Icma.az
close
up
RU
Türk dünyası birləşdikcə, daha böyük gücə çevriləcək KOMİTƏ SƏDRİ YAZIR

Türk dünyası birləşdikcə, daha böyük gücə çevriləcək KOMİTƏ SƏDRİ YAZIR

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri

Ulu Öndər Heydər Əliyev deyirdi: “Türk dünyasının birliyi bizim tarixi köklərimizdən gələn zərurətdir. Biz bu birliyə söykənərək daha güclü, daha nüfuzlu, daha müstəqil ola bilərik”. Bu uzaqgörən fikirlər bu gün Türk Dövlətləri Təşkilatının (TDT) inkişafında öz təsdiqini tapır. O vaxtlar ideya kimi səslənən türk birliyi bu gün artıq real siyasi, iqtisadi və strateji güc mərkəzinə çevrilib. Bu, xalqlarımızın mədəni yaxınlığının, ortaq maraqlar və məqsədlər üzərində qurulmuş tarixi ittifaqın təcəssümüdür.

Türk dövlətləri bu gün birliyə yalnız qardaşlıq duyğusu ilə deyil, həm də geosiyasi məsuliyyət hissi ilə yanaşırlar. Müasir dünyanın qarşılaşdığı böhranlar, beynəlxalq hüququn pozulması hallarının artması və regional münaqişələr fonunda Türk Dövlətləri Təşkilatının vahid mövqedən çıxış etməsi zərurətə çevrilib. Prezident İlham Əliyevin sözləri ilə desək, “Bu gün dünya dəyişir, yeni güc mərkəzləri yaranır və Türk dünyası bu prosesin mərkəzində olmalıdır”.

Azərbaycan bu birliyin güclənməsinə həm siyasi iradə, həm iqtisadi resurs, həm də strateji mövqe ilə mühüm töhfə verir. Ölkəmizin TDT Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi, təşkilatın fəaliyyətinə verilən dəstəyin simvoludur. Amma bu addım yalnız maliyyə jesti deyil, Azərbaycanın birliyin gələcəyinə inamının ifadəsidir. Bugünkü Türk dünyasını birləşdirən əsas amillər – siyasi sabitlik, iqtisadi potensial, gənc və dinamik əhali, təbii sərvətlər və artan hərbi-texniki gücdür. Bu amillər TDT-ni qlobal arenada təsirli aktora çevirir.

Sülh və təhlükəsizlik hər bir dövlətin inkişafı üçün başlıca şərtdir. Təşkilatın təməlini qoyan Naxçıvan Sazişi də məhz bu prinsipləri əsas məqsəd kimi müəyyən edib. Azərbaycan bu prinsiplərə sadiqliyini həm diplomatik, həm də praktiki addımlarla sübut edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə, ərazi bütövlüyümüzün bərpası, ardınca 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri bölgədə yeni reallıq yaratdı. Bu reallıq Azərbaycanın, eləcə də bütün türk dünyasının gücünü və birliyinin səmərəsini göstərdi. İlham Əliyevin vurğuladığı kimi, “Bu Zəfər təkcə bizim deyil, bütün türk dünyasının Zəfəridir”.

Sülhə doğru atılan addımlar bu gün konkret nəticələr verir. Ermənistanla paraflanmış sülh sazişi Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq dövrünü başlatmaq potensialına malikdir. Bu sənəd yalnız Azərbaycan üçün deyil, bütün region üçün təhlükəsizliyin qarantıdır. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun da bu Zirvə görüşündə qeyd etdiyi kimi, türk dövlətlərinin əsas məqsədi bölgədə sülhü qorumaq və iqtisadi inteqrasiyanı gücləndirməkdir.

Bu məqsədlərə çatmaq üçün hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq həlledici əhəmiyyət daşıyır. Beynəlxalq hüququn pozulduğu, yeni təhdidlərin yarandığı bir vaxtda üzv ölkələrin birgə hərbi təlimləri və ortaq müdafiə strategiyalarının formalaşması vacibdir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışında bu istiqamətdə mühüm təşəbbüslə çıxış edərək, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Bu addım türk dövlətlərinin müdafiə qabiliyyətinin gücləndirilməsinə, təhlükəsizlik sahəsində koordinasiyanın dərinləşməsinə xidmət edəcək. İlham Əliyevin sözləri ilə, “Biz bir-birimizin təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab etməliyik.”

Bugünkü dünyada hərbi güclə yanaşı müdafiə həm də suverenliyin təminatıdır. Azərbaycan öz torpaqlarını danışıqlar masasında deyil, döyüş meydanında azad etdi. Bu qələbə göstərdi ki, güclü orduya, sarsılmaz milli iradəyə və xalq dəstəyinə malik dövlət ədaləti bərpa edə bilir. Lakin bu güc yalnız döyüş meydanında deyil, həm də sülhün və ədalətin qorunmasında özünü göstərməlidir.

İnkişafın digər mühüm istiqaməti iqtisadi və nəqliyyat əlaqələridir. Azərbaycan bu sahədə türk dövlətlərini birləşdirən strateji körpü rolunu oynayır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmiz son illərdə Orta Dəhlizin genişlənməsi istiqamətində mühüm işlər görüb. Yükdaşımaların 90 faiz artması, tranzit müddətlərinin azalması və yeni logistika imkanları türk dünyasını Avrasiya məkanında mühüm oyunçuya çevirib.

Zəngəzur dəhlizinin açılması isə bu strategiyanın əsas həlqəsidir. Bu dəhliz yalnız nəqliyyat xətti deyil, türk dövlətlərinin fiziki birliyini təmin edən strateji arteriyadır. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin də vurğuladığı kimi, Orta Dəhlizin inkişafı türk dövlətlərinin iqtisadi inteqrasiyasını daha da gücləndirəcək, yeni ticarət marşrutları üçün sabit zəncir yaradacaq.

Enerji təhlükəsizliyi sahəsində Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. Şaxələndirilmiş neft və qaz boru kəmərləri ilə 14 ölkəyə təbii qaz ixrac edən Azərbaycan, eyni zamanda, bərpaolunan enerji sektorunda da önəmli addımlar atır. Günəş, külək və su elektrik stansiyalarına qoyulan sərmayələr sayəsində 2030-cu ilə qədər enerji istehsalının 40 faizi yaşıl mənbələr hesabına təmin ediləcək. Bu, ekoloji sabitlik və iqtisadi dayanıqlıq baxımından mühüm nailiyyətdir.

Türk dövlətləri arasında mədəni və mənəvi bağlar bu əməkdaşlığın ruhunu təşkil edir. Ortak tarix, dil və dəyərlər bizi bir ailə kimi birləşdirir. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay bu birliyin ideoloji təməl daşlarından biridir. Onun 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması həm keçmişə hörmət, həm də gələcəyə inamın ifadəsi olacaq.

Bu birliyin simvolik təzahürü kimi, türk dövlətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdiyi dəstək xalqımız üçün böyük mənəvi dəyərə malikdir. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Ağdamda Manas adına təhsil ocağı, Cəbrayılda macar qardaşlarımızın inşa etdiyi məktəb, türkmən xalqının hədiyyəsi olan Füzuli məscidi – bütün bunlar türk həmrəyliyinin canlı nümunəsidir.

Türk Dövlətləri Təşkilatı bu gün artıq sadəcə əməkdaşlıq platforması yox, strateji güc mərkəzi kimi formalaşıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Türk dünyası birləşdikcə, daha böyük gücə çevriləcək və beynəlxalq münasibətlərdə söz sahibi olacaq.” Türk dünyası birləşdikcə gücümüz artır, səsimiz ucalır, iradəmiz bərkiyir, yenidən tarix yazır, gələcəyin qlobal nizamında öz sözümüzü deyirik. Sonda qeyd etmək istərdim ki, biz keçmişin irsini daşıyaraq, gələcəyin dünyasını qururuq.

Türk birliyi çox yaxında gücün, ədalətin və sabitliyin qlobal simvoluna çevriləcək!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Oktyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri