Icma.az
close
up
RU
Onun fikirlərini qəbul edən cəmiyyət sağlam ola bilməz Əlisa Nicat bunu özündən uydurub...

Onun fikirlərini qəbul edən cəmiyyət sağlam ola bilməz Əlisa Nicat bunu özündən uydurub...

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yazıçı Əlisa Nicatın Səməd Vurğunla bağlı dedikləri ictimai platformada qalmaqala səbəb olub. Belə qalmaqallı, mübahisəli durumlar tez-tez olur. Vaxtaşırı olaraq kimsə klassik ədibləri aşağılayan, təhqir edən fikirlər bildirir və onların müdafiəçiləri də öz növbələrində qalmaqala səbəb olanları təhqir edirlər.

Mötədil düşüncəli ziyalılar nə fikirləşir: belə mübahisələr ziyanlıdır, yoxsa faydalıdır? Tarixi gerçəklər bütün çılpaqlığı ilə ortaya çıxarılmalı və mühakimə edilməldir, yoxsa artıq “keçənə güzəşt” deməli, mübahisəli keçmişi olan ədiblərin, şəxsiyyətlərin fəaliyyətini yaşadıqları ağır dövrün ayağına yazıb üstündən keçməliyik?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan yazıçı Əkrəm Əylisli Səməd Vurğunu dahi şair hesab etdiyini deyib: “O, Azərbaycan şeirinin zirvəsidir, ovqatıdır, ilhamıdır. Bunu danmaq ən böyük nadanlıq olar. Lakin 1937-ci il ərəfəsində və həmin ildə olan hadisələrdə fəal iştirakını müsbət hal kimi qəbul edə bilmərik. Həmin dövrdə çox fəal şəkildə hökumətin xoşuna gəlməyən ədəbiyyat adamlarına qarşı qəddar mübarizə aparıb. İnsanların taleləri məhv olub, ailələri dağılıb. Çox böyük fəlakətlər əmələ gəlib. Ona görə də o hadisələri unutmaq olmaz. Əgər unutsaq, həmişə və hər gün baş verə bilər.

Yazıçılarımızın 1937-ci ildəki mövqeyinə obyektiv qiymət verə bilsəydik, bizim ədəbiyyatda hava indikindən qat-qat təmiz olardı.

Əlisa Nicat çox mürəkkəb adamdır. Onun fikirlərini qəbul edən cəmiyyət sağlam ola bilməz. O deyir ki, Dostoyevski yazıçı deyil. Belə bir insanı ciddi qəbul etmirəm".

Yazıçı Anar isə Əlisa Nicatı atası, xalq şairi Rəsul Rzanı şərləməkdə günahlandırıb: “Əlisa Nicat mənim atam Rəsul Rza haqqında da ağzına gələni danışırdı, ona şər atırdı. Halbuki sağlığında atamın yanından əl çəkmirdi, ətrafında fırlanırdı. Həmin Əlisadır. İndi də Səməd Vurğunu şərləyir. Səməd Vurğun haqqında danışmaq üçün gərək adamın ləyaqəti olsun. Hər küçədən keçən böyük bir yazıçı haqqında ağlına gələni deyə bilməz. Təsadüfü adamların, cızma-qaraçıların böyük klassikləri təhqir etməsinə, küçə söyüşləri söyməsinə nə zaman son qoyulacaq?

Səməd Vurğunun oğulları həyatda yoxdur, mən sağam. İmkan verməyəcəm ki, Səməd Vurğun haqqında ağızlarına gələni danışsınlar.

Əlisa Nicata 1 il təqaüd verdik. Ona görə də Yazıçılar Birliyini söyür. Bu da nanəcibliyin nümunəsidir".

Sabir Rüstəmxanlı

Xalq şairi Sabir Rüstəmxanlı da mövzu ilə bağlı qəzetə danışıb: “Əlisa müəllim yaşa dolandan sonra elə bilir ki, dedikləri Quran ayəsidir. Çox arxayın danışır. Müxtəlif sistemlərin və ideologiyaların ədəbiyyat üzərində təsiri daima olub. Bu təsirlərə görə biz klassik ədəbiyyatımızdan imtina edə bilmərik ki. Buna görə də belə ehtiyatsız danışmaq olmaz. İndi sosial şəbəkələrdə Əlisa Nicatı, onun Səməd Vurğunu təhqir etdiyi kimi təhqir edirlər. Bu, yolverilməzdir. Ziyalılar haqqında ehtiyatsız danışmaq cəmiyyətin həyatında yaralar açır. Belə bir məsəl var: söymə nökər atamı, söyərəm bəy atanı. Əlisa Nicatın Səməd Vurğunu yaltaq adlandırması tamamilə yanlışdır, yolverilməzdir. Səməd Vurğun Stalinlə, kommunizmlə bağlı şeirlər yazıb, amma o, ədəbiyyatımızda silinməz izlər qoyub. Nazim Hikmət də kommunist ideologiyasını təbliğ edirdi. İndi ondan imtina edək? İllər keçdikcə o, türk ədəbiyyatında daha çox yer tutur, oxunur. Səməd Vurğun söz abidəsi kimi yaddaşlarda qalacaq”.

Aqil Abbas

Yazıçı Aqil Abbas bildirib ki, yazıçıları yaşadıqları dövrü nəzərə alaraq tənqid etmək lazımdır: “Səməd Vurğun Azərbaycan xalqının ən böyük şairidir. Səməd Vurğun bir ulduzdur, ona söz atmaq yolverilməzdir”.

Seyran Səxavət

Yazıçı Seyran Səxavət deyib ki, Səməd Vurğun ümumxalq məhəbbəti qazanmış sənətkardır: “Əlisa Nicatın söylədiklərinin heç cür bəraəti yoxdur. Bir adamı mühakimə və müzakirə edəndə onun yaşadığı dövr, zaman mütləq nəzərə alınmalıdır. Bilmək olmaz Əlisa Nicat repressiya illərində yaşasaydı və Səməd Vurğun kimi şöhrətli olsaydı, nələr edərdi.

Əlisa Nicatı 1964-cü ildən tanıyıram. İlyarım bundan öncəyə qədər aramızda səmimi münasibət olub. Lakin sonra bir müsahibəsində yaşına, başına yaraşmayan söz dedi. Ondan sonra Əlisadan ürəyim qırıldı. Jurnalist ondan Yazıçılar İttifaqı və yazıçı Anar barəsində soruşmuşdu. O isə bildirmişdi ki, guya Anar Əlisa ilə ədavət aparır və bütün qapıları onun üzünə bağlayıb. Bunu da onunla əsaslandırmışdı ki, guya 60 il bundan öncə Rəsul Rza Əlisadan balıq istəyib. O da gətirmədiyinə görə indi Anar Əlisadan acıq çıxır. Bu, heç uşağın da ağlına gəlməzdi. Bu hansı əxlaq, mənlik və kişilikdir? Rəsul Rza şəxsiyyətdə kişi Əlisa kimi kişidən heç vaxt balıq istəməzdi. Əlisa bunu özündən uydurmuşdu... Səməd Vurğun zirvədir, Əlisa ona binoklla da baxsa, görə bilməz".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Fevral 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri