Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

“Ona heç bir halda baş qoşma” 20 günə tərcümə olunan bu kitab hansı dildədir?

“Ona heç bir halda baş qoşma” 20 günə tərcümə olunan bu kitab hansı dildədir?

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Mahir Qarayevin "45 illik təcrübəsi olan 87 kitabın tərcüməçisi" yazsını təqdim edir.

Təxminən on beş gün əvvəl yaxın həmkarım redaktə üçün mənə bir mətn göndərmişdi: Rey Bredberinin romanı Sevil Gültənin tərcüməsində.

Bir neçə səhifəni oxuyandan sonra mətnin ciddi düzəlişə ehtiyacı olduğunu aşkar etdim. Aşkar etmək bir az böyük çıxır – diletantlıq üzdə idi!

Tərcüməçini şəxsən tanımıram, amma adını görəndə yadıma düşdü ki, lap çoxdan onun Nobel mükafatı almış Kanada yazıçısından çevirdiyi bir neçə hekayəni mənə göndərmişdilər və o tərcümələr də bərbad gündə idi.

Bu faktı həmkarıma bildirəndə çox təəssüfləndi, amma dedi ki, artıq qonorar ödənilib, halal xoşu olsun! Mümkünsə, lap əziyyət də olsa, bu işə bir baxın... Mən də zarafatla dedim ki, yalnız Rey Bredberinin xatirinə!

Və bir neçə gün qabaq tanımadığım nömrədən telefonuma zəng gəldi:

“Mən Sevil Gültənəm, 45 illik tərcüməçilik təcrübəm var, 87 kitabım çıxıb, eşitmişəm tərcüməmi redaktə üçün sizə göndəriblər... Mən o romanı 20 günə çevirmişəm, çevirəndən sonra diqqətlə üç dəfə oxumuşam, uzaqbaşı, orada gözdən qaçan bir-iki söz ola bilər... mən bilmirəm siz nə düzəlişlər edirsiniz, heç bir redaktorun ixtiyarı yoxdur ki, mənim kimi təcrübəli tərcüməçinin sözünü dəyişsin, əgər nəyisə dəyişmisinizsə, zəng vurub bunu mütləq mənə xəbər verməlisiniz... beş-on səhifəni göndərin, görüm necədir, o roman təcili çap olunmalıydı, oktyabrın 1-də kitab sərgisinə çıxmalı idi, işi ləngitməkdə məqsədiniz nədir?..”

Beləcə, üdüləyə-üdüləyə birnəfəsə, yalan olmasın, yüz sual verdi. Axırda birtəhər imkan tapıb bunu deyə bildim:

“Xanım, əgər mənim cavabımı dinləmək istəmirsinizsə, onda niyə zəng vurmusunuz? Ya cavab verim, ya da sağollaşaq. Əvvəla, romanı 20 günə çevirməyiniz mətnin səviyyəsindən dərhal hiss olunur. İkincisi, məndən xahiş olunub ki, rahat işləyim, heç yana tələsməyim, kitabın nə vaxt çap olunacağını da bilmirəm, 1 oktyabr barədə mənə şərt qoyulmayb. Mən işi bitirməmiş heç kimə göndərmirəm, bitirəndən sonra da onu sizə yox, sifarişçiyə təhvil verəcəyəm, o da yəqin ki, sizi çağırar, gedib baxarsınız. Əlbəttə, mənim işimi bəyənməyə bilərsiniz. Bəlkə, redaktəm heç nəşriyyatı də qane etməz. Bu da ola bilər. O ki qaldı yubanmağın səbəbinə – sadəcə, düzəlişlər hədsiz çoxdur, bu isə xeyli vaxt aparır. Başqa səbəb yoxdur. Xahiş edirəm, daha bu məsələdən ötrü mənə zəng vurmayın, çünki sizə deyiləsi əlavə bir sözüm yoxdur. Xudahafiz...”

Belə bir romanı cəmisi 20 günə çevirmiş “təcrübəli tərcüməçi” bu dəfə də öz “operativliyi” ilə məni mat qoydu: telefon danışığımızdan cəmisi 1 saat sonra “Kulis”də əvvəlcə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz bəyi, sonra da məni öz aləmində “yıxıb-sürüdü”. Hələ imkan tapıb qonorarını gen-bol ödəmiş sifarişçilərin bostanına da nankorcasına bir-iki daş atmağa macal tapdı...

“... karvan keçər” məsəlini yada salıb dinmədim. Üstəlik də, onu yaxşı tanıyan bir neçə həmkarım “öz aləmində dünyanın ən yaxşı tərcüməçisi olduğuna sidq-ürəkdən inanan” bu qadına heç bir halda baş qoşmamağı məsləhət gördülər.

Ürəyi soyumaq bilməyən xanım ardınca telefonuma səsli mesaj göndərdi. Bu mesajda mənə “Redaktor necə olmalıdır” mövzusunda geniş mühazirə oxudu, guya mən həqiqətən yaxşı redaktor olsaydım, onun nə qədər səviyyəli olduğunu dərhal anlayar və kitaba yüngülcə göz gəzdirib təhvil verərdim.

“Ona heç bir halda baş qoşma” deyən dostların haqlı olduğu təsdiqləndi.

O biri gün dostlar xəbər göndərdilər ki, Sevil Gültən sənin hansısa tərcüməni məhşər ayağına çəkib, özü də sübut üçün sözləri ingiliscə (?) orijinalla tutuşdurub. Marağımı saxlaya bilməyib baxanda nə görsəm yaxşıdır: 1987-ci ildə çevirdiyim Çexovun “Soyuq qan” hekayəsi. Yenə mat qaldım: ya bu qadın Çexovun rus yazıçısı olduğunu bilmir, ya da, ola bilsin, rus dilini bilmədiyi üçün sözlərimi ingiliscəyə çevirməklə tutuşdurur. Necə deyərlər, Allah sonrasından saxlasın!

Yeri gəlmişkən, vaxtilə Rasputinin də bir hekayəsini çevirmişdim. Xanıma ipucu verim, işi asanlaşsın: həmin hekayə suaxili dilinə də çevrilib. Qoy bu dəfə də tərcüməmi suaxili dilindəki tərcümə ilə tutuşdursun. Yəqin, suaxili dilini də elə ingilis dili kimi bilir, üstəlik də, öz “unikal” təfəkkürü ilə “divarlara obrazlar tullamağı” yaxşı bacarır.

Boynuma alıram: bu yazını yazmaqla, dostların məsləhətindən çıxdığımın fərqindəyəm, yaxşı bilirəm ki, Sevil Gültən xanım bundan sonra da yeni-yeni parlaq təftişlərə rəvac verəcək.

Amma qoy olsun! Qoy təftiş eləsin, “dərs versin”, mənə necə yazmağı öyrətsin, hamı da baxıb nəticə çıxartsın! Şəxsən öz tərəfimdən söz verirəm ki, heç bir halda bir daha ona baş qoşmayacağam.

Və bu son fürsətdən yararlanıb səmimi şəkildə bildimək istəyirəm:

Hörmətli Sevil Gültən xanım, nöqtəsinə-vergülünə toxunmadan aşağıda sizin bir neçə cümlənizi nümunə gətirirəm, buyurun, öz işinizə bir də baxın. Baxandan sonra özünüzə sadə bir sual verin: doğrudanmı mən bu təfəkkürlə kiminsə yazısına qiymət verə bilərəm və ağlı başında olan kimsə yazdığım cəfəngiyyata inanar?

Mən hələ bu sadə cümlələrin orijinala nə qədər uyğun olub-olmadığından, aşkar məna təhriflərindən, yüzlərlə orfoqrafiya səhvindən, sözlərin qeyri-düzgün yazılışından, durğu işarələrinin yerini bilməməkdən danışmıram.

Sadəcə, 45 illik tərcüməçilik təcrübəsi olan iddialı və özünəvurğun bir xanımın 20 günə tərcümə edib, 3 dəfə çox “diqqətlə” oxuduqdan sonra nəşriyyata təqdim etdiyi “mükəmməl” tərcümənin səksən faizi bu kökdədir:

Uzun illər boyunca tək yaşamışam, təxəyyülümlə divarlara obrazlar tullamışam.

Dünya geniş yer idi. Sonra dünya gözlərlə, dirsəklərlə və ağızlarla dolu oldu. Əkizlər, üçəm, dördəm əhali.

Axmaq boş kişi axmaq boş qadın yanında, ac ilan arvadını daha da boş etmişdi.

Bu anlarda o düşündü ki, əgər arvadı ölsə, əmin idi ki, o ağlamayacaq.

Bitti gülümsədi, adətən belə gülümsəyəndə dişlərinin şirni çəhrayısı və kiçik şirni ağlığı görünürdü.

Monteq ayaqüstə düz dayanıb qara çarpayıda uzanan şəxsi dinşədi heç bir fərqli cəhəti olmayan gecədə.

O balkonun qapısından həyətə düşdü, çəmənliyi keçdi, demək olar düşünmədən.

O, söhbət, danışıq səsləri eşitdiyi evin qarşısında dayandı, qaranlıqda.

Bu gecə o demək olar dayandı. Sanki onun beyni bədənindən qabaq tini keçib gedərkən zəif pıçıltı səsi eşitmişdi.

Özlərinin platin alışdırıcı alovları özlərinin əbədi yanan qara borularını alışdıranda dözümlü görünürdülər.

Qulaqlarinda kiçik balıqqulağı-radio, qulağa bərk tıxanan üskük radio, elektronik dərya dolu səs, musiqi, söhbət və musiqi, onun yatmayan beynində söhbətlər gəlir-gedir.

Kapitan Bitti orada tufandan qabaqkı buludlara bənzər tütün tüstüsü qaldırır.

Onlar ağac meymunu kimi anlaşılmaz danışanlara heç nə heç nə demir, amma ucadan deyirdilər, ucadan ucadan.

Onların yalnız bir şeyi dərk etməyinə ehtiyac var, tarixin təkərlərinin necə hərəkət etdiyini bilməlidir.

Bu insanların ağızları Dentifrice Dentifrice Dentifrice sözlərini tərpədirdi.

Üçüncü səhifəni yandır, ikinci səhifədən, sonra o biri səhifələri, zəncirvari tüstülənmə, fəsilbəfəsil, sözlərin məna verdiyi hər şeyi yandır, saxta vədləri, ikinci əl anlayışları, vaxtı keçmiş, köhnəlmiş fəlsəfələri.

Naşirlərin, istismarçıların, diktorların əllərində insanların beynini o qədər fırlat ki, sentrifuqa özünün vaxt sərf edilən, lazımsız fikrini soyunsun.

Qatarın radiosu Monteqin üstünə qusurdu, cavab zərbəsi olaraq, qalaydan, misdən, gümüş, xrom və bürüncdən hazırlanmış neçə ton ağırlıqda musiqi.

Onun ağzının ətində ağ vardı, yanaqları, saçı ağ idi, gözləri rəngini itirmişdi, orda cüzi mavilikdə ağ görünürdü.

Çünki televizor “real”dır. O üçölçülüdür və dərhal məlumat mənbəyidir. O sənə nə düşünməyi deyir, onu içində partladır.

Kimlər ki, tikmir, yandırmalıdır. Bu, tarix və gənc cinayətkarlar kimi qədimdir.

Ölüm - başlı pərvanə soyuq qara ekranlara çırpılırdı.


Və sair, və ilaxır...

Sizin ingilis dilini nə səviyyədə bilməyinizlə işim yox. Amma Azərbaycan ədəbi diliniz göz qabağındadır. Çexovdan fərqli olaraq, Bredberi ingiliscə yazır, siz də çox güman ki, əsəri ingiliscədən çevirmisiniz.

Amma hansı dilə? – bax bu sualın cavabı hələ mənə aydın deyil. Özünüz məcbur elədiniz ki, kömək üçün oxuculara və dilçilərə üz tutum: əcəba, bu nümunələr hansı ədəbi dildədir?

Sizdən isə təvəqqem budur ki, yazdıqlarınızı dördüncü dəfə oxuyub qərar verəsiniz: bu cümlələrin “ağzını-burnunu” bir yerə yığaqmı, yoxsa nəşriyyat əlavə zəhmətə düşüb əsəri yenidən tərcümə etdirsin? Ya da “mükəmməl” tərcümənizi əl vurmadan geri qaytarım və zavallı Bredberinin romanı elə bu şəkildə çap olunsun?

Azərbaycanda qadın yazıçılara seksist münasibət "Mədəniyyət Nazirliyi məsələni diqqətdə saxlasın" - Qismət Rüstəmov “Çingiz Aytmatov və UNESCO: Dünyanı birləşdirən ortaq irs” - Beynəlxalq konfrans
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri