Icma.az
close
up
RU
Ölkənin və xalqın Zəfərinə gedən YOL: Azərbaycanı böyük dəyişikliyə aparan başlanğıc

Ölkənin və xalqın Zəfərinə gedən YOL: Azərbaycanı böyük dəyişikliyə aparan başlanğıc

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkədə 6 il əvvəl başlayan və Prezident İlham Əliyevin apardığı sistemli kompleks islahatlar ölkənin ictimai-siyasi həyatının əsas stimul nöqtəsi oldu. 

Bütün sahələri əhatə edən islahatlar həm miqyasına görə, həm də nəticə etibarı ilə Azərbaycanda mühüm yeniliklərə təkan verdi. 

Məhz sonrakı proseslər – Vətən müharibəsindəki qələbə, Azərbaycanın ərazi bütövlüyünün təmini, Zəngəzur dəhlizinin açılması istiqamətində razılaşmalar, sülh sazişinin paraflanması 2019-cu il noyabrın 29-da başlanan kadr və struktur islahatlarının səbəbsiz olmadığını göstərdi.

Çünki həmin dövrdə qarşıda Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən vəzifələrin həlli dayanırdı. İdarəçilik sisteminin müasir çağırışlara uyğunlaşdırılması, Ermənistanın işğalına son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmini, fəal diplomatik siyasətin həyata keçirilməsi, çağdaş texnologiyalara əsaslanan iqtisadi modelin qurulması köhnə bürokratik aparatın yenisi ilə əvəz olunmasını zəruri edirdi. 

İslahat proses zərurətdən qaynaqlanırdı və  Prezident Administrasiyasında, müxtəlif nazirliklərdə aparılan kadr və struktur dəyişiklikləri sonrakı mərhələdə idarəetmədə çevikliyin təminində mühüm rol oynadı. Gənc və müasir təhsilli milli kadrların dövlət vəzifələrinə irəli çəkilməsi bu islahatların əsas prioritetlərindən birini təşkil edir. Bu da öz növbəsində, cəmiyyətdə hakimiyyət orqanlarına etimadın artmasına səbəb oldu.

Bir il sonra Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər çalması məhz qeyd edilən islahatların məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan ərazilərini işğaldan azad etmək üçün yüksək texnologiyalı silahlar və modern ordu ilə yanaşı, xalqın dəstəyi və dövlətin güclü siyasi iradəsi lazım idi.

44 günlük Vətən müharibəsi bu mənada Ordu-Prezident-Xalq birliyinin məntiqi nəticəsidir. Dərin və əhatəli islahatlar xalqın dövlətçiliyə və orduya siyasi, hüquqi inam yaratmaqla yanaşı, mənəvi təkan da verdi. 

Bu proses uğurlu xarici siyasətdə də müsbət nəticəsini göstərdi. 2019-cu ildən fəal diplomatiyanın yürüdülməsi Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün vacib məsələ kimi qarşıda dururdu. Elə bu səbəbdən Vətən müharibəsindən öncə diplomatik orqanlara peşəkar kadrların təyinatı, Azərbaycanın beynəlxalq təşkilatlarda nüfuzunun artırılması, böyük dövlətlərlə siyasi təmasların gücləndirilməsi, Ermənistan işğalı ilə bağlı obyektiv məlumatların dünyaya çatdırılması istiqamətində çevik addımlar atıldı.

Bu cür diplomatik səylər Azərbaycanın Vətən müharibəsində tarixi Zəfər əldə etməsinə şərait yaratdığı kimi, sonrakı mərhələdə diplomatik qələbəni şərtləndirdi. Vətən müharibəsindən ötən müddətdə Azərbaycanın regional proseslərdə rolunun artması qeyd edilən islahatların xarici siyasətdə yaratdığı aktivliklə izah oluna bilər. Yeni geosiyasi reallıqlar yaratmış Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə qısa müddətdə Cənubi Qafqazın əsas və aparıcı dövlətinə çevrildi.

Artıq Azərbaycan-Ermənistan sülh sazişi paraflanıb. 8 noyabr Vaşinqton görüşündən sonra nəqliyyat-kommunikasiya əlaqələrinə dair razılaşmaların icrasına başlanılıb. Türk Dövlətləri Təşklatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarda əsas söz sahibi statusu qazanan Azərbaycan eyni zamanda, Türkiyə və Pakistanla münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb. 

Dünyanın ən böyük iqtisadi və siyasi güc mərkəzlərindən biri olan Çinlə strateji tərəfdaşlığa dair razılaşmalar imzalanıb. ABŞ ilə strateji təhlükəsizlik sahəsində tərəfdaşlıq münasibətləri bərpa edilib. Azərbaycan Şimal-Cənub, eyni zamanda Çinlə Avropa arasındakı nəqliyyat-ticarət marşrutu olan “Bir kəmər-Bir yol” layihəsinin keçdiyi logistika mərkəzinə çevrilib. Bütün bu uğurlar Azərbaycanda həyata keçirilən kadr və struktur islahatlarının xarici siyasətdə effektiv nəticə verdiyini göstərir. 

Ötən dövr ərzində Azərbaycanın həm döyüş meydanında, həm diplomatik cəbhədə, həm də ölkədaxili sosiq-iqtisadi inkişafın genişlənməsində əldə etdiyi uğur məhz başlanğıcını 2019-cu il 29 noyabrından götürən islahatların məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.  

Bu müddətdə əldə edilən nəticələr Prezident İlham Əliyevin uğurlu islahat strategiyasının həm bütövlükdə ölkənin, həm də ayrılıqda vətəndaşların həyatındakı dəyişikliyi dəyərləndirməyə imkan verir.

Müşfiq
“Cebheinfo.az”

Açar sözlər: Zəfər yol Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri