Icma.az
close
up
RU
“ONLAR MÜHARİBƏ PARLAMENTLƏRİDİR...” “Azərbaycan parlamenti inqilablara və dövlət çevrilişlərinə qarşı mübarizənin ön cəbhəsidir” AzPolitika onlayn siyasiictimai qəzet

“ONLAR MÜHARİBƏ PARLAMENTLƏRİDİR...” “Azərbaycan parlamenti inqilablara və dövlət çevrilişlərinə qarşı mübarizənin ön cəbhəsidir” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilib. Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Orucun konfransdakı çıxışını təqdim edirik:

106 yaşlı Azərbaycan parlamenti xalqımızın bir əsrlik keşməkeşli tarixini, üç fərqli formasiyanın üstünlüklərini və ziddiyyətlərini özündə əks etdirir. 800 yaşlı İngiltərə parlamenti ilə müqayisədə Azərbaycan qanunvericilik orqanı gənc sayılır, lakin milli parlamentarizm institutumuzun həyata keçirdiyi fəaliyyət bütün dünya üçün örnəkləri, meyar idealları var.

1918-ci ildə dünya siyasi xəritəsinə şərqdə ilk Cümhuriyyət kimi daxil olan Demokratik Respublikanın çoxmillətli və çoxqütblü parlamenti 23 ayda 5 hökumət dəyişikliyindən sonra İrəvan itkisi ilə tarixə qovuşdu. Ardınca vahid mərkəzi idarəçilik, hətta Stalin dövründə Azərbaycan Ali Soveti millətimizin hüquqi, siyasi və mədəni intibahını, qabaqcıl ziyalıların və çoxmilyonlu zəhmətkeş sinfin arzularını həyata keçirən xalq hakimiyyəti oldu.

Ötən əsrin 70-ci illərində böyük dövlət adamı Heydər Əliyevin Azərbaycana başçılığı ölkəmizi faktiki müstəqilliyə qovuşdurmaqla nəhəng quruculuq işlərinin hüquqi platformasına çevrildi. Ali Qanunverici orqanda qəbul edilən beş illik planlar, qalib keçici qırmızı bayraqlar və təltiflər millətimizin həyatını köklü şəkildə dəyişdirdi.

Ulu öndər yeganə tarixi şəxsiyyyətdir ki, tale ona iki formasiyanın qəhrəmanı, sovet və müstəqil ölkənin parlamentində Birinci şəxs kimi iştirakı nəsib edib. O həm Azərbaycan Ali Sovetinin, daha sonra SSRİ Ali Sovetinin 3 çağırış üzvü, ardınca ucqar respublikada Ali Məclisin sədri, nəhayət, müstəqil Azərbaycan parlamentinin üzvü, onun sədri kimi xalqımızın xilaskarlığına da məhz buradan - parlamentdən başlayıb.

Xaos və anarxiyanın hökm sürdyü bir ölkədə silahlı çevrilişlər, etnik separatizmin cilovlanması Ali Qanunvericilik orqanında gerçəkləşdi.

Digər tərəfdən, ölkəmizə qarşı ərazi iddialarının, silahlı hücumların iki cəbhədə - SSRİ Ali Sovetində və Ermənistan parlamentində qanuniləşdirilməyə çalışıldığı bir dövrdə xalqımız demokratik dünyanın - bəşəriyyətə azadlıq haqda billər, qara tərlanlar bəxş edən qanunvercilik orqanlarının da əsil simasını gördü. 90-cı illərdən indiyədək Azərbaycan əleyhinə sanksiyalar istəyən ABŞ Konqresinin üzvləri, Qarabağa müstəqillik tələb edən Avroparlament təmsilçiləri, Qələbəmizə görə deputatların mandatını tanımayan AŞPA göstərdi ki, corc vaşinqtonların, tomas cefersonların, mönteskyoların ədalət şüarları bayağı deklarasiyalardır.

Parlament ilk növbədə, qanunverici orqandır. Müasir suveren, demokratik-hüquqi dövlətin 3 sarsılmaz qolundan biridir.

Qanunlar hər bir dövlətin, deməli, bəşəriyyətin sabit və təhlükəsiz inkişafı, tərəqqisi üçün yaradılır. Təəssüflər olsun ki, qanunverici orqanlar indi özünü qlobal güc sayan dövlətlərdə ali icra hakimiyyətlərinin hüdudsuz müharibə ambisiyaları, xalqın həyati ehtiyaclarını bir kənara qoyaraq, külli miqdarda büdcə vəsaitələrinə başa gələn hərbi-sənaye komplekslərinin inkişafı və silahın qida istehsalını üstələməsi, min kilometrlərlə uzaqlarda təhlükəsizlik adı altında ölkələrin ərazi bütövlüyünə müdaxilələrdə əsas alət roluna endiirlib. Əks halda tarixən daha çox təcrübəyə malik parlamentlər Vyetnam, Suriya, Liviya, Əfqanıstan və s. xlaqlara fəlakət gətirən, bəşəryyəti əsrlərlə geri atan qərarları niyə qəbul edirdilər? Bəlkə ona görə ki, bu qurumun vətəni sayılan İngiltərədə parlament krallara hərbi kampaniyalarını maliyyələşdirmək üçün zəruri olduğundan yaradılmışdı? Elə isə bu ənənəni dəyişməyin vaxtı çatmayıbmı? Misalları davam etdirsək, ABŞ Konqresi 1830-cu il mayın 28-də bir sıra köklü xalqları öz məskunlaşdığı ərazilərdən rezervasiyalara köçürülməsi qanununu, 7 avqust 1964-cü ildə Vyetnama qarşı açıq aqressiyası ilə bağlı “Tokin qətnaməsi”ni, 2002-ci ildə ABŞ Konqresi İraqda - 22 milyonluq xalqa qarşı müharibəyə başlamağa, İraqa hərbi zərbə endirməyə icazə verən qətnamə qəbul edib. 2004-2009-cu illərdə İraqda 109.032 nəfər, o cümlədən 66.081 mülki şəxs öldürülüb. Yoxsa, onlar “müharibə parlamentidir”?

Bu ənənələrin parlamentarizmə, bəşəriyyətə və sülhə vurduğu zərbə, onun, nəhayət, aradan qaldırılması ilə bağlı sağlam düşüncəli təşəbbüslər isə hələlik havada qalır.

Birlik, bərabərlik və qardaşlıq nidası ilə Bastiliyaya hücum edən və 200 ildə 5 respublika dəyişən Burbonlar sarayı 21-ci əsrdə müstəmləkəçiliyi və xalqlararası düşmənçiliyi müdafiə edir.

Monarxiyaları devirdikləri ilə öyünən avroparlamentlər müasir lobbiçiliyin, milyonlarla dollar ianəli seçki kampaniyalarının və siyasi korrupsiyanın simvoludur. Belə qanunvericilik hakimiyyətləri xalqa məxsus ola bilməz. İşğala dəstək verənlər sadə vətəndaşları təmsil etmirlər.

90-cı illərdə xaricdən demokratiya idxalının nəticəsində ölkəmizin cənub, şimal və şərqində 3 separatçı parlament qurulmuşdu. Onlardan ən təhlükəlisi və uzunömürlüsü Dağlıq Qarabağın hibrid qanunvericilik orqanı idi.

Lakin Azərbaycan parlamenti işğalı aradan qaldırmağa çalışan millətimizin siyasi iradəsinin təmsilçisi oldu. Qürurlu hadisədir ki, Prezident İlham Əliyevin siyasi olimpə yüksəlişi də Milli Məclisdən keçərək reallaşdı.

Son 30 ildə işğal əleyhinə qəbul edilən saysız qanunvericilik aktları, dövlətimizin iqtisadi müstəqilliyini təmin edən onlarla neft müqavilələrinin ratifikasiyası və nəhayət, güclü ordunun qurulması üçün yüzlərlə qərarlar Zəfər savaşına gedən yolları açdı.

Xalqımızın 30 illik bütövlük və suverenlik mübarizəsi əvvəlcə hüquqi, daha sonra Vətən müharibəsi ilə hərbi meydanda rəsmiləşdi. Biz haqlı olduğumuz üçün qalib gəldik.

2023-cü ilin 20 sentyabrında isə separatçı parlamentin ləgvi qanunçuluğun təntənəsi oldu. Bir ölkə-bir parlament əsil suverenlik hadisəsidir.

İndi Azərbaycan parlamenti qalib millətimizin siyasi iradəsini təmsil edir və yeni qalibiyyət tarixi yazılır. Bizim hüquq sistemimiz natamam aktlardan, yarımçıq qərarlardan xilas olur. 33 il sonra elan olunan müstəqqillik aktı deklarativ deyil, həqiqi azadlığımızı və suverenliyimizi təcəssüm etdirir. Qarşısında qalibiyyət bayrağı dalğalanan binanı Zəfər parlamenti adlandıra bilərsiniz. Prezidentin inauqurasiya mərasimləri göstərir ki, parlament ali dövlət binası və millətimizə şərəflə xidmətin yüksək and yeridir.

Yerləşdiyimiz regionda və keçmiş sovet məkanında parlamentlər uğrunda mübarizə ölkədaxili hadisə olmaqdan çıxıb, geosiyasi mənafelərin toqquşması meydanına çevrilib. Azərbaycan parlamenti müstəmləkəçiliyə, rəngli inqilablara və dövlət çevrilişlərinə qarşı mübarizənin ön cəbhəsidir, xalqımızın coğrafi və etnik-milli bütövlüyünün vahid platformasıdır. Burada 106 ildə heç bir ölkəyə qarşı işğal məqsədilə müharibə qərarı çıxarılmayıb. Əksinə, Balkanlarda, Kosovoda, Əfqanıstanda sülhyaradıcı missiyalara səs verilib.

Biz dünyada siyasi tərəfdaşlarımızı hər gün artırırıq. Bu gün salona toplaşan yüzlərlə xarici parlamentarilər parlaq Qələbəmizi bölüşən, paylaşan həmfikirlər ordusudur.

Biz Yeni eraya, Yeni dövrə daxil oluruq. Bir əsrdən sonra xalqımızın Qalibiyyət Yüz İli başlanır. Bölgədə barışı gücləndirəcək sülh müqaviləsinin qəbulu və beynəlxalq təhlükəsizliyin təmin olunması ən böyük vəzifədir. Qlobal İqlim Sammitini Barış Zirvəsinə çevirən Azərbaycan bölgədə sülh, cahanda sülh istəyir!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Dekabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri