Icma.az
close
up
RU
Onun liderliyi ilə dövlətimiz möhtəşəm nailiyyətlər qazanır

Onun liderliyi ilə dövlətimiz möhtəşəm nailiyyətlər qazanır

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə dövlətimiz möhtəşəm nailiyyətlər qazanır. Dövlətimizin başçısının yaratdığı yeni reallıqlar nəticəsində Cənubi Qafqaz regionu yeni inkişaf mərhələsinə qədəm qoyub. Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və digər razılaşmalar bölgəni sülh və əməkdaşlıq məkanına çevirəcək.

Axar.az xəər verir ki, bu fikirləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, hazırda dünyada mürəkkəb və ziddiyyətli proseslər davam edir. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət davamlı olaraq ölkəmizə uğurlar qazandırır:

"Cənab Prezident "Əl-Ərəbiyyə" telekanalına geniş müsahibə verərək sülh prosesi, regional əməkdaşlıq imkanları və digər aktual mövzular haqqında fikirlərini geniş ifadə edib. Dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələrindən ətraflı bəhs edərək Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Çünki imzalanmış sənədlər müstəsna əhəmiyyət daşıyır. Cənab Prezident ümid etdiyini bildirib ki, bundan sonra prosesə heç bir müdaxilə olmayacaq. "Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb"-deyə dövlət başçısı vurğulayıb. Yəni razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Bu da Ermənistanın özü üçün ciddi problem yarada bilər.

Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Prezidentimizin dediyi kimi, əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik".

Millət vəkilinin sözlərinə görə, cənab Prezident müsahibədə Zəngəzur dəhlizinin açılmasına da xüsusi diqqət yetirib:

"44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Zəngəzur dəhlizinin açılması gündəmə gəlib. Azərbaycanın prinsipial şərtlərindən biri bu idi ki, bu dəhliz açılmalı, Naxçıvanın blokadasına son qoyulmalıdır. Vətəndaşlarımız isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvana maneəsiz və təhlükəsiz gedib-gəlməlidirlər. Bunun üçün güclü beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Prezidentimizin dediyi kimi, yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. "Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur" - deyə dövlət başçısı vurğulayıb". Proseslər pozitiv istiqamətdə davam edir. Bu amil gələcəyə nikbin baxmağa əsas verir. Cənab Prezidentin müsahibədə qonşu ölkələrlə münasibətlər, regional proseslərlə bağlı fikirləri isə Azərbaycanın regionda və dünyada söz sahibi olan dövlətlər sırasında olduğunu təsdiqləyir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Avqust 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri