Icma.az
close
up
RU
“Ölüm halları artacaq” və “təşvişə ehtiyac yoxdur” açıqlaması Bunları etməliyik!

“Ölüm halları artacaq” və “təşvişə ehtiyac yoxdur” açıqlaması Bunları etməliyik!

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu yaxınlarda Saatlı şəhər sakini 21 yaşlı tələbənin, eləcə də Ağcabədidə 10 yaşlı məktəblinin qızdırmadan dünyasını dəyişmələri narahatlıq doğurub.

Bundan əlavə, Bakı kəndlərində toylarda müğənnilik edən 60 yaşlı Rəsmiyyə Bakılının da yeni yayılan virusdan öldüyü bildirilir.

Mütəxəssislər isə bu xəstəliyi mövsümi virus adlandırırlar. Yerli səhiyyə qurumları əhalini qrip peyvəndi vurdurmağa çağırırla.
Xəstələnən insanlar isə bu virusun "çox ağır keçdiyini", "dərmanların belə, artıq təsir etmədiyini" yazırlar.
Bütün bunların fonunda dünyada insan metapnevmovirusunun sürətlə yayılması da, cəmiyyətdə narahatlığa səbəb olub.

Mövcud vəziyyətlə bağlı Ölkə.Az-a danışan tibb eksperti, professor Adil Qeybulla deyib ki, hazırda insanlar arasında yayılmış xəstəlik qrip virusudur. O, insanların müvafiq göstərişlərə əməl etməyə çağırıb: 

"Virus xəstəliklərinin bu dərəcədə geniş yayılması zamanı təbii ki, ağırlaşmalar olacaq, ölüm halları da artacaq. Məsələ bundan ibrətdir ki, insanların immun sistemi müxtəlifdir, həmçinin onun xəstəlikləri ola bilər. Situasiyadan asılı olaraq virus hər bir orqanizmdə özünü müxtəlif cür göstərir. Təəssüf ki, itkilər də olur, amma söhbət ondan gedir ki, hazırda dünya bununla üz-üzədir. Biz az itkilərlə bu prosesdən çıxmaq üçün bəzi şeyləri özümüzdən tələb etməliyik. 

Bu tələblər nələrdir? Xəstə ola-ola bayıra çıxıb infeksiyanı yaymamaq, xəstələnən zaman evdə izolyasiya olunub yatmaq, çoxlu maye qəbul etmək, sağalana qədər həkim təyinatına əməl etmək, kollektivdə kimisə xəstələndirməmək, özünü və ailə üzvlərini xəstəlikdən qorumaq, tez-tez əllərin yuyulmasına fikir vermək və s. Bütün bunlar hamısı şərtdir. Biz bunlara əməl etmədikcə virusdan necə qoruna bilərik? 

Virus hava-damcı yolu ilə keçir və yanınızda bir adamın asqırması, öskürməsi kifayədir ki, xəstəlik sağlam adama keçsin", - deyə o söyləyib.

İnfeksionist Vasif Əliyev Ölkə.Az-a açıqlamasında yayılan xəstəliyin metapnevmovirus ola biləcəyi barədə deyilənlərə aydınlıq gətirib:

"Son zamanlar əhali arasında ciddi viral infeksiya yayılmaqdadır. İnsanlar bu virusun metapnevmovirus ola biləcəyini düşünərək təşvişə düşürlər. Amma apardığımız müşahidələr onu göstərir ki, daha çox qrip virusu yayılıb. Hələ ki istər Səhiyyə Nazirliyi, istərsə də, TƏBİB tərəfindən ölkədə metapnevmovirus olması təsdiq olunmayıb. Ümumiyyətlə, Çindəki məlumatlar da onu göstərir ki, metapnevmovirus çox ağır seyr etmir və bunun üçün qorxmağa və təşvişə düşməyə əsas yoxdur. 

Dediyim kimi, hazırda ölkə ərazisində daha çox qrip virusu yayılıb. Bizə müraciət edən xəstələrdə aparılan testlərin nəticəsində qrip virus aşkar olunur". 

V.Əliyev ağırlaşmaya səbəb olan hallardan bəhs edib və insanları qrip virusuna qarşı səhlənkar yanaşmamağa çağırıb:

"Məlumdur ki, qrip virusu ağır keçə bilir. Xüsusilə yanlış aparılan müalicə fonunda gərəksiz dərmanların, antibiotiklərin erkən istifadəsi bu xəstəliklərin daha da ağırlaşmasına səbəb olur. Həkim nəzarəti olmadan da müalicənin aparılması da xəstəni ağırlaşmasına gətirib çıxara bilər. Bu baxımdan müalicəyə səhlənkar yanaşmaq xəstənin ağırlaşması ilə nəticələnə bilər. Qrip virusu hamilələrdə, uşaqlarda yaşlılarda və yanaşı xroniki, şəkər xəstəliyi olanlarda, transplant xəstələrdə ağır keçir. Onlar davamlı olaraq müqaviməti aşağı salmaq üçün dərman itifadə edirlər ki, bu cür xəstələlərdə də risk yüksəlir, xəstəliyi ağır keçir. Eyni zamanda artıq çəkiyə sahib olan insanlar da qripi ağır keçirir. 
Risk qrupunda olanlar hər il oktyabrdan etibarən qripə qarşı peyvənd vurdurmalıdırlar. Amma yanvar-fevral aylarında da peyvənd vurula bilər. Bu peyvənd dövlət xəstəxanalarında tam ödənişsiz şəkildə həyata keçirilir", - deyə o əlavə edib.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri