyat hadisələri 12,8%, qəzalarda xəsarət alanların sayı 13,1%, ölənlərin sayı isə 11,4 faiz azalmışdır.
Prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında da, irəliləyiş var. 630 fakt üzrə təqsirli bilinən şəxslər məsuliyyətə cəlb edilmiş o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələr yerinə yetirilmişdir.
Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87,9 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.
Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub. Ümumilikdə 7.227 odlu silah və 1 milyona yaxın sursat aşkarlanıb.
Narkotiklərlə mübarizənin vəziyyətində də, dönüş var. Qanunsuz dövriyyədən 2023-cü il ilə müqayisədə 250 kiloqram çox - 4 ton 714 kiloqram, narkotik vasitə götürülüb, 283 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51 kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin 24.01.25-ci ildə keçirilən Kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov yuxarıda qeyd olunmuş istiqamətdə əldə olunmuş müsbət nəticələri yüksək qiymətləndirib və diqqəti qarşıda duran vəzifələrə çəkib. Bu cinayətlərlə mübarizədə vətəndaşların iştirakı və məlumatları əsasında uğurlu nəticələrlə yadda qalan bir çox əməliyyatların keçirilməsi, möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü olduğu vurğulanıb. Daxili İşlər Nazirliyinin Kollegiyası bu məsələdə cəmiyyətin sağlam düşüncəli hər bir üzvünə güvəndiyi, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloqerlərdən daha böyük gözləntilərinin olduğu diqqətə çatdırılıb.Cinayətkarlıqla mübarizədə yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsin, o cümlədən ictimai fəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və media mənsublarının fəaliyyətitəqdir edilərək hər kəsə təşəkkür bildirilib.
Kollegiyada antinarkotik təbliğatın əhəmiyyətinə də toxunulub. Bu sahədə ərazi polis orqanlarının rəhbərlərinin iştirakı ilə 1200-ə yaxın maarifləndirmə tədbirinin keçirildiyi nəzərə çatdırılıb.Tədbirlərin davamlı və məqsədyönlü olmasına, ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi ilə göstərişlər verilib, təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibinin genişləndirilməsi, məktəblərdən və valideynlərdən gələn hər bir siqnala çevik reaksiya verilməsi Kollegiyada iştirak edənlərə vəzifə olaraq tapşırılıb.
Zoraklıqla davam edən əməllərdən və məişət zəminində baş vermiş cinayətlərdən zərər çəkən qadınların prosessual hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq 2024-cü ildə qadınlarla bağlı törədilmiş cinayətlərin ümumi sayında 47 fakt, o cümlədən ailə münaqişəsinə aid cinayətlərin sayında 1,8 faiz azalma müşahidə olunduğu vurğulanıb.
2024-cü il ərzində 6.055, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 60 şəhər və rayonundan olan 4.468 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Eyni zamanda Nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.
Polisin fəaliyyətində çoxlu sayda hesabatlar, protokollar və sənədlər vətəndaşlara, dövlət və digər orqanlara cavablar hazırlanır. Qaynar xəttə daxil olan zənglərə cavab verib, onu icraya yönəltmək, ərazidə əhali ilə profilaktik və maarifləndirmə xarakterli söhbətlər aparmaq, tövsiyyələr vermək obyektiv bürokratiya ilə bağlı olduğundan hər birinin prosesual tələblər daxilində vaxtında həll olunması lazım gəlir. Bunun isə zamana ehtiyac var.
Polis daha gərgin və sıx qrafikdə işləyir. Ölkə, demək olar ki, dayanıqlı təmin edilən sabitliyə görə polisə təşəkkür edir. Bu, vətəndaş məmnunluğunun təcəssümü olaraq aydın görünür. Bəzən polisin əmək haqqının artırılmasına mane olacaq aspektlərdən biri kimi, polisin şəxsi heyətinin çoxminli olması ilə əlaqələndirilir. Dünyanın hər yerində polisin ştat vahidi digər inzibati orqanlaın şəxsi heyətindən çoxdur. Nəzərə almaq lazımdır ki, polisin müdaxiləsi və iştirakı olmadan ölkədə siyasi-ictimai, sosial-iqtisadi və digər mədəni tədbirlərin keçirilməsi mümkünsüzdür.
Bu mənada polisin sosial sıxıtılarının olmaması üçün Əmək haqqı ən azı 2 dəfə artırılmalıdır.
Sosial şəbəkələrdə bəzən vətəndaşlara qarşı “həddini aşma” və “qanunsuz saxlanılmasına” dair əsassız rəylər də, paylaşılır, “Polis” və “Əməliyyat-axtarış” fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunlarında polis əməkdaşlarının, nə vaxt güc tətbiq etməsi və “həbs etmək”, müstəsna hallarda-hətta odlu silahın tətbiqi barədə insan və vətəndaş hüquq və azadlıqları üçün həssas məqam sayılan məlumatlar imperativliyi ilə diqqət çəkir.
Ümumilikdə polis bütün hallarda hərəkətləri və davranışları ilə ərazi üzrə əhalinin məmnunluğunu qazanır. Polisə aid standartlar polisin imicinin möhkəmləndirilməsinə, vətəndaşların polisə etibarını və etimadın yüksəldilməsinə xidmət edir.
Qənaətimə görə və təcrübədən də məlum olur ki, emosiyadan və stressdən uzaq, insanlıq dəyərlərinə hörmətlə yanaşan və onu qoruyan, nəzakətli, unsiyyət qura bilən, empatiyalı, özünütənqiq, mədəni-ideya və bilik səviyyəsinin yüksəldilməsinə çalışan şəxslər öz ölkəsinin patriotuna çevrilmək, xidmətə sədaqət nümayiş etdirməklə , vətəndaşların, cəmiyyətin və dövlətin qanuni maraqlarını qorumaq mümkündür.
Polis Əməkdaşları bütün hallarda vəzifə funksiyalarını tənzimləyən və fəaliyyət istiqamətlərində rəhbər tutulan normativ-hüquq aktlara uyğun xidmətini qurur, peşəkarlığından maksimum istifadə etməklə hüquqpozmaların qarşısını vaxtında almağa nail olur.
Şəmsəddin Əliyev