Icma.az
close
up
RU
Omanla əməkdaşlığın potensialı yüksəkdir

Omanla əməkdaşlığın potensialı yüksəkdir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə Azərbaycanın ərəb dövlətləri ilə münasibətləri yeni və daha fəal inkişaf mərhələsinə daxil olub. Bu əlaqələrin dərinləşməsində xalqlar arasında mövcud olan tarixi, dini və mədəni bağlılıq mühüm rol oynayır. Rəsmi Bakı xarici siyasət prioritetləri çərçivəsində İslam coğrafiyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və ərəb dövlətləri ilə qarşılıqlı faydaya əsaslanan iqtisadi münasibətlərin genişləndirilməsində maraqlıdır.

Azərbaycan Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərlə olduğu kimi, Oman Sultanlığı ilə də münasibətlərin inkişafına xüsusi önəm verir. Bu kontekstdə qeyd etmək lazımdır ki, dekabrın 18-də Azərbaycan ilə Oman arasında iqtisadi əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.

Görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib. Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan–Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar. Həmçinin bərpaolunan və ənənəvi enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri dəyərləndirilib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Azərbaycan ilə Oman Sultanlığı arasında formalaşmış fəal siyasi dialoq ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə inkişafı üçün möhkəm zəmin yaradıb. Bununla yanaşı, birgə əməkdaşlıq üçün hələ də reallaşdırılmamış geniş potensial mövcuddur. Qarşılıqlı maraq və siyasi iradə Azərbaycan–Oman əlaqələrinin gələcək inkişafı üçün ümidverici perspektivlər açır.

Rəsmi statistikaya əsasən, Azərbaycan ilə Oman Sultanlığı arasında ticarət balansı ölkəmizin xeyrinədir və dövriyyənin əsas hissəsini ixrac təşkil edir. Belə ki, 2022-ci ildə iki ölkə arasındakı ümumi ticarət dövriyyəsi 1,520 milyon ABŞ dolları səviyyəsində olub. Bunun 478 min dolları idxal, 1,042 milyon dolları isə ixracın payına düşüb.

2023-cü ildə ümumi ticarət dövriyyəsi 1,127 milyon dollar təşkil edib. Bu rəqəmin 800,58 min dolları ixrac, 326,44 min dolları isə idxal hesabına formalaşıb. 2024-cü ildə isə Azərbaycan–Oman ticarətində böyük artım müşahidə olunub. Yanvar–noyabr aylarında dövriyyə 66,453 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Bunun 66,088 milyon dolları ixrac, 365 min dolları isə idxalın payına düşüb. Cari ilin yanvar–noyabr ayları ərzində isə Azərbaycan ilə Oman arasında ticarət dövriyyəsi 1,386 milyon dollar olub.

Qeyd edək ki, Azərbaycan Oman bazarına müxtəlif məhsullar ixrac edir. Əsas ixrac məhsulları arasında tütün, kakao, həmçinin texniki və tibbi avadanlıqlar yer alır. Bundan əlavə, meyvələr, tərəvəzlər, toxuculuq məmulatları, kosmetika, dəmir və polad məmulatları, eləcə də elektron avadanlıqlar və nəqliyyat vasitələri də ixrac olunub. İxrac siyahısına idman ləvazimatları, ayaqqabılar, xalçalar, çap məhsulları, şüşə və keramika məhsulları daxildir. Azərbaycanın Oman bazarına ixrac etdiyi məhsullar həm sənaye və istehsal mallarını, həm də qida və istehlak məhsullarını əhatə edir.

Oman Sultanlığı da öz növbəsində Azərbaycana müxtəlif məhsullar ixrac edir. Əsas ixrac məhsulları arasında texniki və tibbi avadanlıqlar, həmçinin müxtəlif kimyəvi məhsullar və qeyri-üzvi kimyəvi maddələr yer alıb. Bundan başqa, Oman tərəfindən ət, süd və balıq məhsulları, mineral yanacaqlar, həmçinin plastik və elektrik avadanlıqları kimi məhsullar ixrac edilib.

Eldəniz ƏMİROV,
iqtisadçı

Azərbaycan bu gün qeyri-neft sektorunun inkişafı üçün yalnız yaxın qonşular və yüksək səviyyədə iqtisadi əlaqələr qurduğu ölkələrdən deyil, həm də digər ölkələrdən mövcud potensiallardan maksimum şəkildə istifadə etməlidir. Əks halda, qeyri-neft sektorunda inkişaf dinamikası arzuolunan səviyyəyə çata bilməz.

Məhz bu kontekstdə Azərbaycan–Oman arasında olan iqtisadi münasibətlərin bütün perspektivləri qiymətləndirilməli və mövcud potensialın reallaşdırılması üçün konkret və real addımlar atılmalıdır. Mən hesab edirəm ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun omanlı həmkarı ilə görüşü də məhz bu zərurətdən formalaşıb.

Hazırda görünür ki, iki ölkə arasında iqtisadi potensial mövcud əməkdaşlıq reallığından xeyli yüksəkdir. Məsələn, 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi cəmi 68 min dollar təşkil edirdi. Sonrakı illərdə isə bu dinamika yüksəlməyə başlamış və 2018-ci ildə artıq 3 milyon dolları keçmişdi. Lakin bəzi dövrlərdə ticarət həcmi yenidən azalmış və nəticədə bir neçə yüz min dollardan bir neçə milyon dollara qədər dalğalanmalar müşahidə olunub.

2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 1,1 milyon dollar, 2024-cü ildə isə 66,5 milyon dollar olub. Bu il isə artım əvvəlki səviyyədə davam etməyib: yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 44,06 milyard dollar səviyyəsində olub və bu, 4,3 faiz artım dinamikası göstərib. Lakin Oman–Azərbaycan ticarət dövriyyəsi yalnız 1,4 milyon dollara yaxın olub.

Bu fakt göstərir ki, belə görüşlər, müzakirələr və hüquqi bazaların formalaşdırılması vacibdir. Məqsəd ticarət dövriyyəsində dalğalanmaların qarşısını almaq və artımı davamlı etməkdir.

Musa BAĞIRLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see437

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see215

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see199

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see198

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see183

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see181

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see180

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see176

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see175

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see175

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see174

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see173

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see171

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see170

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see168

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see165

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see165

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see162

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see161

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri