Ölkəmiz artıq hücum diplomatiyasına keçib Ersin Tatar
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə “qardaş bazarlar şəbəkəsi” qurulacağını bildirib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, E.Tatar bu barədə ŞKTR-də bazar günü keçiriləcək prezident seçkilərinin təbliğat kampaniyası çərçivəsində təşkil etdiyi mitinqdə çıxışı zamanı danışıb.
O bildirib ki, ölkəsi artıq hücum diplomatiyasına keçib:
“Hücum diplomatiyası kommunikasiyada, kənd təsərrüfatında, təhsildə, turizmdə, istehsalda ana vətən Türkiyə və türk dövlətləri ilə birlikdə daha çox xidmət veriləcəyi mənasına gəlir”.
Oktyabrın 7-də Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirildiyini xatırladan Ersin Tatar: “TDT-yə üzv ölkələrlə “qardaş bazarlar şəbəkəsi” quracağıq”, – deyə vurğulayıb.
Qeyd edək ki, oktyabrın 19-da ŞKTR-də prezident seçkiləri keçiriləcək. Hazırkı dövlət başçısı Ersin Tatar yenidən bu posta namizəddir. Onunla yanaşı, daha yeddi nəfər prezidentlik uğrunda yarışacaq. Müxalifətdən ən iddialı namizəd isə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürmandır.

