Icma.az
close
up
RU
ONU PUTİNLƏ TRAMP DA XİLAS EDƏ BİLMƏDİ Orban niyə uduzdu?

ONU PUTİNLƏ TRAMP DA XİLAS EDƏ BİLMƏDİ Orban niyə uduzdu?

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Kremlin Avropa Birliyindəki sonuncu əsas müttəfiqi, Rusiyaya qarşı sanksiyaları və Ukraynaya yardımları bloklayan, Kremllə əlaqəli şəxsləri sanksiya siyahılarından çıxarmağa çalışan və sona qədər Rusiyadan neft və qaz almağa davam edən Macarıstanın Baş naziri Viktor Orban hakimiyyətini itirdi. Özü də olduqca əzici məğlubiyyətlə…

Orbanın Fidesz partiyası rekord səviyyədə - 77,8% seçici iştirakı ilə keçirilən həftəsonu parlament seçkilərində uduzdu. 1990-cı illərin əvvəllərində qurulan Fidesz, parlamentdəki 199 yerdən yalnız 55-ni qazandı və 138 yer qazanmağı bacaran müxalif Tisza partiyasından az qala 3 dəfə geri qaldı. Nəticədə, Orbanın partiyasının keçmiş üzvü, 45 yaşlı Peter Madyarın rəhbərlik etdiyi Tisza konstitusiya çoxluğu əldə etdi. Bu o deməkdir ki, partiya Baş nazir təyinatı və konstitusiya dəyişiklikləri də daxil olmaqla, geniş səlahiyyətlərə malik oldu.

2010-cu ildən bəri Macarıstanın Baş naziri vəzifəsində çalışan 62 yaşlı Orban məğlubiyyətini etiraf etdi.

"Bu seçkilərin millətin taleyi üçün nə demək olduğunu zaman göstərəcək", - deyə o, bldirib və əlavə edib ki, "idarəetmə yükü" artıq onun çiyinlərində deyil.

Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts artıq Madyarı qələbə münasibətilə təbrik ediblər. Orbanın məğlubiyyətinə ən çox sevinənlərdən birinin də onu “hansısa Viktor” adlandıran Volodimir Zelenski olduğu şübhə doğurmur…

Hüquqşünas təhsilli Orban siyasi karyerasına 1980-ci illərin sonlarında, Avropada Sovet blokunun dağılması fonunda başlayıb. O, sovet qoşunlarının Macarıstandan çıxarılmasına çağırıb və 1958-ci ildə hərbi güclə, qanla yatırılmış antisovet üsyanın liderlərinin dəfn mərasimindəki çıxışı ilə şöhrət qazanıb. Orban 1998-ci ildə, 35 yaşında Macarıstan tarixində ən gənc Baş nazir olub. Dörd il sonra hakimiyyəti itirsə də, 2010-cu ildə yenidən hakimiyyətə qayıdıb.

İkinci müddətində o, "müasir Avropa modelindən fərqli bir model" qurmaq siyasətini elan edib, kilsənin dövlətdəki rolunu və miqrantlara qarşı tədbirləri gücləndirib.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Orban Rusiyaya qarşı sanksiya paketlərini dayandırıb və onlara veto qoyub, Sovet dövründə tikilmiş “Drujba” boru kəməri vasitəsilə Rusiyadan neft və qaz almağa davam edib.

Son seçkini isə tək Orban yox, Putinlə Tramp da uduzdu. Kreml və Ağ Ev Orbanın hakimiyyətdə qalmasına nə qədər kömək etməyə çalışsa da buna nail ola bilmədi. Donald Tramp Orbanı dəstəkləmək üçün ABŞ vitse-prezidenti C.D.Vensi Macarıstana göndərdi. Bütün dünyada Trampa olan mənfi münasibət nəzərə alınsa, bu səfər bəlkə də Orbanın lehinə deyil, əleyhinə işlədi.

Vens Orbana "heyranlığını" bildirdi və onun "Macarıstanın suverenliyi uğrunda” mübarizə apardığını, seçkilərdə qalib gələcəyi təqdirdə Macarıstan-ABŞ münasibətlərində "qızıl dövr"ün başlayacağını dedi.

Vladimir Putin Rusiyanın informasiya resurslarından istifadə edərək, mediada, sosial şəbəkələrdə Orbanın "dünyanın hər yerində dostları olan güclü bir lider" kimi təbliğ etdi. Macarıstanın daxilində müxalifətə qarşı iş aparılmasında ona hər cür dəstək verdi. Eləcə də Orbanın əsas rəqibi olan Peter Madyarın rəhbərlik etdiyi Tisza partiyasına "informasiya hücumları" əhatə edən bir kampaniya aparıldı. Lakin bütün bunlar heç bir nəticə vermədi. Orban hətta səsvermədən bir neçə həftə əvvəl keçirilən rəy sorğularındakı nəticələrdən də az səs aldı.

Orbanın və onun xarici işlər naziri Peter Siyartonun Kremllə müntəzəm təmaslarının təfərrüatları, səs yazıları ictimaiyyətə açıqlandıqdan sonra onun partiyası daha da gözdən düşdü. Vladimir Putinlə söhbətində Orban özünü "siçan"la, Putini isə "aslan"la müqayisə edib və Kremli dəstəkləmək üçün hər şeyi edəcəyinə söz verib.

Siyarto isə Aİ ilə məxfi danışıqlardan sonra Rusiya xarici işlər naziri Sergey Lavrova zəng edərək, ona məlumat ötürüb və Kremlin xahişi ilə milyarder Əlişir Usmanova qarşı sanksiyaların ləğvini tələb edəcəyinə söz verib. Yeri gəlmişkən, bu səs yazılarının sızdırılması göstərdi ki, qüdrətli ABŞ və Rusiya kəşfiyyatları ilə yanaşı, başqa ölkələrin də kəşfiyyatları pis işləmir…

Nəticələr elan edildikdən sonrakı qələbə mitinqində Madyar hakimiyyətdən gedən Orbanı “bu gündən etibarən növbəti Tisa hökumətinin əl-qolunu bağlaya biləcək heç bir qərar verməməyə" çağırıb: "Ölkəmiz yenidən yaşamaq istəyir! Yenidən Avropa ölkəsi olmaq istəyir!” Onun çıxışı zamanı meydana toplaşan izdiham isə eyni şüarı təkrarlayıb: "Ruslar, evə gedin!"

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Aprel 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri