Icma.az
close
up
RU
Onu tutanın bəxti açılır

Onu tutanın bəxti açılır

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Toylarda gəlinlərin ən çox gözlənilən anlarından birigül buketini atmasıdır. Qonaqlar arasında həyəcan yaradan bu adət əslində yalnız romantik bir ritual deyil, kökləri əsrlər əvvələ dayanan mədəni vərdişdir. Bəs bu adət haradan yaranıb?

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, əyləncəli ənənə kimi görünən gəlinin gül buketini atması əslində Orta Əsrlərə qədər uzanan tarixə malikdir.

Orta əsrlərdə uğur simvolu

Gül atmaq ənənəsi Orta Əsr Avropasında ortaya çıxıb. O dövrlərdə gəlinliyin və gəlin buketinin uğur gətirdiyinə inanılırdı. Qonaqlar gəlindən bir parça qoparmaq üçün sanki yarışar, bu parçanı daşıyan şəxsin də evlilik yolunda şans tapacağı düşünülərdi.

Lakin gəlinliyi parçalamaq gəlinlər üçün narahatlıq yaratdığına görə, bu vərdiş zamanla çiçəyin atılması ilə əvəz edildi. Beləliklə, həm qonaqlar uğur tapmağa davam etdi, həm də gəlinlər geyimlərini qorumuş oldu.

Subay qadınlar üçün ümid işığı

İndiki dövrdə gül atmaq ənənəsi, xüsusilə subay qadınlara ümid və əyləncə dolu bir an yaşadır. Buketi tutan şəxsin növbəti evlənəcək insan olacağı inancı, toylarda əyləncəli rəqabət mühiti yaradır.

Buketin yalnız evliliyi deyil, eyni zamanda yeni başlanğıcları simvolizə etdiyinə inanılır. Gəlinin buketi atması, həyatında yeni bir səhifə açan cütlüyün bu şansı qonaqları ilə paylaşmasının bir yolu kimi də şərh edilir. Xüsusilə çöl çiçəkləri, qızılgüllər və ya lalələr kimi seçilən çiçəklərin mənaları da rituala ayrı bir dərinlik qatır.

Müasir toylarda yeri

Kökləri qədim dövrlərə dayansa da, bu ənənə günümüzdə hələ də populyarlığını qoruyur. Bəzi cütlüklər gül atmaq əvəzinə yumşaq oyuncaqlar və ya simvolik əşyalar istifadə edərək müasir şərhlər əlavə etməyi seçirlər. Buna baxmayaraq, gül buketi romantizmin və uğurun birləşdiyi ən klassik toy anlarından biri olaraqda qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Oktyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see347

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see283

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see281

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see272

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see246

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see206

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see204

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see197

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see184

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see177

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see177

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see169

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see169

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see168

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see167

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see158

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see158

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see155

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see154

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri