Icma.az
close
up
RU
Rabitəbankdan ölkədə ilk!

Rabitəbankdan ölkədə ilk!

Icma.az bildirir, Banco.az portalına istinadən.

Uşaqlar üçün maliyyə üzrə mobil tətbiq: Rabita Junior

Müasir dövrdə maliyyə savadlılığı yalnız böyüklər üçün deyil, uşaqlar üçün də vacib bacarıqdır. Rabitəbank bu yanaşmanı rəhbər tutaraq ölkəmizdə ilk dəfə olaraq 7–17 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş innovativ maliyyə mobil tətbiqi- Rabita Junior-u istifadəyə verdi.

Rabita Junior sadəcə bir mobil tətbiq deyil. Bu, uşaqların maliyyə ilə ilk tanışlığını düzgün, məsuliyyətli və şüurlu şəkildə qurmaq üçün hazırlanmış, gələcək nəsillərin daha savadlı, planlı fərdlər kimi formalaşmasına xidmət edən müasir texnoloji platformadır. Tətbiq valideynlərə övladlarının maliyyə davranışlarını təhlükəsiz və rahat şəkildə izləməyə, xərclərini idarə etməyə və onlara düzgün maliyyə vərdişləri qazandırmağa imkan yaradır.

Tətbiq Kartmane Junior kartı ilə birlikdə təqdim olunur və uşaqlara büdcə idarəsini öyrətmək üçün real imkanlar təqdim edir. Bu, həm də onların müstəqillik hissini gücləndirən və öz maliyyə qərarlarını formalaşdırmağa təşviq edən bir addımdır.

Tətbiqin əsas üstünlükləri:

Valideyn tərəfindən xərclər üzrə gündəlik və aylıq limitlərin təyin olunması; Kartın valideyn tərəfindən istənilən vaxt bloklanması və bütün əməliyyatlara real vaxtda nəzarət; Uşaqların ödəniş etdikcə keşbek qazanması, pul yığması və tapşırıqları yerinə yetirərək mükafat alması; Əyləncəli obrazlarla maliyyə savadlılığının oyun formatında inkişafı; EU/AZN/USD valyutalarında istifadənin mümkünlüyü; Statistika bölməsində xərclərin rahatlıqla təhlili; Ödənişsiz standart kart və Rabita Mobile tətbiqi üzərindən cəmi bir neçə dəqiqəyə sifariş imkanı.

Rabita Junior ilə Rabitəbank bir daha göstərir ki, texnoloji yenilik yalnız rahatlıq yaratmaq üçün deyil, həm də cəmiyyətə fayda vermək, maarifləndirmək və gələcəyi formalaşdırmaq üçün mükəmməl vasitədir. Bu təşəbbüs gələcək nəsillərin maliyyə baxımından daha savadlı və məsuliyyətli yetişməsinə verilən dəyərin göstəricisidir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://banco.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri