Icma.az
close
up
RU
“Onlar müttəhimləri döymək, onlara fiziki işgəncələr vermək yolu ilə cinayət işlərini saxtalaşdırmışlar...”

“Onlar müttəhimləri döymək, onlara fiziki işgəncələr vermək yolu ilə cinayət işlərini saxtalaşdırmışlar...”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Müttəhimlər Bağırov, Atakişiyev, Qriqoryan, Markaryan, Borşev və Yemelyanov günahsız adamları qanunsuz həbs etmiş, onları guya dövlət cinayətləri törətməkdə, Bağırova qarşı terrorçuluq aktı hazırlamaqda günahlandırmışlar...” 

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

“İstintaq materiallarından...

(Əvvəli burada:)

“İttiham formulası 

İstintaq müəyyən edib ki, müttəhim Bağırov xalq düşməni Beriyanın ən yaxın əlaltılarından biri olmaqla xəyanətkar planların həyata keçirilməsində müttəhim Sumbatov- Topuridzeni, Atakişiyevi, Qriqoryanı, Markaryanı, Borşevi, Yemelyanovu cinayətkar fəaliyyətə təhrik etmişdir. Beriyanın köməkliyi ilə Azərbaycan SSR-də bir sıra məsul vəzifələrə çatan Bağırov öz əlaltılarının Azərbaycan SSR FK-BSİ-XDİK DTN orqanlarında məsul vəzifələrə təyin olunmasına nail olmuşdur. Öz vəzifələrində düşmənçilik məqsədi ilə istifadə edən Bağırov, Atakişiyev, Qriqoryan, Markaryan, Borşev, Yemelyanov bir sıra ağır dövlət cinayətləri törətmişlər. 

1.Bağırov Beriyanın Müsavat əks-kəşfiyyatındakı fəaliyyətindən xəbərdar ola-ola, ona cinayətkar keçmişini gizlətməyə hər cür kömək etmiş, bu yolda onu ifşa edəcək adamları aradan götürməkdən, məhv etməkdən, sənədləri arxivlərdən oğurlamaqdan belə çəkinməmişdir. 

2. Müttəhimlər Bağırov, Atakişiyev, Qriqoryan, Markaryan, Borşev və Yemelyanov günahsız adamları qanunsuz həbs etmiş, onları guya dövlət cinayətləri törətməkdə, Bağırova qarşı terrorçuluq aktı hazırlamaqda günahlandırmışlar. 

3. Döymək, fiziki işgəncələr vermək yolu ilə dustaqlardan özlərinə sərfəli yalançı ifadələr almaqla, cinayət işlərini saxtalaşdırmış, günahsız insanlara divan tutmaqda onlardan istifadə etmişlər. 

4. SSRİ XDİK-nın xüsusi yığıncağından və Azərbaycan SSR XDİK-nın xüsusi “üçlüy”ündən öz cinayətkar məqsədləri üçün istifadə edən Bağırov, Atakişiyev, Markaryan, Borşev, Qriqoryan və Yemelyanov minlərlə günahsız insanların güllələnməsinə və ya uzun müddətə azadlıqdan məhrum edilməsinə nail olmuşlar.

Deyilənlərə əsaslanaraq: 

– Azərbaycan SSR Quba şəhər sakini, 1895-ci ildə anadan olmuş Bağırov Mir Cəfər Abbas oğlu, RSFSR CM-nın 58-1 “b”; 58-8; 58-11 maddələrilə; 

– Bakı şəhər sakini, 1903-cü ildə anadan olmuş Atakişiyev Ağasəlim İbrahim oğlu, RSFSR CM-nin 58-1 “b”; 58-8; 58-11 maddələrilə; 

– Ermənistan SSR Qafan rayon Sevakar kənd sakini, 1902-ci ildə anadan olmuş Qriqoryan Xoren İvanoviç; RSFSR CM-nin 58-1 “b”; 58-8; 58-11 maddələrilə; 

– Azərbaycan SSR Şuşa sakini, 1896-cı ildə anadan olmuş Markaryan Ruben Ambarsumoviç; RSFSR CM-nin 58-1 “b”; 58-8; 58-11 maddələrilə; 

– Azərbaycan SSR Qusar rayon sakini, 1901-ci ildə anadan olmuş Borşev Timofey Mixayloviç; RSFSR CM-nin 58-1 “b”; 58-8; 58-11 maddələrilə; 

– Tatarıstan MSSR, Takanış rayonun Taşliyar kəndinin sakini, 1902-ci ildə anadan olmuş Yemelyanov Stepan Fyodorovic; RSFSR CM-nin 58-1 “b”; 58-8; 58-11 maddələrilə 

MÜQƏSSİR BİLİNİRLƏR. 

İttihamnamə 2 mart 1956-cı ildə Moskva şəhərində tərtib olunub. 

SSRİ Baş Prokuroru Həqiqi dövlət ədliyyə müşaviri R.Rudenko

Arayış 

Müttəhim Sumbatov-Topuridze Yuvelian Davidoviç xəstə olduğu üçün onun üzərində istintaq işi dayandırılmışdır. 

R.Rudenko 

Azərbaycan SSR CPM-nin 316-317-ci maddələrini əldə rəhbər tutaraq SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası 

– Bağırov Mir Cəfər Abbas oğlunu, 

– Borşev Timofey Mixayloviçi, 

-Markaryan Ruben Ambarsumoviçi, 

– Qriqoryan Xoren İvanoviçi 

ən yüksək cinayət cəzasına- hər birinin bütün əmlakı müsadirə olunmaqla GÜLLƏLƏNMƏYƏ, 

– Atakişiyev Ağasəlim İbrahim oğlunu, 

– Yemelyanov Stepan Fyodoroviçi 

Hər birinin bütün əmlakı müsadirə olunmaqla cəzasını islah-əmək düşərgələrində çəkməklə, iyirmi beş il müddətinə azadlıqdan məhrum edir. 

Məhkəmə xərcləri müttəhimlərin hesabına ödənilməlidir. 

Hökm qətidir və kassasiya şikayəti qəbul edilmir”.

(Son)

Təqdim etdi: 

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Fevral 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri