Icma.az
close
up
RU
Eks direktor: Filarmoniyada meyxanaçıların konserti Vəzrirovun xoşuna gəlmədi

Eks direktor: Filarmoniyada meyxanaçıların konserti Vəzrirovun xoşuna gəlmədi

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Filarmoniyada direktorluğum ölkənin çox ağır vaxtlarına təsadüf edib. Elə olurdu, işçilərə maaş verə bilmirdik, çünki dövlətdə maliyyə çatışmazlığı var idiİşçilər narazılıq edirdi, bu da başadüşülən idi. Yük düşürdü mənim üzərimə, bunu məndən başqa kimsə yoluna qoyası deyildi".

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə bildirib.

O əlavə edib: "Həmin vaxt meyxanaçılar getdikcə populyarlaşırdı. Folklor kimi qadağada idi, sovetlər imkan vermirdi, amma bu onun şöhrətinə problem yaratmırdı. Bu məsələ mənim ağlıma batdı. Düşündüm ki, meyxanaçıların filarmoniyada konsertini təşkil edərəm, yığılan pulla işçilərin maaşını verərəm. Etdim də. 2 günlük konsert təşkil elədim və işçilərin maaşını artıqlaması ilə ödədim.

Onda Əbdürrəhman Vəzirov Mərkəzi Komitənin birinci katibi idi. Haradasa, 1989-cu ildə. Konsertdən dərhal sonra Vəzirov büronun iclasını çağırdı, məni həm partiyadan çıxarırdılar, həm də işdən. Səbəb də o idi ki, qadağan olunmuş “qədeş meyxanası”nı təbliğ edirəm, özü də harada, filarmoniyada.

Konsert isə inanılmaz anşlaqla keçdi. Mən Filarmoniya tarixində bir konsertdə o qədər adam görməmişəm. Adamlar bir-birinin üstündə idi. Konsertlərdən sonra Bakı Baş Milis İdarəsindən gəldilər, otağımda əməllicə söz savaşına çıxdıq. Deyirdilər, qədeşləri yığmısınız filarmoniyaya, bu nə özbaşınalıqdır və s.

Getdik idarəyə, orada Müslüm Məmmədova (1989 – 1990-cı illərdə Bakı Şəhər Partiya Komitəsinin birinci katibi – red.) izah elədim ki, işçilərin maaşını verməliyəm, mənə maliyyə lazımdır. Bunu özüm üçün etməmişəm, dövlət üçün etmişəm, camaatın narazılığının qarşısını almaq lazımdır, ya yox.

Müslüm Məmmədov məni başa düşdü, dedi, düzgün eləmisən. Vəzirova zəng vurub elə yanımdaca vəziyyəti yerli-yataqlı izah etdi. Bununla da, söhbət bağlandı".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 İyun 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri