Icma.az
close
up
RU
“Onsuz da rəqabətədavamlı komandamız var” Kaxaber Sxadadze

“Onsuz da rəqabətədavamlı komandamız var” Kaxaber Sxadadze

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qəbələ” üç gündü qış toplanışına başlayıb. Birinci liqanın lideri toplanış dövründə üç yoxlama oyunu keçirmək planını da açıqlayıb. Komanda ilə bağlı daha geniş bilgi almaq üçün baş məşqçi Kaxaber Sxadade ilə danışdıq.
- Təlim-məşq toplanışına başladız. Hazırlığı necə dəyərləndirirsiz, planlarınız nədi?
- Yanvarın 9-da Qəbələdə bir araya gəldik və mövsümün ikinci yarısı üçün hazırlığa başladıq. Burda yaxşı toplanış üçün hər cür şərait, gözəl meydançalar var. Hazırlıq dövründə Qəbələdə olacağıq. Gündə iki dəfə məşq edirik. Yanvarın 14-ü, 19-u və 23-nə yoxlama oyunları planlaşdırmışıq. Hələ ki hər şey planauyğun şəkildə gedir.
- Premyer-liqada çalışan məşqçilər hazırlıq müddətinin azlığından şikayətlənir. Qış hazırlığı üçün yetərincə vaxtınız varmı?
- Heç nədən gileylənmirik. Futbolçulara istirahət dövründə hazırlaşmaq üçün tapşırıqlar vermişdik. İndi isə sərəncamımızda olan vaxtdan maksimum yararlanmalıyıq.
- Yoxlama görüşlərini güclü klublara qarşı keçirəcəksiz, yoxsa sizin üçün fərqi yoxdu?
- Bəli, biz artıq fasiləyə yollananda toplanışın planlarını cızmışdıq. Üç yoxlama oyunu nəzərdə tuturduq.
- “Neftçi” hazırda Qəbələdə toplanış keçir. Sizə yoxlama oyunu keçirməyi təklif etsə də, siz istəməmisiz. İmtinanızın səbəbi nədi?
- “Neftçi”nin də Qəbələdə toplanış keçdiyini bilirik. Yanvarın 6-dan burdadılar. Onların da hazırlıq planı var, bizim də. Ona görə də “Neftçi” ilə yoxlama oyunu keçirməyimiz mümkün deyil. Biz ilk yoxlama oyununu əvvəlcədən planlaşdırdığımız kimi yanvarın 14-də keçirəcəyik.
- Qış dönəmində hansı mövqeləri gücləndirmək fikriniz var? “Gözaltı etdiyiniz” yerli və ya əcnəbi futbolçular varmı?
- Komandaya daim gəlib-gedənlər olur. Komanda da canlı orqanizmdi. Bəzi oyun elementlərini yaxşılaşdırmaqla bağlı planlarımız var. Amma qışda futbolçu cəlb etmək asan deyil. Xüsusən də birinci liqada yaxşı futbolçularla güclənmək çətindi. Müəyyən oyunçuların namizədliyini gözdən keçiririk, görək necə alınır. Onsuz da rəqabətədavamlı komandamız var. Güclənmə olacaqsa, hamı xəbər tutacaq. Hələ ki konkret bir variant yoxdu.
- “Qəbələ” premyer-liqaya ən yaxın komandadı. İkinci yarıda işiniz bir qədər yüngülləşəcək, yoxsa əksinə?
- Çox sevinirəm ki, qış fasiləsinə birinci pillədə yollandıq. Amma bu hələ başlanğıcdı. Bundan sonra işimiz daha çətin olacaq. Çünki başqa komandaların liderə qarşı oynamaq motivasiyası həmişə yüksək olur. Rəqiblərimiz ikiqat, üçqat motivasiya ilə oynayacaqlar. Ona görə də düşünürəm ki, rahat olmamalıyıq. Üzərimizdə fiziki və psixoloji təzyiq artacaq. Hər oyun çətin olacaq, buna hazırlaşmalıyıq.
RÖYANƏ OĞUZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Yanvar 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri