Icma.az
close
up
RU
Onlara təhsil sektorunda yüksək vəzifələr verildi Siyahı + FOTO

Onlara təhsil sektorunda yüksək vəzifələr verildi Siyahı + FOTO

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.

Mia.az-ın məlumatına görə, Elşən Tofiq oğlu Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin idarə edilməsi şöbəsinə şöbə müdiri, Gültəkin Əli qızı Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əkbər oğlu Əlizadə Babək rayon Təhsil Şöbəsinə, Murad Rövşən oğlu Hümbətov Culfa rayon Təhsil Şöbəsinə, Ayaz İdris oğlu Əliyev isə Kəngərli rayon Təhsil Şöbəsinə müdir təyin olunublar.

Qeyd edək ki, Elşən Qəbulov bundan əvvəl Kəngərli rayon Təhsil Şöbəsinin müdiri, Gültəkin Rüstəmli Təhsil Naziriliyi Aparatının Məktəbəqədər və ümumitəhsil sektorunda aparıcı məsləhətçi, Sahil Əlizadə Nazirlik Aparatının Uşaq və gənclərin inkişafı sektorunun baş məsləhətçisi, Ayaz Əliyev həmin sektorda aparıcı məsləhətçi, Murad Hümbətov isə Culfa rayon Təhsil Şöbəsində baş məsləhətçi vəzifələrində çalışıblar.

seeBaxış sayı:38
embedMənbə:https://mia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri