Icma.az
close
up
RU
Tarixi dostluqdan strateji əməkdaşlığa İqtisadi əməkdaşlığın potensialı BÖYÜKDÜR

Tarixi dostluqdan strateji əməkdaşlığa İqtisadi əməkdaşlığın potensialı BÖYÜKDÜR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Pakistan arasındakı iqtisadi əlaqələrin geniçşləndirilməsi böyük perspektivlərə malikdir. Bu əlaqələr tarixi dostluq və qardaşlıq prinsiplərinə əsaslanaraq formalaşmış və inkişaf etmişdir. Hər iki ölkə, bir-birinə daimi dəstək göstərərək beynəlxalq aləmdə ortaq maraqlara söykənən siyasət yürüdür. Bu əlaqələr yalnız siyasi deyil, həm də iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə dərinləşib.

Azərbaycan və Pakistan arasındakı strateji əməkdaşlıq uzun illərə dayanan dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Pakistan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 12-də ilk tanıyan dövlətlərdən biri olub. Diplomatik əlaqələr isə 9 iyun 1992-ci ildən başlayıb və  hər zaman qarşılıqlı etimad, dost münasibətləri çərçivəsində inkişaf edib.

Qədim sivilizasiya mərkəzlərindən biri olan Pakistan 1947-ci ildə müstəqil dövlət olub. Hazırda əhalisi təxminən 242 milyon nəfərdir və bu göstərici ilə Pakistan dünyada əhalisinə görə ilk beşlikdə yer alır. Ölkənin ərazisi 881,9 min kvadrat kilometrdən çoxdur.

Pakistanda ÜDM-nin həcmi 1,6 trilyon dollar olmaqla dünyada 22-ci yerdədir. Adambaşına düşən məhsul istehsalı 7000 dollardır.

Pakistan nüvə silahına və sənayesinə malik bir ölkədir.

Pakistanın iqtisadiyyatında liman infrastrukturu və iri limanlar mühüm yer tutur. Ən böyük limanları Kəraçi və Benqaliyadır. Kənd təsərrüfatı da ölkənin iqtisadiyyatında əsas rol oynayır və ixracın 75 faizi sahədən formalaşır. Ən çox ixrac olunan məhsullar arasında buğda, şəkər çuğunduru, pambıq, düyü və digər ərzaq məhsulları mövcuddur. Orta illik buğda ixracı 26-27 milyon ton səviyyəsindədir. Digər ixrac məhsulları arasında ərik, ərinmiş yağlar, soğan, süd məhsulları və dəvələr yer alır. Kənd təsərrüfatı sahəsində iqtisadi fəal əhalinin təxminən 43 faizi fəaliyyət göstərir.

Pakistan kənd təsərrüfatı sahəsində böyük məhsuldarlığa nail olub. Ölkə dünyada bir çox məhsulun istehsalında yüksək sıralarda yer alır. Bu məhsullar arasında:

25 milyon ton buğda istehsalı ilə 7-ci yerdədir; 10,8 milyon ton düyü istehsalı ilə 10-cu yeri tutur; 6,3 milyon ton qarğıdalı istehsalı ilə 20-ci sırada yer alır; 4,6 milyon ton kartof istehsalı ilə 18-ci yerdədir; 67,1 milyon ton şəkər qamışı istehsalı ilə 5-ci sıradadır (Braziliya, Hindistan, Çin və Taylanddan sonra); 4,8 milyon ton pambıq istehsalı ilə 5-ci yerdədir; 2,3 milyon ton mango istehsalı ilə 5-ci sıradadır (Hindistan, Çin, Tayland və İndoneziyadan sonra); 471 min ton xurma istehsalı ilə 6-cı yerdədir; 2,1 milyon ton soğan istehsalı ilə 6-cı yeri tutur; 1,6 milyon ton portağal istehsalı ilə 12-ci sıradadır.

Heyvandarlıq sektoru isə ölkənin ümumi kənd təsərrüfatı gəlirinin təxminən yarısını təşkil edir və ümumi ÜDM-də 11 faiz paya malikdir.

Bundan əlavə, Pakistanda təbii qaz və neft yataqları mövcuddur. Bellucistan, Sinda və Pəncabda 7 təbii qaz və neft yatağından istifadə edilir.

Ölkə həmçinin müxtəlif faydalı minerallar (kömür, mərmər, xörək duzu, əhəng, uran, xrom filizi, fosforlar, kükürd və s.) istehsal edir. Emal sənayesində isə Pakistan, tekstil sahəsində dünyanın böyük istehsalçılarından biridir. Kəraçi yaxınlığında metallurgiya kombinatı fəaliyyət göstərir. Pakistanın dövlət neft şirkəti və neftayırma zavodları da mövcuddur. Həmçinin, idman malları və əczaçılıq məhsullarının istehsalı da geniş inkişaf edib. 2005-ci ildən başlayaraq, Pakistan özünün avtomobilini – Revonu istehsal edir.

Pakistanın bərpa olunan enerji potensialı da böyükdür. Ölkə 30 min meqavat bərpa olunan enerji istehsal edir ki, bunun 10 min meqavatı günəş enerjisinin payına düşür.

Pakistanın əsas ixrac məhsulları pambıq, tekstil və digər toxuculuq məhsulları, düyü, dəri, ət, şəkər, meyvələrdir. Ən böyük ticarət tərəfdaşları arasında ABŞ, Çin, Almaniya, Əfqanıstan və Böyük Britaniya mövcuddur. Ölkə bu məhsulları əsasən Çin, BƏƏ, ABŞ, İndoneziya və Yaponiyadan idxal edir.

Azərbaycan və Pakistan arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 23 milyon dollar təşkil olub. Bunun 196 min dolları Azərbaycanın Pakistan bazarına ixrac etdiyi məhsulların payına düşüb. 2023-cü ildə isə ticarət dövriyyəsi 27 milyon dollar olmuşdur.

İki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə maksimum səviyyədə olub. Həmin il mal mübadiləsi 28 milyon dolları keçib. Bu 2021-ci illə müqayisədə 2,5 faiz çoxdur. Ümumiyyətlə ölıkələr arasında ticarət əlaqələri 2020-ci ildən sürətlə artıb. Buna qədərsə dövriyyə heç 15 milyona da çatmayıb.

Pakistanın Azərbaycanın xarici ticarət əlaqələrində payı heç 1 faizədə də çatmır.

Pakistandan Azərbaycana əsasən kartof, düyü, sabun və digər məhsullar idxal olunur. Azərbaycanın Pakistana ixracı isə əsasən neft və kimya məhsulları ilə məhdudlaşır.

Azərbaycanda Pakistanın 3600 şirkəti qeydiyyatdan keçib, əsasən kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat və ticarət sahələrində fəaliyyət göstərirlər. Pakistan şirkətləri Azərbaycanın qeyri-neftqaz sektoruna 4,8 milyon ABŞ dolları investisiya yatırıb.

Azərbaycan və Pakistan arasındakı iqtisadi-ticarət əlaqələri genişlənməkdədir və bu sahədə böyük imkanlar mövcuddur.

İxracın artırılması üçün daha real yollar arasında Pakistandan düyü idxalının artırılması və ərzaqlıq buğda idxalı da nəzərdən keçirilməlidir. Eyni zamanda, turizm sahəsində əməkdaşlıq da diqqət çəkir. Neft-qaz sektorunda əməkdaşlıq sahələri üzrə layihələr müzakirə olunmuş və bir sıra imkanlar qiymətləndirilmişdir.

İki ölkə dövlət başçılarının qarşılıqlı  səfərləri iqtisadi əlaqələrin daha da şaxələndirilməsi və ticarət dövriyyəsinin intensiv şəkildə artırılmasına təkan verəcəkdir. İkitərəfli ticarət dövriyyəsinin artırılması, gömrük və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi kimi prioritet hədəflər qoyulub.

Azərbaycanın Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməsi, Pakistan üçün yeni ixrac imkanları yaradır.

Azərbaycan və Pakistan arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişafı, strateji əməkdaşlıq və qarşılıqlı maraqların daha da dərinləşdirilməsi hər iki ölkənin iqtisadiyyatını gücləndirəcək və regional sabitliyə müsbət təsir göstərəcəkdir. Bu əlaqələrin genişlənməsi yalnız ticarət və investisiya sahələrində deyil, həm də enerji, nəqliyyat, müdafiə sənayesi və digər strateji sahələrdə də əhəmiyyətli nəticələr verəcəkdir.

Prezident İlham Əliyev qeyd edib ki, Bakıda keçirilən bu cür görüşlər biznes dairələri üçün yeni imkanlar yaradır və iki ölkə arasındakı iqtisadi əməkdaşlığı daha da irəlilətmək məqsədilə müxtəlif layihələr müzakirə olunur. Azərbaycanın Pakistan iqtisadiyyatına yatıracağı 2 milyard dollar sərmayə də bu məqsədə xidmət edir. Üstəlik, enerji sahəsində əməkdaşlıq, xüsusilə maye qaz üzrə müvafiq sənədlərin imzalanması ilə daha da genişlənəcəkdir. Həmçinin, nəqliyyat infrastrukturunun inkişafı və regional əlaqələrin gücləndirilməsi istiqamətində də irəliləyişlər gözlənilir.

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycanın Pakistanla iqtisadi əlaqələrini inkişaf etdirmə qərarına böyük dəyər verərək, bu əməkdaşlığın hər iki ölkəyə fayda gətirəcəyini vurğulayıb. O, həmçinin qeyd edib ki, qarşılıqlı faydalı investisiyalar və ticari əlaqələr, ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxaracaq.

Bu, yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Müdafiə sənayesi və regional təhlükəsizlik məsələlərində də Azərbaycan və Pakistan arasında birgə istehsal müəssisələrinin yaradılması və hərbi əməkdaşlığın artırılması istiqamətində ciddi planlar mövcuddur.

İki ölkə arasındakı bu strateji əməkdaşlıq həm də beynəlxalq səviyyədə siyasi və iqtisadi təsir gücünü artıracaq. Bundan başqa, biznes mühitinin inkişafı məqsədilə Azərbaycanda daimi İnformasiya Məlumat Bürosunun təsis edilməsi, həmçinin Azərbaycan və Pakistan Ticarət Palatalarının qarşılıqlı əməkdaşlıq etməsi planlaşdırılır.

Azərbaycan-Pakistan dostluğu və əməkdaşlığı, həmçinin bu ölkələrin strateji, iqtisadi və siyasi əlaqələrini daha yüksək səviyyəyə qaldıracaq. Bu, yalnız iki ölkənin deyil, həm də regionun sabitliyi və tərəqqisi üçün əhəmiyyətli bir addım olacaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see246

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see239

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see207

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see201

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see173

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see159

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see158

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see146

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see138

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see137

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see131

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see127

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see127

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see126

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see125

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri