Icma.az
close
up
RU
ORDU TORPAQLARI, KİTAB KÖNÜLLƏRİ FƏTH EDİR (Məktəbli Günayın düşüncələri)

ORDU TORPAQLARI, KİTAB KÖNÜLLƏRİ FƏTH EDİR (Məktəbli Günayın düşüncələri)

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ordu bir xalqın güvən və qüdrət simvoludur.Torpaqlarımızı qoruyan igid əsgər və zabitlərimiz cəsarət və vətənpərvərlik nümunəsidir.

Bir millətin gücü təkcə silah və ordu ilə deyil, həm də elm və biliklə ölçülür. Əslində ordunu güclü edən də elə onun şəxsi heyətinin mütaliəsi, hərbi biliklərə düzgün yiyələnməsindədir. Hər kəs kitabları özünün ən yaxın dostu və bələdçisi bilməlidir. Kitab oxumaq, təhsil almaq dünya görüşümüzü genişləndirir, bizi güclü edir. Ona görə də kitablar bizim dostumuzdur. Dərsliklərimizdən əlavə kitablar oxuyub müzakirələr aparırıq. Kitaba olan marağımız həmişə müəllimlərimiz tərəfindən dəyərləndirilir.

14 fevral Beynəlxalq Kitab Bağışlama Günü məktəbimizdə keçirilən tədbir heç vaxt yadımdan çıxmayacaq. Çox sevindik ki, Bakı şəhərinin Xətai rayonunda (Ağ Şəhərdə) yerləşən “Kaspi Liseyi”  ümumtəhsil məktəbinin şagirdləri dostluq və kitab bağışlamaq üçün 3 məktəb seçib ki, onun biri də bizim təhsil aldığımız İmişli rayon Cəfərli kənd Fazil Rəhimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi olmuşdur. Onlar dostluq çərçivəsində bizim məktəbin şagirdlərinə 4 bağlama (200 nüsxə) kitab göndərmişlər. Bağışlanılan kitablar və məktəblilər arasında olan bu dostluq biz şagirdlər, müəllimlərimiz, eləcə də valideynlərimiz tərəfindən böyük sevgi-sevinclə qarşılandı. Kitablar bizə təqdim olunarkən hər bir şagird kitab haqqında bir fikir söyləməliydi. Nəvbə mənə çatanda Əbu Turxanın yeni oxuduğum dəyərli fikrini səsləndirdim: ORDU TORPAQLARI, KİTAB KÖNÜLLƏRİ FƏTH EDİR!

Bu kiçik düşüncələrimdə nəcib təşəbbüs və dostluq üçün Kaspi Ağ Şəhər Liseyinin müəllim - şagird kollektivlərinə minnətdarlığımı bildirirəm. İnşallah, onların dəvəti ilə  keçiriləcək məktəblərarası dostluq görüşümüz daha maraqlı və yaddaqalan olar.

Günay Qazımzadə,
İmişli rayon Cəfərli kənd Fazil Rəhimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin V sinif şagirdi

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 Fevral 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri