Icma.az
close
up
RU
Onlar dənizdə kompressor quyuları ilə rastlaşanda, ças baş qalırlar ki... SOCAR ın yöndəmsiz kadr seçimi ilə bağlı sensasion faktlar

Onlar dənizdə kompressor quyuları ilə rastlaşanda, ças baş qalırlar ki... SOCAR ın yöndəmsiz kadr seçimi ilə bağlı sensasion faktlar

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında çox maraqlı məlumat paylaşıb.

Mia.az bu sensasion məlumatın aktuallığını nəzərə alaraq, onu oxuculara təqdim edir:

"Neftçi bizə yazır:

Hörmətli Mirvari xanim, sizə "skrinşot"larla təqdim etdiyim, hazirda SOCAR İRD-nin portalinda elana çıxarılmiş 5-ci dərəcəli neft-qaz çıxarma operatoru vakansiyasının tələblərinə dair bəzi suallara aydinlıq gətirilməsi üçün öz facebook səhifənizdə buna şərait yaratmağınızı xahiş edirəm. Çünki burada müəyyən uyğunsuzluqlar var. Vakansiyanın bəzi məlumat və tələblərini ardıcıllıqla qeyd edək:

1) Vakansiya Neft Daşları İşçiləri üçün nəzərdə tutulub.

2) Vəzifə öhdəlikləri (funksiyalar) bölməsində 

"Sadə və orta mürəkkəblikdə olan müvafiq qurğu, cihaz və avadanlıqların quraşdırılması və sökülməsi işində RƏHBƏRLİK etmək" cümləsi yazılıb.

3) Tələb edilən iş stajı yoxdur (ən maraqli hissə). 

4) 4-cü dərəcəli neft qazçıxarma operatorunun vəzifə təlimatında isə yazılıb: O, daha yüksək ixtisasli operatorun rəhbərliyi altında sairə 
işlərdə iştirak etməlidir;

İndi isə gəlin bu istehsalat mənzərəsini təsəvvür edək: Deməli, bu vakansiya elana çıxdıqdan sonra idarənin hansısa sexində çalişan və müvafiq orta ixtisas təhsili olan bir işçi (məsələn: bir xərrat, bir dülgər və s) həmin vakansiyaya müraciət edir, nəzəri cəhətdən yaxşıca hazirlaşır və imtahan sullarını cavablandıraraq həmin vakansiyanın qalibi olur. Təbriklər! Əla, gözəl! Təyinat alir aidiyyətı sahəyə və vəzifə funksiyasini icra etməyə başlayır.
Burada bizim möhtərəm cənablara sual yaranır: 

-Bu işçi ömründə neft quyusu, aqreqat, hava kompressoru və s. ilə işləməyə-işləməyə necə o işləri təhlükəsiz və effektiv icra edəcək. Özü hec, hələ özundən əlavə tabeçiliyində qat-qat illərin təcrübəsinə malik olan, hətta 12-ci dərəcəli neft-qaz çıxarma ustasının işini sərbəst apara bilən o yazıq, o binəva 4-cü dərəcəli operatora da rəhbərlik edəcək? Bu, nə qədər absurd, bu, nə qədər anormal, bu, nə qədər qeyri - peşəkar bir yanaşmadir?!

Mən özüm bir necə dəfə dərəcə kurslarında olmuşam. Oradan da bilinir ki, dərs proqraminda fontan və qazlift quyuları barədə vəsait çox zəif səviyyədədir. Əsas nefti verən bu iki üsul olsa da, nədənsə dərslərdə və imtahan suallarinda  ancaq gücü verirlər mancanaq dəzgahlarına. Sonra da mancanaq mütəxəssisləri gəlir dənizdə kompressor quyuları ilə rastlaşanda, ças-baş qalırlar ki, bu nədir.

İnsan Resursları Departamentində bəlkə də elə bilirlər neft-qaz çıxarma operatoru xarici şirkətlərdəki kimi oturur kompüter pultunun arxasında və kabinet şəraitində düymələrə basaraq işləyir? Xeyr!
Neft qaz çıxarma operatorları elə mürəkkəb və təhlükəli iş şəraitində işləyir ki, o barədə hec bir dəftər-kitabda və standartlarda yazılmayib. 

Bu, çox məsuliyyətli və xüsusi biliklər tələb edən peşədir, nəzərə alsaq ki, söhbət sutkalıq debiti 30-50-80 tonluq neft quyuları ilə işləməkdən gedir. Buna gorə də, bu işdə işləmək üçün peşə təcrübəsi mütləq olmalidir,  cənablar! Bu söhbət yenə də gəlir dəvəni eşşəyin quyruğuna bağlayan ərəbin misalına çıxir.
Yenə də özünüz bilərsiniz, neynirsiz edin. Onsuz da sizlərə qanun-qayda, təklif və s. ümumi işin xeyrinə olan sözlər dedikdə, siz onu başqa cür başa düşürsünüz. 

"Ən yaxşi işə qəbul təcrübəsi" və s. üzrə nominasiyalar üzrə keçirilən korporativ tədbirlərdən savayı, yaxşı olar yuxarıda qeyd olunan məsələlərə də diqqət ayrılsın.

Samir MUSAYEV
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 İyul 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri