“Onu boğmaq istəyirəm...” Simonyan keçmiş partiyadaşını hədəf aldı AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Xəbər verildiyi kimi, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Ovik Ağazaryan İdarə Heyətinin qərarı ilə partiyadan uzaqlaşdırılıb. Buna səbəb kimi onun tərəfindən dövlət və partiya əhəmiyyətli məxfi məlumatların sızdırılması və “ictimai əxlaq normalarının kobud şəkildə pozulması” göstərilir.
“AzPolitika” erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan O. Ağzaryanı əvvəllər müdafiə etdiyini, indi isə onu “boğmağa” hazır olduğunu deyib.
Simonyanın dediyinə görə, “Baş nazir tez-tez beynəlxalq görüşlərinin və qonşu ölkə(Azərbaycan nəzərdə tutulur-red.) rəhbəri ilə görüşlərin təfərrüatlarını fraksiyaya təqdim edir, indi isə məlum olur ki, bu ünsiyyətlər zamanı təqdim olunan məlumatlar sızdırılıb və mətbuatda yer alıb”.
Alen Simonyan deyib ki, sızma Ovik Ağazaryan vasitəsilə baş verib: “Düzünü desəm, dünənə qədər mən cənab Ağazaryanı qorumaq üçün hər cür cəhd etdim, lakin dünən öyrəndiklərimdən sonra onu şəxsən boğmaq istədim”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 04 Dekabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















