“Ona sadiq qalmaq üçün həmişə çalışacağam” Açıqlama
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“Bu yüksək ordeni ləyaqətlə daşımalıyam, daşıyacağam da”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bir neçə gün öncə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mədəniyyətin inkişafındakı müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilən Xalq şairi Nəriman Həsənzadə deyib.
N. Həsənzadə mükafatlandırılması ilə bağlı təəssüratlarını belə ifadə edib:
“Yüksək ali mükafatı mənə təqdim etdiyi, məni yada saldığı üçün birinci növbədə Prezidentimə və onun ailəsinə minnətdaram. Bu, əvəzsiz, unudulmazdır. Onun həssas və diqqətli fikrinə sadiq qalmaq, unutmamaq üçün həmişə çalışacağam. Prezident mənim birinci alqışladığım, qiymət verdiyim və mənəviyyatına bağlandığım insandır. Bu mükafat daim fikrimdə, qəlbimdə və ruhumda yaşayacaq”.
Mədinə Useynova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Fevral 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















